Siyasət

Seçicilərə qeydiyyatdan çıxma vəsiqəsinin verilməsi müddəti başa çatıb

Seçicilərə müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi müddəti başa çatıb. Secki-2024.az xəbər verir ki, prosesə yanvarın 14-dən başlanılıb və fevralın 4-dək olan müddəti əhatə edib. Qanunvericiliyə əsasən, seçicilərə müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi səsvermə gününə 24-3 gün qalanadək başa çatdırılmalıdır. Xeberal.az

Dünya

PSJ Mbappenin əvəzinə gənc ulduz alacaq

Fransanın “Paris Sen-Jermen” klubu komandanı tərk edəcək əsas forvardı Kilian Mbeppeyə əvəzləyici tapıb.  Parislilər “Milan”ın hücumçusu Rafael Leaunu almaq istəyirlər. Lakin mümkün keçidin təfərrüatları hələ dəqiqləşdirilməyib.  Xatırladaq ki, Mbappenin azad agent kimi “Real Madrid”lə müqavilə imzalamağa yaxın olduğu bildirilir.  Qeyd edək ki, Leau 2019-cu ildən “Milan”da çıxış edir. Bu mövsüm cinah yarımmüdafiəçisi “rossonyerilər”in heyətində bütün […]

Cəmiyyət

Sənədsiz ev probleminin köklü surətdə həlli üçün işçi qrupu yaradılıb

“Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sayı yüz minlərlədir”. Əmlak Məsələləri Dövlət Xidməti rəisi Mətin Eynullayev Oxu.Az-a açıqlamasında bildirib ki, özbaşına tikililərlə bağlı problemi köklü surətdə həll etmək üçün işçi qrupu yaradılıb. O, mühafizə zolaqları ilə bağlı bütün məlumatların toplanıldığını vurğulayıb. “Bəzi hallar var ki, əvvəllər bir boru xəttinin keçdiyi ərazi mühafizə zonası olub, sonradan […]

İdman

“Mançester Siti” “Bavariya”dan iki oyunçu transfer edə bilər

“Mançester Siti”nin mümkün yay transfer hədəfləri haqqında məlumat yayılıb.  İlk hədəf “Jirona”da icarə əsasında çıxış edən “Trua” klubunun futbolçusu Saviodur. Hər iki klub “City Football Group” sisteminin bir hissəsidir, ona görə də 19 yaşlı braziliyalının transferini təşkil etmək asan olacaq.   “Şəhərlilər” həmçinin “Bavariya”nın iki futbolçusu – 28 yaşlı Coşua Kimmix və 20 yaşlı Camal Musiala […]

Dünya

“Facebook” 20 yaşını qeyd edir – FOTO

Bu gün “Facebook” sosial şəbəkəsinin yaranmasından 20 il ötür.   Əsası 2004-cü ildə Mark Zukerberq tərəfindən qoyulmuş “Facebook” hazırda dünyanın ən böyük sosial şəbəkəsidir.   İlk dəfə fevralın 4-də thefacebook.com ünvanında işə başlayan bu şəbəkə indi “Meta Platforms” şirkətinə məxsusdur.  Xeberal.az

Siyasət

Bu gün texnologiyanın inkişafında inqilab edən azərbaycanlı alimin doğum günüdür

Bu gün dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin doğum günüdür. 1921-ci il fevralın 4-də Bakıda anadan olan Lütfi Rəhim oğlu Ələsgərzadə ibtidai təhsilini 16 nömrəli orta məktəbdə alıb. 1932-ci ildə Ələsgərzadələr ailəsi İrana köçüb. Burada orta təhsilini başa vuran Lütfi Zadə Tehran Universitetinin elektrik mühəndisliyi […]

Dünya

Ukraynada çörək sexinə raket düşdü: 28 nəfər həlak oldu

Ukraynanın işğal altında olan Luqansk vilayətinin Lisiçansk şəhərində raket çörək sexinə düşüb.  Nəticədə 28 nəfər həlak olub.   Məlumata görə, daha 10 nəfər xəsarət alıb. Ölənlərin 18-i kişi, doqquzu qadın və biri uşaqdır.  Raketin Ukrayna Silahlı Qüvvələri tərəfindən HİMARS sistemilə buraxıldlığı iddia edilir.  Mənbə: lug-info.com  Xeberal.az

Dünya

Bayden ilk rəsmi praymerizdə böyük fərqlə qalib gəldi

ABŞ-nin hazırkı prezidenti Co Bayden Cənubi Karolina ştatında Demokratlar Partiyasından prezidentliyə namizədlər üçün keçirilən ilkin seçkidə mütləq üstünlüklə qalib gəlib.  Məlumata görə, seçicilərin 96 faizindən çoxu dövlət başçısına səs verib.   Digər Demokrat namizədlər – yazıçı Marien Villiamson və konqresmen Din Fillips isə hər biri iki faizdən az səs toplayıb.  Səsverməni qazanmaq üçün sadə səs çoxluğunu […]

Cəmiyyət

Sumqayıtda sex yanıb

Sumqayıt şəhərində ümumi sahəsi 200 kvadratmetr olan plastik boru istehsalı sexinin dam örtüyünün taxta atmaları 10 kvadratmetr sahədə və içərisində taxta tullantıları 10 kvadratmetr sahədə yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Xeberal.az

Dünya

Azərbaycanın üç cüdoçusu “Böyük Dəbilqə”nin sonuncu günündə mübarizəyə başlayacaq

Bu gün Azərbaycanın daha üç cüdoçusu Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə”də mübarizəyə başlayacaq. Oxu.Az xəbər verir ki, sonuncu yarış günündə Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq) və Uşangi Kokauri (+100 kq) qüvvələrini sınayacaqlar. 90 kq. Vüqar Talıbov – Mariano Koto Bersyer (Argentina) Elcan Hacıyev – Sanşiro Murao (Yaponiya) +100 kq. Uşangi Kokauri […]