Cəmiyyət

Bakı metrosunun keçidində kişi öldü

Bakı metrosunun “Neftçilər” stansiyasının keçidində sərnişin vəfat edib. “Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, pilləkənlərlə düşərkən özünü pis hiss edən şəxsə ətrafdakılar ilkin tibbi yardım göstərib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, kişinin həyatını xilas etmək mümkün olmayıb. Xeberal.az

İqtisadiyyat

Ağdam Sənaye Parkında yeni rezidentlər

Ağdam Sənaye Parkının yeni qeydiyyata alınmış rezidentlərinin ümumi investisiya həcmi 36 milyon manata yaxın olan layihələrinin reallaşması nəticəsində 130-dan çox daimi iş yeri yaradılacaq. İZİA-dan verilən məlumata görə, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkında daha 2 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, bununla da Sənaye Parkının rezidentlərinin sayı 14-ə […]

Cəmiyyət

Sabirabadda inkassator avtomobili ata və azyaşlı qızını vurdu: Ölən var

Sabirabadda avtomobil ata və azyaşlı qızını vurub. APA xəbər verir ki, hadisə rayonun Beşdəli kəndində qeydə alınıb. İnkassator avtomobili yolu keçən ata və qızını vurub. Nəticədə kişi hadisə yerində ölüb, azyaşlı qız isə ağır xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Şou-Biznes

Əməliyyatlarına 3 milyon xərcləyən müğənni bədənini göstərdi – FOTO

Dubayda istirahət edən rusiyalı müğənni Nastya Slava fotoları ilə diqqət çəkib. Lent.az xəbər verir ki, o, bədənini nümayiş etdirdiyi foto və videolarını "Instagram" hesabında paylaşıb. İfaçı paylaşıma “Çox rahatdır! Güc qazandım. Qaralmış və şənəm. Tezliklə görüşərik və mahnı oxuyarıq. Sizi sevirəm!", – deyə qeyd edib. İzləyiciləri isə onun bədənini təqdir edərək, paylaşımlarına "Çox gözəlsən", "Bu yaşda […]

Siyasət

Azərbaycanla Serbiya arasında dənizçilərin hazırlanması ilə bağlı sənəd təsdiq edildi

“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Serbiya Respublikasının Tikinti, Nəqliyyat və İnfrastruktur Nazirliyi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın (əlavələrlə) I/10-cu qaydasına əsasən sertifikatların (diplomların) tanınması haqqında” Anlaşma Memorandu təsdiq edilib.  Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.  […]

Kriminal

Gəncədə çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb – FOTO

Gəncə şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən fiziki şəxs Hüseyn Faiq oğlu Abdullayevə məxsus çörək istehsalı müəssisəsində aparılmış yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.  Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, müəssisədə sanitar texniki və sanitar gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, tavan, döşəmə və divar səthlərinin […]

İqtisadiyyat

Aleksey Overçuk: “Xanoba” məntəqəsi “Şimal-Cənub” dəhlizinin vacib elementidir”

Azərbaycan-Rusiya sərhədində yerləşən və bu gün açılışı olan “Xanoba” sərhəd-buraxılış məntəqəsi “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin vacib elementlərindən biridir. “Report” xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk gömrük postunun açılış mərasimində bildirib. A.Overçuk, Rusiya-Azərbaycan sərhədində belə müasir və rahat keçid məntəqəsinin açılmasından şad olduğunu bildirib: “Bu keçid məntəqəsi yüklərin Hindistandan, Pakistandan, İrandan və […]

Siyasət

Peşə təhsili ilə bağlı YENİLİK – Prezident fərman imzaladı

Prezident İlham Əliyev Peşə təhsili müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında fərman imzalayıb.  Bununla bağlı Prezident.az məlumat yayıb.  Fərmana əsasən, peşə təhsili müəssisələrində 2023-cü il aprelin 1-dən peşə təhsili pilləsinin bütün səviyyələri üzrə dövlət büdcəsinin vəsaiti hesabına kadr hazırlığı mərhələli şəkildə adambaşına maliyyələşdirmə prinsipi əsasında dövlət sifarişi ilə həyata keçiriləcək. Eyni zamanda, adambaşına maliyyələşdirmə […]

Siyasət

Prezident Rəhim Məmmədovu təltif etdi

Prezident İlham Əliyev Rəhim Məmməd oğlu Məmmədovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.  Bununla bağlı Prezident.az məlumat yayıb.  Sərəncama əsasən, R.Məmmədov Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.  Xeberal.az