Tədbirlər

Mediasiya Şurası üçün Maliyyə savadlılığı təlimi keçirilib

Azərbaycan Respublikasının Mərkəzi Bankı maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsi istiqamətində işlər görür, eyni zamanda onların maliyyə savadlılığının artırılması üçün tədbirlər təşkil edir. Bu tədbirlərin davamı olaraq 08.09.2023-cü il tarixində Mediasiya Şurasının 44 nəfər mediatoruna Mərkəzi Bankın maliyyə savadlılığının artırılması məqsədilə hazırlanmış elektron resursları və “Milli pul nişanları və onların saxtalaşdırılmasına qarşı mübarizə” mövzusunda […]

İqtisadiyyat

İlham Əliyev Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yeni sahəsini açıqlayıb

Prezident İlham Əliyev sentyabrın 14-də Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışı zamanı Azərbaycanın bu region ölkələri ilə yeni əməkdaşlıq sahəsi barədə danışıb. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsinin fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş “Rəqəmsal İpək Yolu” layihəsinin olduğunu söyləyib. Xeberal.az

Cəmiyyət

Masazırda evdən qadın meyitinin tapılmasının təfərrüatı məlum olub – FOTO

Abşeron rayonu Masazır qəsəbəsi Qara Qarayev küçəsində, atasının evində meyiti tapılan Səbinə Rzayevanın ölümünün bəzi təfərrüatı məlum olub. Mərhumun atası Cavad Rzayev “Report”un yerli bürosuna bildirib ki, qızı 20 ildən çoxdur narkotik istifadəçisidir. Elə bu səbəbdən də o, yalnız 6 ay evli olub. Həmin evlilikdən də Ömər adlı bir oğlu dünyaya gəlib. C.Rzayev bildirib ki, nəvəsi […]

Siyasət

Prezident: “Gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində fəal çalışırıq”

“Azərbaycan Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malikdir”. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-də Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışı zamanı bildirib. “Mərkəzi Asiya ölkələrindən yük göndərənlərin artan tələbatını nəzərə alaraq, biz gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində fəal çalışırıq. Yeni sərmayə layihələri […]

Tədbirlər

JSİD dövlət qurumlarına son təlimlərini keçirib – FOTOLAR

“Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyi bu dəfə təlim-görüşlərini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidməti əməkdaşları ilə keçirib.  “Korporativ Sosial Məsuliyyət və dövlət qurumları: media və vətəndaş cəmiyyətinin rolu” layihəsi çərçivəsində növbəti iki tədbir də baş tutub. JSİD-in keçirdiyi səkkiz təlim-görüşə, eyni zamanda media və vətəndaş cəmiyyəti nümayəndələri də qatılıblar.     “Günümüzdə […]

Cəmiyyət

Deputatın sürücülük hüququ məhdudlaşdırıla bilər

Milli Məclisin deputatı Anatoliy Rafailovun sürücülk hüququ məhdudlaşdırıla bilər. “Qaynarinfo” xəbər verir ki, buna səbəb deputatın yol hərəkəti qaydalarını pozması və buna görə kəsilən cəriməni ödməməsidir. Deputat cəriməni ödəmədiyinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (Yol hərəkəti qaydalarını pozmaqla inzibati xətaların, yaxud bu məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati […]

Siyasət

Prezident İlham Əliyev: “Bakı-Tbilisi-Qars dəmir yolu tərəfimizdən müasirləşdirilir”

“Şərq-Qərb marşrutu ilə yükdaşımalarına artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu tərəfimizdən müasirləşdirilir”. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-də Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışı zamanı söyləyib. Gələn il həmin yol ilə daşınan yüklərin həcminin bir milyon tondan beş milyon tona qədər artırılacağını qeyd […]

Dünya

Estoniya Latviya-Belarus sərhədinə hərbi qüvvələrini göndərir

Estoniya hərbi qüvvələrini Latviya-Belarus sərhədinə göndərir. Bu barədə Estoniyanın Baş naziri Kaya Kallas öz “X” sosiel şəbəkə hesabında məlumat verib. “Estoniya Latviyaya polis və sərhəd xidməti qüvvələrindən ibarət bir qrup göndərir. Latviya Belarusdan davam edən hibrid fəaliyyətlərə qarşı mübarizə üçün bizdən kömək istəyib. Biz Aİ-nin xarici sərhədlərini qorumaq və qonşularımızla çiyin-çiyinə olmaq üçün öz köməyimizi […]

Siyasət

İcma sözçüsü: “Soydaşlarımızın qayıdış hüququnun görməzliyə vurulması insanlıq əleyhinə cinayətdir”

“Qərbi Azərbaycandan olan soydaşlarımızın geri qayıdış hüququnun görməzliyə vurulması insanlıq əleyhinə cinayətə haqq qazandırmaqdır”. Bunu “Report”un sorğusuna cavab olaraq Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar deyib. O bildirib ki, Qərbi Azərbaycan İcması indiki Ermənistan ərazisindən deportasiya olunan soydaşlarımızın başlarına gələnlər, onların geri qayıdış hüququ və məhv edilən maddi və qeyri-maddi irsimizlə bağlı dünya ictimaiyyətinə məlumatlar […]

Siyasət

“Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir”

“Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir”. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-də Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışı zamanı bildirib. Əks istiqamətdə də tranzitin əhəmiyyətinin az olmadığını diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib: “Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, […]