Dünya

Çin imperatorunun möhürü 20 funt sterlinqi 60 min dollara qaldırdı – FOTO

Sharing is caring!


Londondakı bir xeyriyyə mağazasında ucuz alınan iki ədəd çini qabın Tzin İmperiyası dövrünə aid çox bahalı artefakt olduğu ortaya çıxıb.

Keramika kolleksiyaçısı hər iki qabı əsl dəyərini bilmədən cəmi 20 funt sterlinqə (təqribən 42 manat) alıb. Ancaq sonra o, onların dibində 18-ci əsrdə hökm sürən Tzin İmperatoru Tsianlunun altırəqəmli möhürünü tapır. Bundan sonra alıcı əldə etdiklərini mütəxəssisə göstərmək qərarına gəlib və hərrac evinə gətirib.

Qiymətləndirici bu qənaətə gəlib ki, qabların dəyəri 60 min dolları (102 min manat) keçə bilər.

Bu cür qablar yalnız imperator sarayı üçün hazırlandığından nadir nüsxə sayılırlar.

Xrizantemlərin təsvir olunduğu oxşar lotlar əvvəllər də hərraca çıxarılıb və hər dəfə ajiotaj yaradıb. 2021-ci ildə bir cüt qapaqlı çini qab “Sotheby’s”də 350 min dollara (595 min manat) satılıb.

Kolleksiyaçı hərracdan əldə ediləcək gəlirin bir hissəsini qabları aldığı xeyriyyə mağazasına bağışlamağı planlaşdırır.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir