Dünya

Kanada “Leopard 2” əsas döyüş tanklarını Ukraynaya göndərdi – FOTO

“Kanadanın Ukraynaya göndərdiyi ilk “Leopard 2” əsas döyüş tanklarını daşıyan təyyarə Halifax şəhərində yola düşdü”. Bu barədə Kanadanın milli müdafiə naziri Anita Anand “Twitter”də məlumat verib. “Kanada Ukrayna xalqının yanındadır və biz Ukrayna Silahlı Qüvvələrini qələbə üçün lazım olan avadanlıqla təmin etməyə davam edəcəyik”, – Kanadanın milli müdafiə naziri qeyd edib. Today, an @RCAF_ARC aircraft […]

Dünya

İran parlamentinin sədri: “İran iqtisadiyyatı uğursuzluğa məhkumdur” – FOTO

“İran iqtisadiyyatı uğursuzluğa məhkumdur”. “Azad İran” “Telegram” kanalı xəbəri verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib. Onun sözlərinə görə, ölkə iqtisadiyyatının uğursuzluğunun səbəbi onun xalqın əlində olmamasıdır. Qalibaf İran iqtisadiyyatının 80%-nin dövlət nəzarətində olduğunu bildirib. O, ölkə iqtisadiyyatının yaxşı durumda olmadığını söyləyib və bunun həll yollarından biri kimi iqtisadiyyatda vətəndaşların rolunun artırılmasını […]

İqtisadiyyat

Hindistan Rusiyaya görə Qərbin sanksiyalarından yayınmaq üçün valyutalarını “dəyişiblər”

Hindistan şirkətləri Rusiya neftinə ödəniş üçün valyutalarını “dəyişiblər”. Bu barədə “Reuters” əməliyyat məlumatlarına istinadən xəbər verib. Məlum olub ki, Hindistan biznesi Qərbin sanksiyalarını pozmaq riskini azaltmaq üçün bu addımı atıb – şirkətlər Rusiya neftinin tədarükünün böyük hissəsini BƏƏ-nin milli valyutası olan dirhəmlə ödəyirlər.  O da vurğulanıb ki, Hindistan neft emalı müəssisələri Rusiya neftini əsasən Dubay treyderlərindən, o cümlədən “Everest […]

Dünya

Honkonqa getmək istəyən turistlərə 500 min pulsuz aviabilet paylanacaq

Honkonq hakimiyyəti turistlərə 500 min pulsuz aviabilet paylayacaq. Honkonq rəsmiləri bu yolla bölgəyə xarici səyahətçilərin cəlb edilməsinə çalışırlar. Hazırda pandemiyanın turizm sektoruna vurduğu ziyanın aradan qaldırılması üçün cəhdlər edilir. Və bu planın bir hissəsi kimi dəyəri 250 milyon avrodan çox olan 500 min aviabiletin paylanması nəzərdə tutulub. Belə ki, bütün COVID məhdudiyyətləri ləğv edildikdən sonra […]

İdman

“Borusiya”dan qol yağışı, “Vilyareal”ın sensasiyalı məğlubiyyəti – VİDEO

Almaniya, İspaniya və İtaliyanın futbol üzrə ölkə çempionatlarında maraqlı oyunlar olub.  Almaniya Bundesliqasının 19-cu turunda Dortmund “Borusiya”sı evdə “Frayburq”u qəbul edib. Oyun Dortmund klubunun böyük hesablı qələbəsi ilə bitib – 5:1 Qeyd edək ki, bu qələbədən sonra “Borusiya” turnir cədvəlində 3-cü sırada qərarlaşıb. Dortmund təmsilçisi lider “Union”dan iki xal geridədir. “Borusiya”(Dortmund) – “Frayburq” – 5:1 İtaliya A […]

Dünya

Hindistanda minlərlə kişi həbs edildi: Qadınlar etiraza qalxdılar

Hindistanın Assam ştatında polis 2000-dən çox kişini həbs edib. Kütləvi reydlər zamanı yetkinlik yaşına çatmayan qızlarla nikaha girən 2169 kişi saxlanılıb. Bu barədə ştatın polis rəisi Qyanendru Pratap Sinqx məlumat verib. “İndiyədək biz polis tərəfindən qeydə alınmış 4074 hadisə əsasında 2169 nəfəri həbs etmişik”, – deyə o qeyd edib. Buna baxmayaraq, saxlanılanların arvadları asayiş keşikçilərinin […]

MARAQLI

Ayın sonuna pul çatdırmayanlar üçün iqtisadçı çıxış yolu göstərdi – FOTO

Xərclənən pulların təhlili lüzumsuz xərcləri azaltmağa kömək edir. Bu barədə Rusiyanın Milli Maliyyə Araşdırmaları Agentliyi Analitik Mərkəzinin sosial-iqtisadi tədqiqatlar üzrə direktoru Yekaterina Suşko bədxərcliyin qarşısını almağın yolları barədə danışarkən bildirib. İqtisadçının sözlərinə görə, bir çoxları son pullarını boş şeylərə xərcləyir, sonra maaş gününə qədər borc götürməli olurlar. Ekspert bunun qarşısını almaq üçün xərc və gəlirlərin hesabatını […]

MARAQLI

Rusiyada yanan mənzildə qalan hamilə qadın və uşağı yoldankeçənlər xilas etdilər – VİDEO

Rusiyanın Yaroslavl şəhərində yoldan keçənlər yanan mənzildən uşağı və hamilə qadını xilas ediblər. Sosial şəbəkələrdə bununla bağlı kadrlar paylaşılıb. Bildirilib ki, yanğın səbəbindən qapıya yaxınlaşa bilməyən qadın yoldan keçənlərdən kömək istəyib. Nəticədə bir neçə kişi ikinci mərtəbəyə qalxaraq, yanğınsöndürənlər gələnə qədər uşaqlı qadına mənzildən çıxmağa kömək ediblər. Mənbə: “BAZA” “Telegram” kanalı  Xeberal.az

MARAQLI

Yanmış dərinin əvvəlki vəziyyətinə qüsursuz qaytarılmasının çarəsi tapıldı – FOTO

Artıq transplantasiyaya ehtiyacı olan yanıq xəstələr qüsursuz dəriyə sahib ola biləcəklər. Belə ki, Kolumbiya Universitetinin (ABŞ) alimləri xəstələr üçün dəri böyütmə üsulunu kəşf ediblər. Araşdırma “Science” jurnalında dərc olunub. Əslində həkimlər artıq xəstənin hüceyrələrindən istifadə edərək dəri fraqmentlərini böyütməyi və 3D printer vasitəsilə çap etməyi bilirlər. Bununla belə, bu halda materialın forması standart olur və […]

Dünya

ABŞ-də Montana səmasında qəribə partlayışın görüntüsü yayıldı – VİDEO

ABŞ-nin Montana ştatının sakinləri dünən axşam saatlarında səmada partlayışdan sonra yaranan izə bənzər qeyri-adi hadisənin şahidi olublar. Bəzi şahidlər səlahiyyətlilərin nəhayət Çin kəşfiyyat hava şarını vurduğunu ehtimal ediblər. Bəziləri isə səmada Amerika döyüş təyyarələrini gördüklərini bildiriblər. Montana qubernatoru Qreq Canforte isə hadisə ilə bağlı şərh verməyib. Qubernator ştat üzərində səmada baş verən “partlayış” barədə internetdə […]