Cəmiyyət

Biləsuvarda ağır qəza: Xəsarət alanlar var – VİDEO

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, qəzanın görüntüləri sosial şəbəkədə paylaşılıb. Hadisə rayonun Bəhramtəpə avtomobil yolunun Biləsuvar şəhərindən keçən hissəsində qeydə alınıb. Belə ki, qəza zamanı traktorla “Mercedes” markalı minik avtomobili toqquşub. İlkin məlumata görə, hadisə nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar rayon xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Siyasət

Politoloqdan XƏBƏRDARLIQ: “Qisas” əməliyyatının digər fazalarını gələcəkdə müşahidə edə bilərik” – FOTO

“Uğurla başa çatan əməliyyatın digər fazalarını gələcəkdə müşahidə edə bilərik. Regional sülhü dayanıqlı etmək üçün rusiyalı sülhməramlıların da üzərinə böyük məsuliyyət düşür. Azərbaycan öz ərazisində erməni yaraqlılarının qalmasına göz yummayacaq”.  Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri növbəti dəfə 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozublar. […]

Cəmiyyət

Şəhid atası: “Oğlum başımı uca etdi”

“Üç övlad atası idim, birini şəhid verdim. Oğlum başımı uca etdi. Az yaşadı, amma kişi kimi yaşadı”. Bu fikirləri “Report”a açıqlamasında şəhid Samir Xudiyevin atası Səməd Xudiyev deyib. Onun sözlərinə görə, oğlu mərd, vətənpərvər oğlan olub: “Onun əmisi də qazi olub. Həmişə məcburi köçkün düşməyimiz barədə, ermənilərin bizə yaşatdığını danışanda diqqətlə qulaq asırdı. Deyirdi ki, […]

Cəmiyyət

Ağstafa şəhidi ilə vidalaşır

Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində şəhid olan hərbi qulluqçusu, 2002-cü il təvəllüdlü Əliyev Tahir Çingiz oğlu ilə vida mərasimi başlayıb. “Report” Qərb bürosunun məlumatına görə, mərasim şəhidin Ağstafa rayon Xətai kəndində yaşayan ailəsinin evində keçirilir. Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı, dostları, yaxınları, hüquq-mühafizə orqanlarının əməkdaşları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri […]

Cəmiyyət

Köhnə “Jiquli”nin maqnitofonuna tamah salan şəxs kamerala düşdü – VİDEO

Bakıda oğurluq anı kamerala tuş gəlib. Oxu.Az xəbər verir ki, hadisə barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Oğru əvvəlcə “VAZ-2106” markalı avtomobilin pəncərəsindən əlini salaraq maşının qapısını açır. Daha sonra isə avtomobildə olan maqnitofonu sökərək ərazidən uzaqlaşır. Xeberal.az

Cəmiyyət

Tovuzda həlak olan əsgərimizlə vida mərasimi keçirilib – FOTO

Avqustun 5-i Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından həyatını itirən əsgər Pünhan Səyavuş oğlu Ağamirovla vida mərasimi keçirilib. Oxu.Az xəbər verir ki, vida mərasimindən sonra 2003-cü il təvəllüdlü Pünhan Ağamirov Xaçmaz rayonunun Yergüc kənd qəbiristanlığında torpağa tapşırılacaq.  Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Xeberal.az

Cəmiyyət

Şəhid qardaşı: “Samirin şəhadətə ucaldığını “Instagram”da gördüm”

Avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçasının üzərinə düşməsi nəticəsində şəhid olan əsgər Xudiyev Samir Səməd oğlunun nəşi ailəsinə təhvil verilib.  “Qafqazinfo”ya danışan şəhid qardaşı Rəsul Xudiyev Samirin 13 ayın əsgəri olduğunu bildirib: “Samirin tərxis olunmasına beş ay qalmışdı. Çox nümunəvi əsgər idi, Komandoda xidmət […]