Dünya

ABŞ Cənubi Koreyaya “F-35” qırıcıları satacaq

ABŞ Dövlət Departamenti Cənubi Koreyaya 5,06 milyard dollara “F-35” qırıcı təyyarələri və müvafiq avadanlıqların mümkün satışını təsdiqləyib. Bu barədə Pentaqonun Müdafiə Təhlükəsizliyi üzrə Əməkdaşlıq Agentliyi bildirib. Qeyd olunub ki, söhbət 25-ə qədər döyüş təyyarəsinin alınmasından gedir. Departament əmin edib ki, bu avadanlığın tədarükü ABŞ-nin döyüş hazırlığına xələl gətirməyəcək və regionda “əsas hərbi balansı dəyişməyəcək”. Mənbə: […]

Cəmiyyət

Sabunçu sakinlərinin kabusuna çevrilən yol – VİDEO

Sabunçu rayonu, Nizami İsmayılov küçəsində avtomobil yolu sakinlərin kabusuna çevrilib. Belə ki, yaxınlıqda məktəbin yerləşməsinə və sürət həddinin 30 km/s olmasına baxmayaraq avtomobil sürücüləri bu qaydalara əməl etmirlər. Digər tərəfdən, ərazidə piyada keçidi olsa da, onun zolaqları silinib. Bu da yolu qarşı tərəfə keçən piyadalara çətinlik yaradır. Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: […]