Cəmiyyət

Yasamalda 35 yaşlı kişini avtomobil vurub

Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, avtomobil yolu keçən 1988-ci il təvəllüdlü Elgün Behbud oğlu Zeynalovu vurub. Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağının sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır. Xeberal.az

Dünya

NATO Rusiyanı tamamilə mühasirəyə alacaq

NATO Rusiyanı tamamilə mühasirəyə alacaq və bunun üçün yalnız Moldova ilə razılaşmaq qalır. Bu barədə Rusiyanın Hərbi və Siyasi Münaqişələrin Tədqiqi Mərkəzinin rəhbəri Andrey Klintseviç “The Atlantic” jurnalının proqnozu barədə danışarkən bildirib. Amerikalı jurnalistlər Ukraynadakı münaqişə və Trampın ABŞ-dəki qələbəsi səbəbindən NATO-nun 2025-ci ilə qədər dağılacağını proqnozlaşdırıblar. Amma rusiyalı ekspert əmindir ki, hadisələrin belə inkişafı […]

Cəmiyyət

Nəsimi rayonunda motosiklet avtomobillə toqquşub

Bakının Nəsimi rayonunda motosiklet avtomobillə toqquşub. “Report”un məlumatına görə, Çinar Əflatun oğlu Səftərov idarə etdiyi motosikletlə hərəkətdə olarkən idarəetməni itirərək avtomobillə toqquşub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qamış sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əzilmələri diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır. Xeberal.az

Cəmiyyət

Zabratda 58 yaşlı kişini elektrik cərəyanı vurub

Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində bədbəxt hadisə baş verib. “Report”un məlumatına görə, 1965-ci il təvəllüdlü Arif Hüseyn oğlu Quliyev elektrik naqili ilə işləyən zaman onu cərəyan vurub. Ağır bədən xəsarətləri alan 58 yaşlı kişi təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və reabilitasiya şöbəsinə yerləşdirilib. Xeberal.az

Dünya

Messidən iki məhsuldar ötürmə, “İnter Mayami” səfərdə qələbə qazandı – VİDEO

ABŞ və Kanadanın peşəkar futbol liqası MLS-də (Major League Soccer) növbəti turun oyunu keçirilib. Lionel Messinin çıxış etdiyi “İnter Mayami” “Los Anceles”in qonağı olub. Oyun “İnter Mayami”nin 1:3 hesablı qələbəsi ilə yekunlaşıb. Lionel Messi matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb. “Los Anceles” – “İnter Mayami” – 1:3 Qollar: Fakundo Farias, 14 (0:1), Jordi Alba, 51 (0:2), […]

Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? – SİYAHI

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb. Mərkəzdən bildirilib ki, hazırda paytaxtın aşağıdakı yollarında: 1. Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində; 2. Ziya Bünyadov prospekti, “Çermet” körpüsündən metronun “20 Yanvar” stansiyası istiqamətində; 3. 20 Yanvar dairəsində; 4. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində; 5. Sabunçu-Zabrat […]

Siyasət

Bakıdan erməniəsilli sakinlərə ərzaq aparan karvan 7 gündür Ağdam-Xankəndi yolunda gözləyir

Yeddi gündür ki Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün içərisində un olan iki yük maşını (TIR) Ağdam-Xankəndi yolundadır. Bu barədə “Report”un əraziyə ezam olunmuş əməkdaşı xəbər verir. Belə ki, içərisində 40 ton un məmulatları olan iki TIR avqustun 29-dan etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir. Azərbaycan Qızıl […]

Dünya

Britaniya şahzadəsi uşaqlara qarşı cinsi zorakılıqda ittiham olunur

Britaniya şahzadəsi Endryu Ukraynaya səfəri zamanı seksual zorakılıqda ittiham olunur. Bu barədə Böyük Britaniya mətbuatında məlumat yayılıb. Britaniya şahzadəsi yenidən uşaqlara sərt rəftarla bağlı ittihamlarla üzləşib. Yeni ittihamlar onun iyunda Ukraynanı ziyarət etməsindən sonra ortaya atılıb. Onun Kiyevdə yerləşən məşhur klublardan birində iki uşağa qarşı sərt rəftarı gündəmə gəlib. İttihamı klubda Britaniya nümayəndə heyətini qəbul […]

Dünya

İran Rusiya istehsalı döyüş təyyarələri alıb

Rusiya istehsalı olan ilk “Yak-130” döyüş təlim təyyarələri İrana gətirilib. Bu, Tehranın son bir neçə onillikdə aldığı ilk hərbi təyyarələr olub. Hələlik yeni təyyarənin İran Hərbi Hava Qüvvələrinə çatdırılması ilə bağlı rəsmi açıqlamalar olmasa da, görüntülər sosial mediada yayılıb. Burada İran Hərbi Hava Qüvvələrinin İsfahandakı 8-ci taktiki aviabazasının yolları ilə hərəkət edən iki “Yak-130” göstərilir. […]

Dünya

İsveçdə yenidən Quran yandırıldı – FOTO/VİDEO

İraq əsilli mühacir Salvan Momika İsveçin Malmö şəhərində Quranın yandırılması üzrə növbəti aksiya həyata keçirib. Məlumata görə, şəhər meydanlarından birində keçirilən aksiyada 200-ə yaxın adam iştirak edib. Aksiyada iştirak edənlərdən bir neçəsi nümayişin təşkilatçısını dayandırmağa cəhd edib və İsveç polisi tərəfindən saxlanılıb. Bununla əlaqədar olaraq Momika mitinqi vaxtından əvvəl başa vurmağa və polislərin müşayiəti ilə […]