Dünya

Kriştianu Ronaldu keçmiş məşqçisi haqqında: “O mənim üçün futbol atası kimidir…” – FOTO

Kriştianu Ronaldu “Mançester Yunayted”in keçmiş baş məşqçisi Aleks Ferqyuson haqqında xoş sözlər deyib. “Boss lider idi, hər bir oyunçunu ardınca aparırdı. Bu barədə çox demişəm ki, o, mənim üçün futbol atalarından biri kimidir. 18 yaşımda “Mançester Yunayted”ə gələndə o, məni lazım bildiyi mövqeyə qoydu. Mənə çox şey öyrətdi. Mənim indi gəldiyim səviyyədə onun da əməyi […]

Dünya

Rusiyanın nüvə enerjisinə qarşı məhdudiyyətlər: “Rosatom” sanksiyalar siyahısına daxil edilə bilər

Polşa və Litva Rusiyanın nüvə enerjisinə qarşı məhdudiyyətlər tətbiq etməyi və bunu Avropa İttifaqı sanksiyalarının onuncu paketinə daxil etməyi təklif edir. Bu barədə hər iki ölkənin yüksək rütbəli diplomatları məlumat verib. “Aİ-də əlavə sanksiyaların tətbiqi üçün lazımi yekdilliyə nail olmaq getdikcə çətinləşir. Buna baxmayaraq biz yeni iddialı paket təklif edəcəyik”, – deyə həmsöhbətlərdən biri qeyd […]

Dünya

ABŞ-də gizli sənəd qalmaqalı: Bayden cinayət məsuliyyətinə cəlb oluna bilər

ABŞ Prezidenti Co Bayden cinayət məsuliyyətinə cəlb oluna bilər. Vitse-prezident olduğu vaxtlardan qalan və indi ofisində tapılan məxfi sənədlərə görə ona qarşı ittiham irəli sürülə bilər. Bu barədə “Fox News” telekanalının hüquq məsləhətçisi Qreqq Carrett məlumat verib. O, hazırkı Amerika lideri ilə ötən il oxşar vəziyyətə düşmüş sələfi Donald Trampı müqayisə edib. “Bu halda Bayden […]

Dünya

Məşhur türkiyəli aktyorun vəsiyyətnaməsi açıqlandı: Övladları etiraz etdi – FOTO

Ötən il iyunun 28-də 84 yaşında dünyasını dəyişən məşhur türkiyəli aktyor Cüneyt Arkının vəsiyyətnaməsi açıqlanıb.   Cüneyt Arkının 14 aprel 2009-cu ildə öz əli ilə yazdığı vəsiyyəti İstanbul Sülh Hüquq Məhkəməsində ailəsinə elan edilib. Arkının vəsiyyətinə görə, Beşiktaş Leventdəki daşınmaz əmlakı həyat yoldaşı Betül Cüreklibatır, oğulları Murat və Kaan Polat Cüreklibatır arasında paylaşılıb. Aktyorun Gülər ​​Mocanla […]

İdman

FIFA Argentina milli komandasının futbolçularına qarşı iş qaldırdı

Beynəlxalq Futbol Federasiyasının (FİFA) İntizam Komitəsi Argentina Futbol Assosiasiyasına qarşı iş qaldırıb. FİFA  Argentina milli komandasının futbolçuları tərəfindən intizam kodeksinin pozulması ehtimalı ilə bağlı ittiham irəli sürüb. Bu barədə FİFA-nın mətbuat xidmətindən məlumat verilib. Argentina Futbol Assosiasiyasına qarşı FİFA intizam kodeksinin iki maddəsinin pozulması ilə bağlı iş açılıb. Bu maddələr aqressiv davranış və ədalətli oyun […]

Dünya

İsveç yeni tapıntısı ilə Rusiya və Çinə meydan oxuyacaq

İsveçin LKAB mədən şirkəti Arktikada nadir torpaq metallarının nəhəng yatağını tapıb. Bu barədə şirkətin rəsmi saytında xəbər verilib. Qeyd edilir ki, nadir torpaq metalları elektrik nəqliyyat vasitələrinin istehsalında və digər yüksək texnologiyalı sənaye sahələrində tələb olunur. Hazırda onların istehsalında mütləq lider Çindir. Avropada bu xammal hasil edilmir, baxmayaraq ki, ona tələbat artır və Avropa Komissiyasının […]

Dünya

Dünyanın ən təhlükəsiz hava yolları şirkətlərinin adları açıqlanıb

Dünyanın 20 ən təhlükəsiz hava yolları şirkətlərinin reytinq siyahısı tərtib edilib. Bu məqsədlə 385 aviaşirkət təhlil edilib. Beləliklə, dünyanın ən təhlükəsiz hava yolları şirkəti Avstraliyanın “Qantas” şirkəti seçilib. İkinci yerə Yeni Zelandiyanın “Air New Zeland” şirkəti, üçüncü yerə isə Birləşmiş Ərəb Əmirliklərinin “Etihad Airways” şirkəti layiq görülüb. Həmçinin ən təhlükəsiz aviaşirkətlər arasında “Qatar Airways”, “Emirates”, “Singapore […]

Dünya

Türkiyədə nəhəng kitabxana-şəhərcik açıldı – VİDEO

Türkiyədə nəhəng kitabxana-şəhərciyin açılışı olub. 18-ci əsrin ortalarında hərbi məqsədlər üçün tikilən bina bərpa, təmir və yenidənqurma işlərindən sonra Rami Kitabxanası kimi yenidən canlanıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter” hesabından bununla bağlı paylaşım edib: “Ölkəmizi başda təhsil və mədəniyyət olmaqla qlobal miqyasda brend etmək üçün çalışırıq. Bu gün açacağımız Rami kitabxanasını bu gedişdə yeni […]

Dünya

“Taliban” döyüşçülər qarda ayaqyalın puştun milli rəqsini oynadılar – VİDEO

Əfqanıstanda siyasi hakimiyyətə gələn “Taliban” hərəkatı ölkədə musiqi və rəqslərə qadağa qoysa da, bəzi hallarda bu qadağanı elə “Taliban” döyüşçülərinin özləri pozurlar. Bunu sübut edən növbəti belə video Kabil ətrafında çəkilib. Belə ki, “Taliban” döyüşçüləri ayaqyalın qarın üstündə puştun milli rəqsini oynayırlar. Görüntülər sosial şəbəkələrin Əfqanıstan seqmentində geniş müzakirələrə səbəb olub. Həmin görüntüləri təqdim edirik: Xeberal.az

MARAQLI

Dünyanın həm vaxt, həm də məsafə cəhətdən ən uzun çay kruizi başlayır – FOTO

Bu gün Hindistandan dünyanın ən uzun çay kruizinə start verilib. Komfortlu “MV Ganga Vilas” paroxodu Qanq çayının sahilində yerləşən Varanasidə (Uttar Pradeş) 51 günlük səfərə başlayıb.  Beş ştatın ərazisindən keçərək 3,2 min km məsafə qət edəcək üçgöyərtəli gəmi Qanqdan əlavə Hindistan və Banqladeşin daha 27 çayı boyunca hərəkət edəcək. Kruizə qatılan 33 isveçrəli turist 51 […]