Dünya

İrəvanda etirazçılar Ermənistanda Nazirlər Kabinetinin yenidən qurulmasını tələb edir

İrəvanda Ermənistan parlamentinin binasına toplaşan etirazçılar tələblərini açıqlayıblar. Bununla bağlı “RİA Novosti” məlumat yayıb. Bildirilib ki, etirazçılar Ermənistanda Nazirlər Kabinetinin yenidən qurulmasını tələb edir. Qeyd edək ki, Dağlıq Qarabağda hərbi əməliyyatların və atəşin dayandırılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin birgə imzaladığı bəyanatdan sonra […]

Müharibə

Ermənistan Müdafiə Nazirliyi: “Qarabağla bağlı razılaşmaya əməl edəcəyik”

Ermənistan Müdafiə Nazirliyi Dağlıq Qarabağda hərbi əməliyyatların və atəşin dayandırılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin birgə imzaladığı bəyanata əməl edəcəyini açıqlayıb. Bununla bağlı TASS məlumat yayıb. “Razılaşmanın bütün şərtlərinə əməl edəcəyik”, – məlumatda bildirilib.

Ölkə

Prezident İlham Əliyev xalqa müraciət edib – VİDEO

Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. Xəbəral.az müraciəti təqdim edir: – Əziz həmvətənlər. Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır. Bu bəyanatı Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri […]

Xarici siyasət

Hulusi Akar: “Qələbə! İşğalçı Ermənistan Dağlıq Qarabağda təslim oldu!”

“Qələbə! Qələbə! Qələbə! İşğalçı Ermənistan Dağlıq Qarabağda təslim oldu!” Türkiyə Müdafiə Naziri Hulusi Akar sosial şəbəkə üzərindən yaydığı paylaşımda belə yazıb. Nazir qeyd edib ki, Azərbaycan Ordusu qarşısında ağır itkilər verən, son olaraq Şuşanı itirən Ermənistan Kəlbəcər, Ağdam, Laçından və nəticədə Dağlıq Qarabağdan tamamilə çəkiləcək!

Xarici siyasət

Mustafa Şəntop Azərbaycan xalqını təbrik etdi – FOTO

Azərbaycanın qanuni haqqı və qalibiyyəti nəhayət düşməni tərəfindən də qəbul edildi. Bu gözəl gecənin şanı əbədi olsun! Bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop “Twitter” hesabında yazıb. “Tarixin faciəli bir səhifəsi Azərbaycan üçün zəfərlə başa çatdı. Bayraq və azan Qarabağda yenidən yüksəldi. Qardaş Azərbaycanın qəhrəman ordularının zəfərini ürəkdən təbrik edir, şəhidlərimizi bir […]

Siyasət

İlham Əliyev: “Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi”

Biz döyüş meydanında, siyasi müstəvidə, istənilən formatda gücümüzü göstərmişik, müstəqilliyimizi göstərmişik. Gün gələcək müharibə dövrünün ictimaiyyətə açıqlana biləcək bəzi məqamları yəqin ki, açıqlanacaq. Ola bilsin ki, mən də hansısa məsələnin üstündən o pərdəni götürə bilərəm. Onda hər kəs görəcək ki, biz nə qədər böyük sınaqlardan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq. Demək olar ki, […]

Siyasət

Prezident: “Milli məsələlərdə siyasi baxışlarından asılı olmayaraq biz hamımız birləşə bilirik”

Mən bu günlərdə bir şeyə də fikir verdim. Hətta fərqli siyasi baxışlara malik olan insanlar, bizim işimizə tənqidi yanaşan insanlar, hətta bir çox hallarda əsassız tənqidlər ifadə edən insanlar bu dövrdə hesab edirəm ki, yüksək şüur nümunəsi göstərdilər. Xəbəral.az xəbər verir ki, bu sözləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində söyləyib. Dövlətimizin […]

Müharibə

Nikol Paşiyan: “Bəyanatı imzalamaqdan başqa çıxış yolu yox idi”

Ermənistanın Baş naziri Nikol Paşinyan bəyanatı imzalamaqdan başqa çıxış yolunun olmadığını açıqlayıb. Bu barədə Ermənistan mətbuatı yazıb. “Mən bu vəziyyətlə bağlı sizə çox şeyi demək istəyirəm, ancaq hələ ki deyə bilmərəm. Çünki mənim sözlərim mövqelərdə dayanan əsgərləri təhlükəyə atacaq. Yaxın günlərdə mütləq hər şey barədə danışacağam. Mən bilirəm ki, informasiya verməyə borcluyam, ancaq indi bunu […]

Müharibə

Yaralı olan Avropa çempionumuz: “Cəbhəyə könüllü getmişəm” – FOTO

İşğal altında olan torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə güləşçilər də iştirak edir. Onlardan biri də sərbəst güləş üzrə gənclər arasında Avropa çempionu və hərbçilər arasında dünya çempionu Qalib Əliyevdir. Döyüşlərin birində yaralanan Gəncə güləş məktəbinin yetirməsi hazırda Bakıda yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alır. Qalib yaxın günlərdə hospitalı tərk edəcək: “Sərbəst güləş […]