Cəmiyyət

Cəlal Şəngör: “Yaxın zamanda İstanbulda dəhşətli zəlzələ olacaq”

“Yaxın zamanda İstanbulda daha dəhşətli zəlzələ olacaq”.  Oxu.Az xəbər verir ki, bunu türkiyəli akademik, dünya şöhrətli geoloq Celal Şengör azərbaycanlı tələbələrlə görüşündə deyib: “Bu hadisədə ən azı bir milyon insan ölə bilər. Zəlzələ İstanbulu başımıza keçirəcək. Bu, Şərqi Anadolu seysmik xəttinin qırılması nəticəsində gözlənilir”. Aysel Aslan Xeberal.az

Cəmiyyət

Nişanlı gənclərin faciəvi sonu “Arzunun vaxtı”nda: “Heç balalarının öldüyündən xəbəri yoxdur” – VİDEO

Mayın 22-də Qobustanda ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə beş nəfər həyatını itirib. Onlardan dördü bir ailənin üzvləridir. Baku TV-nin əməkdaşı həlak olanların ailəsində olub, qəzanın təfərrüatını araşdırıb. Məlum olub ki, hadisə həlak olan cütlük üçün Bakıya nişan üzüyü almağa gedərkən baş verib. “Səhər saat 8-də yola saldım, 9-da zəng edildi ki, xəstəxanaya gəlin. Bacım komadadır. […]

Cəmiyyət

“Nar” 5G sürətini Sumqayıta gətirdi!

“Nar” ultra sürətli 5G texnologiyasını Sumqayıt şəhərində test rejimində təqdim edir. Bununla da, “Nar” 5G texnologiyasını paytaxtdan kənara gətirən ilk mobil operator olub. Abunəçilər 5G texnologiyasını dəstəkləyən şəxsi mobil telefonları ilə Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsi 34 ünvanında yerləşən “Nar” mağazasında şəbəkəyə qoşula və ya mağazada şəbəkəyə qoşulmuş cihazlardan istifadə edərək 5G sürətini sınaqdan […]

Cəmiyyət

“Nar”ın tərəfdaşlıq etdiyi Baku Open 2023 Şahmat turnirinin qalibləri bəlli oldu

Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə təşkil olunan “Baku Open 2023” beynəlxalq şahmat turniri yekunlaşdı.32-si qrosmeyster olmaqla, 600-dən çox şahmatçının iştirakı ilə keçən turnirin A qrupu üzrə qalibləri qadınlar arasında Bolqarıstan təmsilçisi Nurgül Səlimova, kişilər arasında Hindistan təmsilçisi Leon Luke Mendonca olub.Xatırladaq ki, “Nar” “Baku Open 2023” şahmat turnirinin rəsmi tərəfdaşıdır. Turnirə dəstək “Nar”ın […]

Dünya

Hotel otağının ən çirkli əşyaları

Səyahət eksperti Anton Radçenko hotel otaqlarındakı ən çirkli əşyaların adlarını açıqlayıb. Təcrübəli səyahətçi ilk olaraq televizorun pultunu hotel otağının ən çirkli əşyası hesab edir: “Təmizlik zamanı televizorun pultu nadir hallarda dezinfeksiya edilir və ya silinir”. Səyahətçi səfərə yollanan şəxslərdən özləri ilə nəm salfetlər götürməyi tövsiyə edib. “Qonaqlar dəyişən zaman xidmətçilərin silmədiyi başqa bir əşya isə […]

İqtisadiyyat

Azərbaycanda vəfat edən şəxsin ipoteka krediti borcunun ödənilməsi qaydası müəyyənləşdi – QƏRAR

Azərbaycanda vəfat edən şəxsin ipoteka krediti borcunu vərəsələri ödəyəcək. “Report” xəbər verir ki, Konstitusiya Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında bununla bağlı qərar qəbul edib. Qərara əsasən, Mülki Məcəlləyə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni zamanda Mülki […]

İqtisadiyyat

“Bernama”: Malayziya Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dəvət olunub

Malayziyanın “Bernama” xəbər agentliyinin saytında Malayziya ilə Azərbaycan arasında əməkdaşlığa dair məqalə dərc olunub. Həmin materialın tərcüməsini oxucularının diqqətinə çatdırırıq. Malayziyanın beyin mərkəzi və özəl sektorun iqtisadi təşkilatı ilə anlaşma memorandumları imzalamağı planlaşdıran Azərbaycan iki ölkə arasında mövcud potensialın tam reallaşdırılması üçün ticarət əlaqələrinin və iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu çağırışla çıxış edən azərbaycanlı deputat, […]

Şou-Biznes

Oğuzhanla aramız heç zaman pozulmadı” – Demet Özdemir

8 ay evli qaldıqdan sonra ani bir qərarla boşanan Demet Özdemir və Oğuzhan Koçun yenidən barışacağına dair söhbətlər dolaşdığı dövrdə Demet keçmiş ərinin evinə gəlib. Lent.az-ın məlumatına görə, bir neçə saat Oğuzhanın evində qalan Demet oradan çıxarkən paparazzilərə yaxalanıb. O, vacib və özəl əşylarının qaldığını bildirərək, avtomobilinə oturub. Müxbirlərin “Oğuzhanla dost qala bildinizmi?” sualına aktrisa […]

İdman

Fransa millisinin üzvü “Barselona”dan ayrılmaq istəyir

Jül Kunde “Barselona”nı tərk edə bilər. Fransa millisinin üzvü müdafiənin sağ cinahında oynamasından narazıdır. O, bu barədə baş məşqçi Xaviyə bildirib. Kunde ona daha doğma olan mövqedə – müdafiənin mərkəzində oynamaq istəyir. 24 yaşlı futbolçu sağda alternativinin olmamasından narahatdır. O, belə hesab edir ki, həmin mövqedə ən yaxşı variant hesab olunduğundan Xavi növbəti mövsüm də […]

İdman

Bakıdan Lənkərana sürətli idman avtomobilləri ilə!

İyunun 10-da Azərbaycan Avtomobil Federasiyası (AAF) idman avtomobillərinin yürüşünü təşkil edəcək.  Bakı-Lənkəran marşrutu üzrə keçiriləcək yürüş Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək. Yürüşə sürətli idman avtomobillərinin sahibləri qoşula bilərlər. İştirak etmək istəyənlər iyunun 5-dək Avtomobil Federasiyasında (+99450) 295 01 00 nömrəsinə zəng və ya [email protected] elektron ünvanına müraciət edərək qeydiyyatdan keçməlidirlər.  AAF tədbir iştirakçıları üçün […]