Mədəniyyət

Azərbaycanın Xalq artistinin dəfn olunacağı yer BİLİNDİ – YENİLƏNİB + FOTO

Tanınmış baletmeyster, Xalq artisti Rəfiqə Axundovanın dəfn yeri məlum olub. Bu barədə Oxu.Az-a Xalq artistinin ailə üzvləri tərəfindən məlumat verilib: “Rəfiqə Axundova ilə vida mərasimi bu gün 12:00-da Təzəpir məscidində keçiriləcək. Daha sonra mərhum İkinci Fəxri xiyabanda dəfn olunacaq”. 10:01 Tanınmış baletmeyster, Xalq artisti Rəfiqə Axundova vəfat edib. Bu barədə Oxu.Az-a mərhumun yaxınları məlumat veriblər. […]

Dünya

Yəmənə yeni hökumət başçısı təyin edilib

Yəmən Prezidentinin İdarə Heyətinin sədri Rəşad Məhəmməd əl-Alimi xarici işlər naziri Əhməd Avad bin Mübarəki respublikanın yeni hökumət başçısı təyin edib. Müvafiq sərəncam Prezident Şurasının saytında dərc olunub. Xatırladaq ki, 2014-cü ilin avqustundan Yəməndə hökumət qüvvələri ilə üsyançı “Ənsar Allah” (husi) hərəkatının tərəfdarları arasında qarşıdurma davam edir. O ən aktiv fazasına 2015-ci ilin martında Səudiyyə Ərəbistanının […]

Kriminal

“Nikosayağı” kimi tanınan bloqer: “İçkini bir gün qabaq barda içmişdim” – FOTO

“Nikosayağı” kimi tanınan bloqer Nicat Şakirlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. “Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktı elan edilib. İttiham aktında göstərilib ki, hadisə ötən ilin avqustunda qeydə alınıb. Nicat Şakirli içkili vəziyyətdə idarə etdiyi “Porsche” markalı avtomobillə yük maşınına (TIR) […]

Cəmiyyət

Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən Cavanşir Quliyevin müalicəsinə dəstək verilir

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin müalicəsinə Fond tərəfindən dəstək verilir. APA xəbər verir ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin fevralın 5-də səhər saatlarında halı pisləşib. 74 yaşlı bəstəkar xəstəxanaya yerləşdirilib. Onun beyninə qan sızdığı bildirilir. Xeberal.az

Cəmiyyət

Sumqayıtda qəza: Ölən var

Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report” xəbər verir ki, Elton İlqar oğlu Niyazov “Mercedes Atego” markalı avtomaşınla 05.02.2024-cü il tarixdə Sumqayıt şəhər Sülh küçəsi, “Gömrük” idarəsinin yaxınlığında hərəkətdə olarkən piyada Rəfael Hümmət oğlu Həsənovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb. Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə […]

Dünya

Başın sağ olsun, Türkiyə! – Əsrin fəlakətindən bir il keçir

2023-cü ilin fevralın 6-da Türkiyə Respublikasının Kahramanmaraş vilayəti və ətraf ərazilərdə baş vermiş dağıdıcı zəlzələdən bir il ötür. Zəlzələ nəticəsində  53 mindən çox insan həyatını itirib. Zəlzələ 11 vilayət, 124 rayon, 7 000-ə yaxın kənd və məhəllədə böyük dağıntılara səbəb olub, 14 milyon insan təbii fəlakətdən birbaşa zərər çəkib. Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk […]

Cəmiyyət

Ordubadda qarın hündürlüyü 37 santimetrə çatıb – FAKTİKİ HAVA

Ölkə ərazisində faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin fevralın 6-sı saat 09:00-a olan məlumatına əsasən, qərb küləyi bəzi yerlərdə arabir güclənib. Hava şəraiti fevralın 5-i axşam bəzi dağlıq ərazilərdən başlayaraq arabir yağıntılı olub, qar yağıb.  Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında arabir 25 m/s, Daşkəsəndə 30 m/s, Yardımlı, Qobustanda 24 […]

Kriminal

Kişi uşağına doşab vermədiyinə görə arvadını dişləyərək döydü

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Sənan Həsənovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.  Pravda.az xəbər verir ki, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib. İttihama görə, hadisə 25 noyabr 2023-cü il tarixdə, saat […]

Dünya

Venesuelada zəlzələ oldu – FOTO

Venesuelanın şimalında, Sukre ştatında 5,2 bal gücündə zəlzələ baş verib. Oxu.Az-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) rəsmi saytında məlumat verilib. Zəlzələnin episentrinin 10 kilometr dərinlikdə olduğu və 40 min insanın yaşadığı Quiriya şəhərindən 12 kilometr aralıda yerləşdiyi qeyd edilir. Dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib. Xeberal.az