Cəmiyyət

Daha 20 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin edildi

Quba, Balakən, Naftalan, Xızı, Kürdəmir rayonlarında yeni inşa olunmuş 20 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub.

Cəmiyyət

Bakcell Bərdə sakinlərinə dəstək göstərib

Bakcell şirkəti Ermənistanın raket atəşi nəticəsində zərər çəkmiş Bərdə şəhərinin sakinlərinə dəstək məqsədilə orada yaşayan abunəçilərinin balansını artırdı. Bərdədəki bütün Bakcell abunəçilərinin balansına şirkət tərəfindən ölkə daxilində bütün istiqamətlərə zənglər üçün pulsuz 100 dəqiqə və 100 SMS yüklənib. Qeyd edək ki, Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin […]

Siyasət

Prezident: “40 gün ərzində Ermənistanın hansı məbləğdə silahla təchizatı məlumatını Rusiyaya təqdim etmişik”

“Mən deyərdim ki, bu növbəti təxribat, növbəti feyk xəbərdir. Türkiyədən heç bir hərbi dəstək yoxdur. Biz Türkiyədən yalnız müasir hərbi avadanlıq alırıq. Bu, həqiqətdir. Bu, dünyada istənilən ordunun paxıllıq edə biləcəyi yeni müasir avadanlıqdır”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində “Türkiyənin Sizə nəinki siyasi, eyni zamanda, hərbi dəstək də göstərdiyini […]

Cəmiyyət

“Nar” Bərdə sakinlərini danışıq dəqiqələri və SMS-lə təmin etdi

“Nar” Bərdə şəhərində olan abunəçilərinin yaxınları ilə kəsintisiz ünsiyyət qura bilmələri üçün balansına 100 ölkədaxili dəqiqə və 100 SMS yükləyib. Düşmənin atdığı raket nəticəsində həlak olmuş şəxslərin yaxınlarına başsağlığı, yaralılar şəfa diləyirik! Azərbaycan Ordusunun gücü və şücaəti sayəsində işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə əminik. Qələbə bizimdir!

İqtisadiyyat

“Azərsu” Hövsan Aerasiya Stansiyasındakı işlərə 2,1 milyon sərf edəcək

“Azərsu” ASC Hövsan aerasiya stansiyası üzrə görüləcək işlərlə bağlı açıq tenderinə yekun vurub. XəbərAl.Az-ın dövlət satınalmaları portalından əldə etdiyi məlumata əsasən, müsabiqənin qalibi “AzELMAŞ” Elmi Texniki Firması olub. “Azərsu” ASC şirkətə Hövsan Aerasiya Stansiyasında çatışmazlıqların aradan qaldırılması üçün görüləcək işlərin və mal-materialların satın alınmasına görə 2 milyon 128 min 699 manat həcmində ödəniş edəcək. Qeyd edək ki, “AzELMAŞ” […]

İdman

Məşhur şirkətin “Qarabağ”la müqaviləsini pozmasına dair məsələyə aydınlıq gətirildi – RƏSMİ

“Qarabağ” klubu məşhur “Adidas” geyim şirkəti ilə əməkdaşlığın dayandırılmadığını açıqlayıb. Bu barədə Ağdam klubu rəsmi saytı vasitəsilə açıqlama yayıb: “Mətbuatda “Qarabağ” və “Adidas” arasında münasibətlərin pozulmasına dair məlumatlar yayılıb. Klub olaraq bəyan edirik ki, bu xəbərlər həqiqəti əks etdirmir”. Qeyd edək ki, bu addım “Qarabağ” klubu futbolçularının avrokubok oyunlarından sonra hərbi salam verməsi və klubun mətbuat […]

Siyasət

İlham Əliyev: “Paşinyanla çoxsaylı görüşlərim olub, amma onların hamısı mənasız idi”

“Başqa yol qalmır, bilirsiniz, başqa variant yoxdur. Biz hərbi əməliyyatları davam etdirmək istəmirik və mən dəfələrlə demişəm və bu gün də təkrar edə bilərəm, əgər Ermənistanın baş naziri şəxsən özü, bu qan tökülməsinə görə məsuliyyət daşıyan şəxs belə bir bəyanat versə, biz dərhal dayanmağa hazırıq, dərhal”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də İspaniyanın […]

Cəmiyyət

FHN cəbhəyanı ərazilərin sakinlərini maarifləndirir

Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejimini kobudcasına pozaraq dinc əhalinin sıx yaşadığı ərazilərimizi, o cümlədən döyüş meydanından kənarda yerləşən yaşayış məntəqələrini ağır artilleriya qurğularından və raketlərdən atəşə tutması halları davam edir. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, təcavüzkar Ermənistan tərəfi dinc sakinləri hədəfə almaqda davam etdiyindən əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müxtəlif maarifləndirmə tədbirləri də həyata […]

Siyasət

İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir. – Sabahınız xeyir, cənab Prezident. Bizimlə söhbət etmək, bizə müsahibə vermək üçün vaxt ayırdığınıza görə təşəkkür edirik. – Bu imkana görə təşəkkür edirəm. – Hazırda Dağlıq Qarabağdakı müharibənin altıncı həftəsi başlayır. Cəbhədə hazırda vəziyyət necədir? – Cəbhədəki vəziyyət Azərbaycan […]

Təhsil

Gənclər Fondu təhsildə fərqlənən tələbələrin təhsil haqlarını qarşılayacaq

İşğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinin və COVİD-19 pandemiyası ilə gərgin mübarizənin davam etdiyi bu günlərdə də vətəndaşlarımızın, o cümlədən gənclərin təhsil, inkişaf, sosial rifah məsələlərini diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq göstərişinə əsasən Gənclər Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə müsabiqə […]