Dünya

Ukraynada son vəziyyət: Həmyerlimizin mülkü göyə sovruldu – VİDEO

Ukraynada müharibə davam edir. Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. O bildirib ki, ötən gecə Kiyevdə əvvəlki günlərlə müqayisədə sakitlik olub: “Amma buna baxmayaraq, Ukraynanın digər şəhərlərində vəziyyət daha da gərginləşib. Xüsusilə Donetsk, Dnepropetrovsk, Xerson, Xarkov və Zaporojye vilayətlərində həm hava hücumları, həm də quru döyüşləri müşahidə olunub”. Qeyd […]

İdman

Asiya Kubokunda sensasiya: İordaniya Cənubi Koreyaya qalib gələrək finala çıxdı – VİDEO

İordaniya və Cənubi Koreya seçmə komandaları Asiya Kubokunun yarımfinal mərhələsində qarşılaşıblar.  Oyun Əl-Rayanadakı (Qətər) Əhməd bin Əli adına stadionda baş tutub.  Qarşılaşma gözlənilməz nəticə ilə – 2:0 hesabı ilə iordaniyalıların xeyrinə başa çatıb.   Qeyd edək ki, Asiya Kubokunun finalında İordaniya yığması fevralın 7-də üzləşəcək İran-Qətər cütünün qalibi ilə oynayacaq.  Mənbə: championat.com  Xeberal.az

Dünya

Argentina İsraildəki səfirliyini Qüdsə köçürür

İsrailin xarici işlər naziri İsrael Katz Argentina Prezidenti Xavyer Mileyə ölkənin Tel-Əvivdəki diplomatik missiyasının Qüdsə köçürülməsini elan etdiyinə görə təşəkkür edib.  O, bu barədə sosial şəbəkə səhifəsində yazıb.   Qeyd edək ki, bu gün Argentina Prezidenti Miley İsrailə rəsmi səfərə gəlib. O, fevralın 7-də İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşəcək və onunla ölkələr arasında əlaqələrin daha […]

İdman

Budaq Nəsirov komanda yoldaşını vurdu: “Turan Tovuz”dan qovuldu

“Turan Tovuz” klubu futbolçu Budaq Nəsirovla yollarını ayırıb. Klubdan Oxu.Az-a verilən məlumata görə, bölgə təmsilçisi 27 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib. Qeyd edək ki, AFFA İntizam Komitəsi Budaq Nəsirovu Əvəzedicilər Liqasının XX turunda “Səbail-2” ilə matçda komanda yoldaşını vurduğu üçün dörd oyunluq diskvalifikasiya etmişdi. Xeberal.az

Dünya

Çilidə meşə yanğınları nəticəsində ölənlərin sayı 130-u ötüb

Çilinin Valparaiso bölgəsində baş verən meşə yanğınlarında ən azı 131 nəfər ölüb. Bu barədə ölkənin tibbi ekspertiza mərkəzində məlumat verilib.  Ekspertlərin məlumatına görə, artıq 35 cəsədin şəxsiyyəti müəyyən edilib.    Xatırladaq ki, fevralın 2-də Çili Prezidenti Qabriel Boriç yanğınlarla əlaqədar Valparaisoda fövqəladə vəziyyət elan edib. Səlahiyyətlilərin hesablamalarına görə, 14 mindən çox ev yanıb və ya […]

Siyasət

Erməni alimi: “İrəvanın əsl tarixi yer altındadır” – VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrəvan şəhərinin yer altında gizlədilən tarixi üzə çıxır” adlı süjet hazırlanıb. Oxu.Az xəbər verir ki, verilişdə Ermənistan Milli Elmlər Akademiyası əməkdaşlarının təşəbbüsü ilə yer altında olan İrəvanı “Batmış şəhəri bərpa etmək” adı ilə erməniləşdirmək niyyətindən bəhs olunur. Bildirilib ki, 1827-ci ildə ruslar İrəvanı […]

Dünya

Baltikyanı ölkələrin müvəqqəti işlər vəkilləri Rusiya XİN-ə çağırılıblar

Latviya, Litva və Estoniyanın müvəqqəti işlər vəkilləri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıblar.   Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova məlumat verib.   Onun sözlərinə görə, buna səbəb Rusiyada keçiriləcək prezident seçkisi ilə əlaqədər təhlükəsizlik tədbirləri ilə bağlı məsələyə Baltikyanı ölkələrin hakimiyyət orqanlarının lazımi cavab verməməsidir.   Qeyd olunub ki, bu təhlükəsizlik tədbirləri Vilnüs, Riqa və Tallindəki Rusiya […]

Cəmiyyət

Azərbaycanlılar nikah üçün daha çox hansı ölkə vətəndaşlarını seçirlər?

2023-cü ildə qeydiyyat orqanlarında 54,165 nikah dövlət qeydiyyatına alınıb. Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Eyni zamanda bildirilib ki, 2023-cü ildə qeydiyyat orqanlarında Azərbaycan Respublikasının vətəndaşı olan 1,133 qadının və 1,070 kişinin əcnəbi ilə nikahı dövlət qeydiyyatına alınıb. Rəsmi məlumata görə, Azərbaycan vətəndaşlarının Rusiya Federasiyası, Türkiyə, Gürcüstan və Ukrayna vətəndaşları ilə nikahının qeydə alınması üstünlük […]

Dünya

Argentinada meşə yanğını ucqar Pataqoniya bölgəsini viran qoyub – VİDEO

Argentinada meşə yanğını Bariloçe yaxınlığındakı ucqar Pataqoniya bölgəsini viran qoyub. Bununla bağlı sosial şəbəkələrdə yanğının dağlıq ərazilərinə yayıldığına dair görüntülər yayılıb. Qeyd edək ki, And dağlarının ətəyində yerləşən bu şəhər bir vaxtlar İkinci Dünya müharibəsindən sonra Almaniyadan qaçan çoxsaylı nasist müharibə cinayətkarları üçün sığınacaq olması ilə məşhurdur. Mənbə: news.cgtn.com Xeberal.az

Cəmiyyət

Şəhid xanımı 11 min dollar tapdı, sahibinə qaytardı – VİDEO

Vətən müharibəsinin şəhidi Natiq Baxşəliyevin xanımı Gülnaz Baxşəliyeva bu gün paytaxtda böyük miqdarda pul tapıb. Oxu.Az xəbər verir ki, şəhidin həyat yoldaşı pulu itirən şəxsi axtarmaq üçün ATV telekanalında yayımlanan “Bizimləsən” verilişinə müraciət edib. Məbləğin nə qədər olduğu və hansı istiqamətdə tapıldığı barədə məlumatlar açıqlanmayıb. Məlumata görə, bu məbləğ 11 min dollar olub. Telekanalın qaynar xəttinə […]