Kriminal

Sabirabadda evdən böyük məbləğdə oğurluq edilib

Sabirabad şəhəri ərazisindəki evlərin birindən 9 000 manat və 7 000 ABŞ dolları oğurlanması barədə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, oğurluqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş E.Abbasov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Mədəniyyət

Nazirlikdən Mikayıl Müşfiqə aid olduğu ehtimal edilən qalıqlarla bağlı AÇIQLAMA

“Mikayıl Müşfiqə aid olduğu ehtimal edilən qalıqların müayinəsi bu gün də davam etdirilir”. Bunu Oxu.Az-a açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib. Onun sözlərinə görə, hələlik bir nəticə yoxdur: “Digər siyasi xadimlərin də qalıqları var idi. Həmin qalıqlarla bağlı da heç bir nəticə yoxdur”. Xeberal.az

MARAQLI

Dünyanın ən bahalı dondurması təqdim olundu

Yaponiyanın “Cellato” şirkəti dünyanın ən bahalı dondurmasını təqdim edərək yeni Ginnes rekordu müəyyənləşdirib. Byakuya adlı təamın bir porsiyası müştərilərə 873 400 yapon yeninə (təxminən 6700 dollara) başa gələcək. Xüsusi desert kilosu 15 min dollardan baha olan yeməli qızıl, nadir pendirlər və İtaliyada yetişdirilən ağ trüfel daxil olmaqla bir sıra nadir inqrediyentlərdən hazırlanır. Osakadakı məşhur “RiVi” […]

MARAQLI

Yaşlı insanlara ömrü səkkiz il uzatmağın yolu açıqlandı – FOTO

Kifayət qədər idman, bol tərəvəz, siqaret çəkməmək: sağlam həyat tərzi bir çox xəstəliklərin riskini azalda bilər. Bəs 60, 70 və ya 80 yaşında həyat tərzini dəyişmək olarmı? Rusiyalı tanınmış diyetoloq Vasilisa Ponomaryovanın fikrincə, olar və mümkündür, özü də bu, həm həyat keyfiyyətini yaxşılaşdırır, həm də ömrü uzadır. O, qidalanmada Aralıq dənizi pəhrizinə (çoxlu təzə tərəvəz […]

MARAQLI

İtaliyanın tarixi fəvvarəsinin suları qara rəngə boyandı – VİDEO

“Son nəsil” hərəkatının 10-a yaxın ekoloji fəalı İtaliyada növbəti aksiya keçirib. Onlar Romanın mərkəzindəki Trevi fəvvarəsinə qara boya töküblər, bundan sonra su müvafiq rəngə boyanıb. Bildirilir ki, tarixi fəvvarənin suyunu rəngləyən boya kömür əsasında hazırlanıb. Fəallar bu yolla yer səthində temperaturun artmasına səbəb olan qalıq yanacaqlardan istifadədən imtinaya etiraz edirlər. Mənbə: TASS Xeberal.az

MARAQLI

Kondisioner quraşdırmaq istəyən qadın divarda qorxulu tablo aşkarladı – FOTO

Evində kondisioner quraşdırmaq istəyən qadın divardakı ventilyasiya kanalında qorxunc rəsm aşkarlayıb. Bu barədə “BeginningSir2984” ləqəbli “Reddit” istifadəçisi özünün sosial şəbəkə hesabından bildirib. Paylaşımda üzərində saqqallı kişi təsviri olan portret əks olunub. Şəklə qorxunc görüntü verən isə kişinin gözlərinin yerinə qaranlıq uçurumun çəkilməsidir. Yazı müəllifi dəqiqləşdirib ki, portretin arxa tərəfində “Enerji adlı qoca” yazılıb. Bir çox […]

Dünya

Türkiyədə dəniz sahilində müəmmalı çəllək aşkarlandı – FOTO

Türkiyənin Zonguldak vilayətində Kapuz çimərliyində dəniz sahilində müəmmalı çəllək aşkarlanıb. Hadisə yerinə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) qrupları cəlb ediliblər. AFAD əməkdaşları dənizdən sahilə vuran çəlləyin üzərində araşdırma aparıblar. Daha sonra çəllək kran vasitəsilə sudan çıxarılıb. Çəlləyin haradan gəldiyi və içində nə olduğu ilə bağlı hələ məlumat verilməyib. Mənbə: Haber Global Xeberal.az

MARAQLI

Səmada səsdən sürətli “alov topu” avstraliyalıları qorxutdu – VİDEO

Avstraliyanın Adelaida şəhərinin yaxınlığına düşən “alov topu” yerli sakinlərə qorxulu anlar yaşadıb. Sakinlərin sözlərinə görə onlar güclü partlayış səsi eşidiblər və titrəmə hiss ediblər. Astrofiziklər meteorun diametrinin bir metrə çatdığını, sürətinin isə təxminən 150 000 km/saat olduğunu bildiriblər. Sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb. Mənbə: Lenta.ru Xeberal.az

Dünya

Gəlin maşınları tıxacda qaldı: Bəylər vaxtı fövtə vermədi – VİDEO

Türkiyədə iki gəlin maşını yaranmış tıxac səbəbi ilə yolda qalıb. Yolun açılmasını gözləyən bəylər vaxtı fövtə verməmək qərarına gəliblər. Avtomobildən düşən bəylər qol qaldırıb rəqs ediblər. Hadisənin şahidi olan insanlar isə bu hadisəni mobil telefonlarına çəkərək sosial şəbəkələrdə paylaşıblar. Görüntülər qısa müddət ərzində sürətlə yayılaraq böyük marağa səbəb olub. Mənbə: Haber Global Xeberal.az

Dünya

Çin imperatorunun möhürü 20 funt sterlinqi 60 min dollara qaldırdı – FOTO

Londondakı bir xeyriyyə mağazasında ucuz alınan iki ədəd çini qabın Tzin İmperiyası dövrünə aid çox bahalı artefakt olduğu ortaya çıxıb. Keramika kolleksiyaçısı hər iki qabı əsl dəyərini bilmədən cəmi 20 funt sterlinqə (təqribən 42 manat) alıb. Ancaq sonra o, onların dibində 18-ci əsrdə hökm sürən Tzin İmperatoru Tsianlunun altırəqəmli möhürünü tapır. Bundan sonra alıcı əldə […]