Dünya

İranda Əli Xameneiyə qarşı etirazlar davam edir – VİDEO

İranda hökumət əleyhinə etirazlar bir sıra əyalətlərdə, o cümlədən Lorestan, Çaharmahal və Bəxtiyari, Kohgiluye və Buyer-Əhməd vilayətlərində ardıcıl bir neçə gündür davam edir. Sosial mediada müxtəlif şəhərlərdən yayılan şəkillər və videolardan görünür ki, insanlar ölkənin Dorud və Farsan kimi şəhərlərində küçələrə çıxaraq İslam rejimi əleyhinə şüarlar, o cümlədən “Xameneiyə ölüm!”, “Rəisiyə ölüm!”, “mollalar rədd olmalıdır” […]

İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 117 dolları keçdi

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin qiymətində artım qeydə alınıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 3,27 ABŞ dolları, yaxud 2,87% artaraq 117,25 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb. Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal […]

Dünya

Tamaşaçılar “Avroviziya”nın münsiflər heyətini saxtakarlıqda ittiham ediblər

Tamaşaçılar İtaliyanın Turin şəhərində keçirilən “Avroviziya 2022” beynəlxalq mahnı müsabiqəsinin münsiflər heyətini tənqid ediblər. Dinləyicilərin fikrincə, müsabiqənin yarımfinal nəticələri saxtalaşdırılıb. Onlar Latviya və Albaniya nümayəndələrinə verilən səslərin yenidən hesablanmasını tələb ediblər. “Avroviziya” təşkilatçıları korrupsiyada da ittiham olunublar. “Bu illər ərzində gördüyüm ən pis “Avroviziya” yarımfinalı oldu. Saxtalaşdırma o qədər aydın görünür ki…”, – deyə şounun izləyicilərindən […]

İdman

Şəhriyar Məmmədyarov bu gün Aronyanla üz-üzə gələcək

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün Rumıniyanın paytaxtı Buxarestdə “Grand Chess Tour” seriyasının birinci mərhələsi olan “Superbet Chess Classic” turnirində sonuncu görüşünü keçirəcək. 37 yaşlı qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın IX turunda ABŞ-ı təmsil edən Levon Aronyanla üz-üzə gələcək. O, qara fiqurlarla oynayacaq. Məmmədyarov I, V və VIII turlarda müvafiq olaraq ABŞ təmsilçiləri Uesli […]

İqtisadiyyat

Deputat baş nazirin ƏDV ilə bağlı qərarını ŞƏRH ETDİ

İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin və həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın siyahısı təsdiq edilib.  Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Bu qərar ölkəyə gətirilən KİV məhsullarının […]

İqtisadiyyat

Bolqarıstan: “Azərbaycandan qazın həcminin artımı ən perspektivli variantdır”

Bolqarıstan Azərbaycandan təbii qazın həcminin artımını ən perspektivli variant hesab edir. “Report” bu barədə Bolqarıstan mətbuatına istinadən xəbər verir. Baş nazir Kirill Petkov bildirib ki, iyulun 1-dən ölkə Azərbaycandan razılaşdırılmış təbii qazın bütün həcmini alacaq. “Qazprom”la müqaviləyə əsasən bazar qiymətlərinə əsaslanır. Bu modelə görə, Serbiyadan qaz ala bilərik. Ən perspektivli variant Azərbaycanla müqavilə əsasında qazın həcminin […]

Cəmiyyət

Siqaret çəkən, söyüş söyən, öpüşən yeniyetmələr: Gələcəyi uçuruma aparan səbəb nədir? – VİDEO

– Niyə siqaret çəkirsən? – Dərddən-sərdən. Siqaret çəkəndə dərdim azalmır, amma başım qarışır. Bu gün 13 yaşlı uşaqlar da siqaret çəkirlər. Siqaretin azyaşlılara satılması cinayət sayılsa da, Azərbaycanda əlində siqaret olan uşaqların sayı az deyil. Küncdə-bucaqda gizləndiklərindən çox gözə çarpmasalar da, sayları getdikcə artır. Bəziləri də küçədə tanış ailənin uşağını əlində siqaret görəndə “əşi, cavan uşaqdır, çəkir, çəkir də” […]

MARAQLI

Keşiş nikahı yarımçıq qoyub oğrunun ardınca qaçdı və onu maşını ilə vurdu – FOTO/VİDEO

Braziliyanın cənub-şərqindəki San-Paulu əyalətində qəribə hadisə baş verib. Belə ki, keşiş nikah mərasimini yarımçıq qoyaraq oğrunun dalınca qaçıb və maşını ilə onu vurub. Məlumata görə, hazırda 37 yaşlı keşiş Qustavo Trindade barəsində cinayət işi açılıb, o, “San Sebastyan” kilsəsindən geyim oğurladığı iddia edilən 40 yaşlı oğru Ancelo dos Santosun üstünə maşın sürməkdə ittiham olunur. Kilsədə […]

Dünya

“Marvel” komikslərində Co Bayden adlı antiqəhrəman tapıldı

“Marvel”in fanatları “Hörümçək-adam” barədə komikslərdə Co Bayden adlı mənfi obraza rast gəliblər. ABŞ-ın hazırkı prezidentinin adaşı daha çox Spektr təxəllüsü ilə tanınır. O, ilk dəfə 2010-cu ildə “Piter Parker nömrə bir” buraxılışında görünüb. O, zaman ABŞ-ın hazırkı dövlət başçısı Barak Obama hökumətində vitse-prezident vəzifəsini tutub. Komiksin səhifələrində hətta antiqəhrəmanın vitse-prezident Co Baydenlə qarışdırılmaması barədə oxuculara […]

Dünya

II Elizabet uzun müddət sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı

İngiltərə kraliçası II Elizabet mart ayından bəri ilk dəfə ictimaiyyət qarşısına çıxıb. O,  at yarışında iştirak edib.  İdman tədbiri Berkşirdəki Vindzor qəsrinin ərazisində keçirilib. Kraliça tədbirə “Range Rover” ilə gəlib. O, avtomobilin pəncərəsindən kral qəsrinin xidmətçiləri ilə fikir mübadiləsi aparıb. Xatırladaq ki, bu il II Elizabet hakimiyyətinin 70 illik yubileyi qeyd olunur. Aprelin 21-də o, 96 […]