İdman

“Borusiya”dan qol yağışı, “Vilyareal”ın sensasiyalı məğlubiyyəti – VİDEO

Sharing is caring!

Almaniya, İspaniya və İtaliyanın futbol üzrə ölkə çempionatlarında maraqlı oyunlar olub. 

Almaniya Bundesliqasının 19-cu turunda Dortmund “Borusiya”sı evdə “Frayburq”u qəbul edib.

Oyun Dortmund klubunun böyük hesablı qələbəsi ilə bitib – 5:1

Qeyd edək ki, bu qələbədən sonra “Borusiya” turnir cədvəlində 3-cü sırada qərarlaşıb. Dortmund təmsilçisi lider “Union”dan iki xal geridədir.

“Borusiya”(Dortmund) – “Frayburq” – 5:1

İtaliya A Seriyasında “Roma” evdə “Empoli” klubunu qəbul edib.

Oyuna fəal başlayan “Canavarlar” artıq ilk 10 dəqiqə ərzində iki dəfə rəqib qapısına yol tapıblar.

Bu qələbə nəticəsində 40 xal toplayan “Roma” turnir cədvəlində 3-cü pilləyə yüksəlib.

“Roma” – “Empoli” – 2:0

Qeyd edək ki, İtaliya A Seriyasının turnir cədvəlinə 53 xalla “Napoli” başçılıq edir.

İspaniya La Liqasının 20-ci turu çərçivəsində “Elçe” doğma divarlar arasında “Vilyareal”ı qəbul edib.

Oyun “Elçe” klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Maraqlı məqam isə ondan ibarətdir ki, bu, “Elçe”nin mövsüm ərzində İspaniya çempionatında ilk qələbəsidir. Hazırda klub 9 xalla turnir cədvəlinin sonuncu – 20-ci pilləsində qərarlaşıb. La Liqanın hazırkı lideri 50 xalla “Barselona”dır.

“Elçe” – “Vilyareal” – 3:1

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir