Cəmiyyət

Fəzail Ağamalı:İşğalçı Ermənistan növbəti vəhşiliyini nümayiş etdirdi

İşğalçı Ermənistan növbəti vəhşiliyini nümayiş etdirdi. Humanitar atəşkəsə imza atandan dərhal sonra bütün cəbhə boyu hücumlarını davam etdirməklə kifayətlənməyən vandal ölkə dinc Azərbaycan əhalisini ağır artileriya və raketlərdən davamlı atəşə tutdu. Öz vəhşi və faşist əməllərinə sadiq qalan barbar ermənilər dağıdıcı raketlərlə bu gün gecə hər bir Azərbaycanlının varlığı qədər sevdiyi Gəncə şəhərini atəşə tutdu, […]

Siyasət

İlham Əliyev erməni silahlı qüvvələrinin Gəncəni atəşə tutması ilə bağlı paylaşımlar edib – FOTO

Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması ilə bağlı “Twitter” hesabında bir neçə paylaşım edib: “Ermənistan atəşkəs rejimini kobud şəkildə pozub, Gəncə şəhərinin dinc sakinlərini raketlə atəşə tutub. Bu, müharibə cinayətidir və Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır”. “Ermənistanın hərbi siyasi rəhbərliyi törətdiyi cinayətlərə görə məsuliyyət daşıyır. Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcək!” […]

Hərbi

Havadan endirilən zərbələr nəticəsində düşmən ağır itkilər verib – RƏSMİ

Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 41-ci əlahiddə artilleriya alayı bölmələrinə havadan endirilən zərbələr nəticəsində düşmən ağır itkilər verib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, xeyli sayda canlı qüvvə və hərbi texnika itirən düşmən döyüş meydanını qoyaraq qaçmağa məcbur edilib.