Xarici siyasət

Türkiyəli nazir Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verdi

Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu azərbaycanlı həmkarı Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib. “XəbərAl.az” xəbər verir ki, türkiyəli nazir bununla bağlı sosial şəbəkədə yazıb. “Azərbaycanın Gənclər və idman naziri, dostum Azad Rəhimovun vəfatını üzüntü ilə öyrəndim. Cənab Rəhimov ölkələrimiz arasındakı əlaqələrin inkişafına hər zaman töhfə verib. Dəyərli qardaşıma Allahdan rəhmət, ailəsinə […]

Təhsil

Məktəbəhazırlıq və ibtidai siniflərdə yaz tətili başlayıb

Bu gündən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq və ibtidai siniflərində yaz tətili başlayıb. “XəbərAl.az” xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib. Sözügedən məsələ Nazirlər Kabinetinin qərarında əks olunub. Belə ki, cari tədris ilində də 1-5 may tarixləri məktəbəhazırlıq və ibtidai siniflər üçün tətil günləri hesab olunur. Həmin günlərdə məktəbəhazırlıq və ibtidai siniflərdə tədris və təlim […]

Dünya

Avropa İttifaqı Rusiyanı qınadı

Avropa İttifaqı Rusiyanın səkkiz Avropa vətəndaşının ölkəyə girişinə qadağa qoymasını qınayıb. “XəbərAl.az” xəbər verir ki, bununla bağlı Aİ məlumat yayıb. Bildirilib ki, bu qərar təkcə konkret şəxsləri yox, birbaşa Aİ-ni hədəf alıb: “Rusiyanın səkkiz Avropa İttifaqı vətəndaşının Rusiyaya girişini qadağan etməsini mümkün olan ən güclü şəkildə qınayırıq. Qərarın hüquqi əsası yoxdur. Tamamilə əsassız və qəbuledilməzdir. […]

Ölkə

Ramazan ayının 18-ci gününün imsak, iftar və namaz vaxtları – FOTO

Sabah Ramazan ayının 18-ci günüdür.  Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 1-də imsak vaxtı saat 04:00-da, iftar vaxtı isə 19:51-dədir. Mayın 1-i üçün namaz vaxtları:  Sübh azanı 04:10 Zöhr azanı 12:38 Əsr azanı 17:33 Məğrib azanı 19:51 İşa azanı 21:00  18-ci günün imsak vaxtı üçün duanı təqdim edirik:  “Allahummə nəbbihni fihi libərəkati əsharih. Və […]

Gündəm manset

Kamaləddin Qafarov baş həkimlərin həbsindən niyə narahat olub? – İzlər onu ələ verə bilər

Milli Onkologiya Mərkəzinin direktor müavini, deputat Kamaləddin Qafarov üçün çətin dönəm başlayıb.XəbərAl.az-ı məlumatlandıran mənbənin sözlərinə görə, sabiq səhiyyə naziri Oqtay Şirəliyevin tutduğu vəzifədən azad edilməsi, eləcə də səhiyyə sektorundakı səs-küylü həbslər Kamaləddin Qafarovu ciddi şəkildə narahat edib. Onun bu narahatlığının isə özəl səbəbləri var. Belə ki, K.Qafarov keçmiş səhiyyə naziri Oqtay Şirəliyevin kadrı sayılır və […]