Cəmiyyət

Biləsuvarda ovçuluq təsərrüfatında köçəri quşların sayı azalıb

Biləsuvar rayonu ərazisində yerləşən Mahmudçala Ovçuluq Təsərrüfatında quşların sayının azaldığı müşahidə olunur. “Report”un məlumatına görə, miqrasiya mövsümünə uyğun olaraq təsərrüfat ərazisinə ov quşları – qaşqaldaq, ördək və s. köç ediblər. Lakin ötən illərlə müqayisədə köç edən quşların ümumi sayında azalma olub. Eyni zamanda əvvəlki dövrlərdə yüz mindən çox flaminqonun (qızıl qaz) qışladığı bu ovçuluq təsərrüfatında […]

Dünya

ABŞ sakinləri miqrantlarla mübarizə aparmaq üçün Texasa axışır

ABŞ-nin müxtəlif ştatlarından olan yüzlərlə yük maşını və könüllülərdən ibarət karvan Meksikadan olan qeyri-qanuni miqrantlara qarşı mübarizəni dəstəkləmək üçün Texasa gəlib.   Onlar federal hakimiyyət orqanlarına etibar etmədiklərini və Texas Milli Qvardiyasına sərhədləri müstəqil şəkildə müdafiə etməyə kömək etməyə hazır olduqlarını bildiriblər.   Xatırladaq ki, bir müddət öncə Texas qubernatoru Qreq Ebbott ABŞ sərhədini qoruyan federal qoşunları […]

Dünya

Britaniya XİN rəhbəri: “Abdullahiana dedim ki, öz əməllərinizə görə cavab verəcəksiniz”

Britaniyanın xarici işlər naziri Devid Kemeron “The Sunday Times” qəzetinə müsahibə verib.  O, iranlı həmkarı Hüseyn Əmir Abdullahianla söhbətinə toxunub:  “Biz İrana mümkün qədər aydın mesaj göndərməliyik ki, onlar proksi qüvvələri vasitəsilə etdiklərinin qəbuledilməz olduğunu bilsinlər. Mən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla söhbət etdim. Dedim ki, proksi qüvvələr sizə bağlıdır, siz onlardan boyun […]

Dünya

İraqın şimalında beş terrorçu zərərsizləşdirilib – VİDEO

İraqın şimalında “Hakurk” və “Pəncə-Kilid” əməliyyatı bölgələrində PKK-nın beş terrorçusu zərərsizləşdirilib.  Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.  “Harada olursa-olsunlar, terrorçuların yuvalarını başlarına yıxdıq, yıxırıq və yıxmağa davam edəcəyik. Qətiyyətlə davam etdirdiyimiz əməliyyatlarımız nəticəsində İraqın şimalındakı Hakurk və Pəncə-Kilid bölgələrində müəyyən edilən PKK-nın beş terrorçusu Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib”, – məlumatda diqqətə çatdırılıb.  Nerede […]

Cəmiyyət

Balakəndə dördotaqlı ev yandı

Balakəndə yaşayış evi yanıb. “Qafqazinfo”nun məlumatına görə, yanğın rayonun Qazma kəndində, kənd sakini 1957-ci il təvəllüdlü Səlihət İbey qızı Yüzbaşiyeva məxsus evdə baş verib. Hadisə yerinə Balakən Yanğından Mühafizə Hissələrinin texnikaları cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli, dördotaqlı yaşayış evi içərisindəki əşyaları ilə birlikdə tamamilə yanıb. Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. […]

Cəmiyyət

Mehdi Hüseynzadə adına stadionda konsert proqramı təşkil olunub

“Sumqayıt” və “Neftçi” komandaları arasında keçiriləcək Azərbaycan Premyer Liqasınınn XXI tur oyunundan əvvəl konsert proqramı təşkil olunub. “Report”un məlumatına görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda iki müğənni – Hiss və “Sumqayıt uşağı” Murad Arif çıxış ediblər. Qeyd edək ki, görüş saat 15:00-da start götürəcək. Bu, arenada yenidənqurmadan sonra ilk matçdır. Xeberal.az

Cəmiyyət

Qızılın qiyməti artdı: İşğaldan azad olunmuş ərazilərimizdəki mədənlər bazara necə təsir edəcək? – FOTO

Ölkələrin iqtisadi inkişaf, maliyyə dayanıqlığı göstəricilərindən biri də qızıl istehsalı və ya ehtiyatının həcmidir. Azərbaycanda da qızıl mədənləri mövcuddur. Həmin mədənlərdən hasil edilən qızılın miqdarı müəyyən dövrlər üzrə dəyişkəndir. Hazırkı statistika isə azalan istiqamətdədir. Dövlət Statistika Komitəsi xəbər verir ki, 2023-cü ildə Azərbaycanda 2 min 614 kiloqram qızıl hasil edilib. Bu rəqəmlər 2022-ci ilin göstəricilərindən […]

Cəmiyyət

Yevlaxda dəfələrlə yanğın baş verən qamışlıq ərazi qurudulur – FOTO

Yevlax rayonunun Çənlibel yaşayış massivində bataqlıq və qamışlıq ərazinin qurudulması işlərinə başlanılıb. “Report”un məlumatına görə, Çənlibel yaşayış massivində olan fərdi evlər və çoxmənzilli binaların sakinlər yaşadıqları ərazinin yaxınlığında qrunt sularının yığılması nəticəsində yaranmış qamışlıq və bataqlıq sahədə tez-tez yanğın hadisələrinin baş verdiyini, evlərinə, əşyalarına ziyan dəydiyini, hazırki vəziyyətin onların narahatlığına səbəb olduğunu bildiriblər. Bu səbəbdən bataqlıq […]

Dünya

Nigeriyada toy karvanına hücum: Üç nəfər öldürüldü, 55 nəfər girov götürüldü

Nigeriyada naməlum silahlı şəxslər toy kortejinə hücum edərək üç nəfəri öldürüb, daha 55 nəfəri girov götürüblər.   Hadisə şahidlərinin sözlərinə görə, faciə ölkənin şimalındakı Katsina ştatının Damari kəndi yaxınlığındakı yolda baş verib.   Toy mərasiminin qonaqları arasında yaralananlar da var.  Qeyd edək ki, Nigeriyada, xüsusən də bir neçə ekstremist qrupun fəaliyyət göstərdiyi ölkənin şimalında mülki şəxslərə qarşı […]

Cəmiyyət

Kişilərdə anormal sinə böyüməsi: Ginekomastiyanın müalicə üsulu nədir? – ARAŞDIRMA + VİDEO

Son dövrlərdə kişilər arasında ginekomastiya xəstəliyi yayılmaqdadır. Əsasən uşaqlar və yeniyetmələrdə müşahidə olunan bu xəstəlik döş toxumasının anormal şəkildə böyüməsidir. Bu hallar hansı səbəblərdən yarana bilər? Plastik cərrah Elvin Əliyev ginekomastiya xəstəliyinin əsasən genetik faktorlarla əlaqəli olduğunu bildirib: “Hazırkı dövrdə istifadə olunan qidalar, bəzi irsi xəstəliklər, qaraciyərlə əlaqəli problemlər, eləcə də məşq zamanı qəbul edilən […]