Siyasət

Azərbaycan Prezidenti BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edəcək

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 75-ci yubiley sessiyasında ümumi müzakirələrində çıxış edəcək. BMT İnformasiya Mərkəzinin xəbərinə görə, Azərbaycanın dövlət başçısının çıxışı sentyabrın 24-nə planlaşdırılıb. 15 sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası sona çatıb və 75-ci yubiley sessiyası start götürüb. Yeni sessiyanın ilk günlərində, əsasən gündəm maddələrinin Assambleyanın altı əsas komitəsi […]

İqtisadiyyat

Paytaxtın 129 obyektində epidemiya əleyhinə rejim pozulub

İqtisadiyyat sahibkarlıq subyektlərində sentyabrın 15-də keçirdiyi monitorinqlər zamanı 129 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib. İqtisadiyyat Nazirliyinin mətbuat xidməti bu barədə məlumat yayıb. Məlumata görə, bu, əsasən Səbail rayonunda “David Walker Parfümeriya” mağazasında, “Real market”də, “Ada restoranı”nda, “Köz plus” iaşə obyektində, “Restoran İmerete”də, Binəqədi rayonunda “My brend mağaza”da, “Təbiət kafesi”ndə, “Zümrüd kafesi”ndə, “Bərəkət dönər evi”ndə, “Gurman kafe”də, Xəzər […]

AKTUAL

Samir Nuriyev Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın sədri seçilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət idarəçiliyində həyata keçirdiyi genişmiqyaslı islahatlara, qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında aparılan dəyişikliklərə uyğun olaraq, 2020-ci ildə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi yenilənib. Sentyabrın 15-də Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının yeni tərkibdə ilk iclası videoformatda keçirilib. İclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Komissiyanın sədri […]

Hərbi

Ermənistan ordusunun daha bir hərbçisi öldü

Ermənistanın Qeqarqunik rayonunda “Mersedes” markalı avtomobilin Sevan gölünə (Göyçə gölü) düşməsi nəticəsində Ermənistan ordusunun 32 yaşlı qadın hərbi qulluqçusu Nune Avetisyan ölüb. Bu barədə shamshyam.com məlumat yayıb. Qəza Çovaqyux-Şorja-Vardenis yolunun 53-cü kilometrliyində baş verib. Qəzada ölən sürücü- hərbçi Nune Avetisyan Sünik əyalətinin sakini olub. Xatırladaq ki, bu gün Ermənistan ordusunun daha bir hərbçisi Ovik Nelsonoviç […]

Cəmiyyət

Gürcüstan vətəndaşı 53 min dollarla sərhədi keçməyə çalışdı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda xarici valyutanın bəyan edilmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi cəhdinin qarşısını alıblar. Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata əsasən, Bakı-Dubay aviareysi ilə gedən Gürcüstan vətəndaşı saxlanılıb. Sərnişin gömrük nəzarəti zonasına daxil olarkən valyutanı gömrük orqanına əvvəlcədən şifahi, elektron və ya yazılı formada bəyan […]

MARAQLI

Koronavirusdan ilan vasitəsilə qorunan şəxs marağa səbəb oldu – FOTO

Britaniyalı kişi koronavirus pandemiyası zamanı karantin tədbirlərinə riayət etməyin orijinal üsulunu tapıb. Belə ki, o, maska əvəzinə boğazına ilan dolayıb gəzir. Bu barədə “Daily Mail” xəbər yayıb. Yayılan görüntülərdə üzünə maska taxmaq əvəzinə boğazına ilan dolamış kişinin avtobusda əyləşdiyi görünür. Avtobusun şoka düşmüş sərnişinləri isə qorxudan kişiyə yaxınlaşa bilməyiblər, beləliklə kişi eyni anda iki hədəfinə […]

Mədəniyyət

Mikayıl Müşfiqin güllələnmə səhnəsi… – VİDEO

Azərbaycan Televiziyasında bu gün saat 21:30-da “Repressiya” adlı yeni layihənin təqdimatı olacaq. “Repressiya” yeni mövsümdən ayda iki dəfə efirə gedəcək sənədli filmlər silsiləsidir. İlk sənədli film 1937-ci il repressiyalarının qurbanı Mikayıl Müşfiqə həsr olunub. Filmdə Müşfiqə qarşı təzyiqlər, atılan böhtanlar və şairin həbsi obrazlı şəkildə əks olunub. Bundan başqa, filmdə şairin həyat yoldaşı Dilbər Axundzadə ilə […]

AKTUAL

Azərbaycandan Türkiyəyə səfərlərdə pasport lazım olmayacaq – RƏSMİ

Azərbaycanla Türkiyə arasında gediş-gəlişin daha da asanlaşacağı gözlənilir. Bu barədə “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” mövzusunda keçirilən vebinarda Xarici İşlər nazirinin müavini Xələf Xələfov məlumat verib. O bildirib ki, hər iki ölkə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərləri məsələsi gündəmdədir: “Bu məsələnin həll olunması üçün işçi səviyyəsində təmaslar qurmuşuq”. Nazir müavinin sözlərinə görə, hazırda […]

Siyasət

Prezident Pirallahıda avtomobil yollarının yenidən qurulması ilə bağlı sərəncam imzaladı

rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb. Sərəncama əsasən, Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və […]

Gündəm

DTX-nin keçirdiyi əməliyyatın görüntüləri – ANBAAN VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ölkəyə külli miqdarda güclü təsir edən maddələri gətirən şəxslərə qarşı keçirilən əməliyyatın görüntülərini yayıb. Görüntülər DTX-nin rəsmi “YouTube” kanalında yerləşdirilib. Qeyd edək ki, əməliyyat zamanı güclü təsir edən maddələrin müntəzəm olaraq külli miqdarda Rusiya Federasiyasından gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək Azərbaycan Respublikasına gətirməkdə, satış məqsədi ilə qanunsuz olaraq əldə etməkdə, […]