Şou-Biznes

“11 ay sonra ilk toyda oldum“ – Məşhur aktyor + Video

Tanınmış aparıcı, aktyor Sərxan Kərəmoğlu aylar sonra toyda iştirak etdiyi ilk toydan görüntüləri bölüşüb. XəbərAl.az xəbər verir ki, sosial şəbəkə hesabında məclisdən görüntülər paylaşan sənətçi Rusiya toyunda masabəyi kimi çıxış edib. Rusiyada yaşayan həmyerlilərimizin toyunda çıxış edən S.Kərəmoğlu 11 ay sonra ilk dəfə məclisdə iştirak etdiyini qeyd edib: “Bu gün 11 aydan sonra ilk toyda çıxış […]

Media

“Space”ə yeni rəhbər təyin edildi

“Space” TV-yə yeni rəhbər təyin olunub. XəbərAl.az xəbər verir ki, Kamil Şahverdiyev kanalın yeni rəhbəri təyin edilib. Qeyd edək ki, K.Şahverdiyev bu təyinatadək “Space” TV-də icraçı direktor vəzifəsində çalışırdı.  K.Şahverdiyev görkəmli sənətkar Rəşid Behbudovun kürəkənidir. O, həm də Rəşid Behbudov Fondunun direktorudur. Telekanalın keçmiş rəhbəri Vaqif Mustafayev fevralın 5-ində tutduğu vəzifədən azad edilib.

İqtisadiyyat

Baba Rzayev bir gündə 3 şirkəti qalib elan etdi – 1.9 milyon manat…

“Azərenerji” ASC bir gündə 3 tenderinin qalibini elan edib. XəbərAl.az xəbər verir ki, tenderlərin ümumi məbləği 1 milyon 910 min 170 manatdır. Avtomobillərin ehtiyyat hissələrinin satın alınması ilə bağlı teenderrin qalibi “NOVUM FMCG” Məhdud Məsuliyyətli Cəmiyyəti elan olunub. Bu MMC, onun rəhbəri və ya kimə məxsus olması haqda açıq mənbələrdə heç bir məlumat yoxdur. Sadəcə […]

Dünya

Hindistanda fəlakət: 49 nəfər öldü

Hindistanda fevralın 7-i Himalay dağlarındakı Nanda Devi dağından bir buzlaq parçasının qoparaq Dauliqanqa çayına düşməsindən sonra sel yaranıb. XəbərAl.az xəbər verir ki, hadisə nəticəsində bu günədək 49 nəfər həyatını itirib ki, onlardan 11-nin ölüm xəbəri ötən gecə açıqlanıb. Seldə itkin düşən 155 nəfərdən isə hələ ki xəbər yoxdur.

Kriminal

Bakıda dəhşətli faciə: 19 yaşlı oğlan atasını qətlə yetirdi

Fevralın 13-də saat 21 radələrində Sabunçu rayon ərazisində 1971-ci il təvəllüdlü Şükürov Cavanşir Şakir oğluna məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Sabunçu rayon prokurorluğundan verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə […]

Kriminal

Azərbaycanda icra başçısının 250 min pulu oğurlandı

Azərbaycanda icra hakimiyyəti strukturlarının korrupsiyalaşması yeni xəbər deyil. Lakin hərdən ayrı-ayrı rayonların icra hakimiyyətlərində baş verən hadisələrlə bağlı elə məlumatlar daxil olur ki, sanki söhbətin hansısa dövlət qurumundan deyil, kriminal təşkilatdan getdiyinə dair təsəvvür yaranır… Tərtər rayonundan daxil olan bir məlumatda iddia olunur ki, rayonun icra başçısı Müstəqim Məmmədov öz tələbə yoldaşı və “sağ əli” […]

Gündəm

Kəmaləddin Heydərovun Bakıda ləğv edilən şirkəti Dubayda peyda oldu

“Ötən il fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus “Auto UEI Azerbaijan” şirkətinin fəaliyyətini dayandırdığı barədə məlumat yaymışdı. Lakin məsələnin mahiyyəti başqa imiş. Belə ki, sözügedən şirkət 2013-cü ildə qeydiyyatdan keçsə də, 2015-ci ildə UEI AUTOMOTİVE HOLDINGS LIMITED adı ilə Dubaya transfer edilib”.  XəbərAl.az xəbər verir ki, bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb.  O bildirib ki, […]

Siyasət

“Vandallar bütün binaları söküblər” – İlham Əliyev

“Qubadlı rayonunun Yusifbəyli kəndi – bu kənd də düşmən tərəfindən tamamilə dağıdılıb. Biz indi Laçın rayonuna gedirik – Laçın rayonunun Güləbird kəndinə. Zəngilan rayonunun İkinci Ağalı kəndində olduq. Kəndin inkişafı ilə bağlı təqdimat edildi. Bir neçə aydan sonra İkinci Ağalı kəndinin yenidən qurulmasına start veriləcək. Birinci bərpa edilən kənd olacaq. Və İkinci Ağalı kəndi “Ağıllı […]

Təhsil

Bu gündən V-IX siniflərdə və ali təhsil müəssisələrində ənənəvi tədris bərpa olunur

Bu gündən məktəbəqədər təhsil müəssisələrində, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə, ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə, xüsusi məktəblərdə (I-IX siniflərdə) həftədə 5 dəfə tədrisə başlanılacaq. XəbərAl.az xəbər verir ki, ali və orta ixtisas təhsili […]