Cəmiyyət

Səhiyyə sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyasının 56-cı iclası keçirilib – FOTO

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyə sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyasının (ÖƏK) 56-cı iclası keçirilib. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, iclasın məqsədi İİV/QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondunun maliyyə dəstəyi ilə respublikada həyata keçirilən və Səhiyyə Nazirliyinin Əsas Resipiyent olduğu İİV/Vərəm qrantı çərçivəsində cari ilin yanvar-iyun ayları ərzində […]

Cəmiyyət

500-dən çox bal toplasalar da, tələbə ola bilmədilər

“I və IV ixtisas qrupunda 500-dən çox bal toplayan bir neçə abituriyent ali təhsil müəssisələrinə qəbul ola bilməyib”. Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə məlumat verib.  DİM rəhbəri bildirib ki, bu, IV ixtisas qrupu üçün hal təbiidir. Çünki abituriyent tibb ixtisası üzrə yalnız bir […]

Cəmiyyət

İxtisas qrupları üzrə vakant yerlərin sayı məlum olub

İxtisas qrupları üzrə vakant yerlərin sayı açıqlanıb. Oxu.Az-ın məlumatına görə, ümumilikdə vakant yerlərin sayı 2451-dir (4,78 faiz). Minimal müsabiqə şərti 150 (ikinci mərhələ üzrə ən azı 50) bal olan vakant yerlərin sayı 285-dir (2,78 faiz). I ixtisas qrupu üzrə vakant yerlərin sayı 327, o cümlədən minimal müsabiqə şərti 150 (ikinci mərhələ üzrə ən azı 50) bal […]

İdman

İki boksçumuz beynəlxalq turnirdə yarımfinala vəsiqə qazanıb

Azərbaycanın iki boksçusu Qazaxıstanın Aktau şəhərində keçirilən beynəlxalq turnirdə yarımfinala yüksəlib. Apasport.az saytının məlumatına görə, yığma üzvlərindən Ruslan Qədirov (54 kq) və Rauf Rəhimov (92 kq) 1/4 final döyüşünü qələbə ilə başa vurublar. Qədirov Samat Jetibayevi (Qazaxıstan) 3:1 (30:26, 28:28, 29:27, 27:29, 30:26) hesabı ilə məğlub edib. O, finala gedən yolda qazaxıstanlı Timur Kabdeşovla üz-üzə gələcək. […]

Siyasət

Azərbaycanın İtaliyadakı səfirliyinin yeni binasından görüntülər – VİDEO

Azərbaycanın İtaliyadakı səfirliyinin yeni binasının açılışı olub.  Bu barədə “Real” TV reportaj hazırlayıb. Heydər Əliyev Fondunun layihə koordinatoru Ülkər Məmmədova bildirib ki, 2003-cü ildən səfirliyin binası kirayə əsasında fəaliyyət göstərib: “Bu gündən səfirlik işçiləri rəsmi açılış mərasimindən sonra fəaliyyətlərini binada davam etdirə biləcəklər. Bina beş mərtəbədən ibarətdir. Giriş hissəsi və ikinci mərtəbədə mədəniyyət bölmələri yerləşir”. Binanın üçüncü […]

Siyasət

İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı imzalanmış sənədlərin mübadiləsi mərasimi keçirilib

Sentyabrın 1-də Romada İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi – Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirilib. AZƏRTAC xəbər […]

Siyasət

İlham Əliyev Romada Azərbaycanın İtaliyadakı səfirliyinin yeni binasının açılışında iştirak edib – FOTO

Sentyabrın 1-də Romada Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfirliyinin yeni binasının açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Əvvəlcə dövlətimizin başçısı səfirliyin həyətində ağac əkdi. Sonra Prezident İlham Əliyev yeni binada yaradılan şəraitlə tanış oldu. Xeberal.az

Cəmiyyət

Qırx dərəcə isti və şərq küləyi – Sabahın HAVA PROQNOZU

Azərbaycan ərazisində sentyabrın 2-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında yağmursuz hava olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 33-38°, Bakıda gecə 22-24°, gündüz 36-38° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə […]

İdman

Ötən gün tarix yazan qadınlarımız – Onlar kimdir?

Ötən gecə şahmat üzrə Avropa çempionatında Azərbaycan adına tarix yazıldı. “Qafqazinfo” xəbər verir ki, ölkəmizi qitə birinciliyində təmsil edən iki qadın şahmatçı fəxri kürsüdə yer aldı. Günay Məmmədzadə Avropa çempionatının gümüş, Ülviyyə Fətəliyeva isə bürünc medalına sahib çıxdı.  Bundan öncə hər iki şahmatçımız milli komandanın tərkibində Avropa çempionatının bürünc medalını qazanmışdı. 2019-cu ilin noyabr ayında […]

Cəmiyyət

Azərbaycanda yeddi nəfər zəhərlənib öldü

Avqust ayı ərzində Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 889 nəfər müraciət edib. Mərkəzin Mətbuat xidmətindən verilən məlumata görə, onlardan 164-ü Toksikologiya şöbəsinə qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərilərək, evə buraxılıb. Qəbul olan xəstələrdən 74-ü dərmandan, 26-sı sirkə turşusundan, biri dəm qazından, ikisi göbələkdən, 11-i etil spirtindən zəhərlənib. Digərlərindən ikisi anafilaksiya səbəbindən, 12-si […]