manset Maqazin

Oxumaqdan ötrü ürəyim gedir – Fədayə Laçın DANIŞDI – FOTO

“Azadlığa çıxdığıma görə çox sevincliyəm. Azadlıq çox gözəl hissdir”. Bunu bu gün Bakı İstintaq Təcridxanasından azadlığa buraxılan müğənni Fədayə Laçın jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bundan sonra da sənətini davam etdirəcək: “Oxumaqdan ötrü ürəyim gedir. İki ildir ki, səhnəyə çıxmağımı gözləyirəm”. Daha sonra F.Laçın jurnalistlər üçün “Şirin anlar” mahnısını ifa edib. Qeyd edək ki, […]

Kriminal manset

Axtarışda olan 14 nəfər saxlanıldı

Oktyabrın 28-dən 29-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. Daxili İşlər Nazirliyindən XəbərAl.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 17 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından […]

Hadisə manset

Ağdamın baş həkimi Oqtay Şirəliyevə qənim kəsilib? – FAKTLAR

Son günlər ölkədə aparılan köklü islahatların bütün sahələri əhatə edəcəyi hər kəs tərəfindən müzakirə mövzusudur. Ölkə Prezidenti İlham Əliyevin son kadr islahatları da bir daha göstərdi ki, gələcək inkişaf üçün bütün addımlar atılacaq, kimliyindən asılı olmayaraq inkişafa təsir göstərən şəxslər ciddi şəkildə cəzalandırılacaq. Ümumiyyətlə, insanların ən çox narazı təbəqəsi həm də səhiyyə sahəsin əhatə edir. […]

Gündəm manset

77 yaşlı millət vəkili cümlə qurmaqda çətinlik çəkdi – Video

2019-cu ildə Parlamentdə büdcə müzakirəsi aparılan zaman millət vəkili Xanhüseyn Kazımlının etdiyi çıxış sosial şəbəkədə müzakirələrə səbəb olub. XəbərAl.az xəbər verir ki, 77 yaşlı deputatın cümlə qurmaqda çətinlik çəkməsi birmənalı qarşılanmayıb. Bundan başqa X.Kazımlı  auditoriyada ona qulaq asmayan həmkarlarına iradını bildirib. Həmin anın videosunu təqdim edirik:    

manset Siyasət

Prezidentdən Məmmədova irad: Şişirtmə rəqəmləri – Video

Prezident İlham Əliyev ötən gün Qəbələnin Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun açılışında iştirak edib. XəbərAl.az AzTV-yə istinadla xəbər verir ki, açılış mərasimində ölkə başçısına görülmüş işlər barədə Azərbaycan Dövlət Avtomobil Yollarının Agentliyinin sədri Saleh Məmmədov məlumat verib. Bildirib ki, sözügedən yol bütövlükdə 15 km-dir: “Bu yol 11 yaşayış məntəqəsini birləşdirir. 10 min əhali yaşayır”. Prezident İlham […]

Dünya manset

ABŞ Rusiyanı TƏHDİD ETDİ: Bu ərazilərə hücum olarsa…

ABŞ Suriyadakı neft yataqlarını qoruyacaq və onların ələ keçirilməsi cəhdlərinə güclə cavab verəcək. XəbərAl.az  RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin başçısı (Pentaqon) Mark Esper deyib. “ABŞ Suriyanın şimal-şərqindəki neft yataqlarına nəzarəti davam etdirəcək. Əbubəkr əl-Bağdadi (İŞİD terror qruplaşmasının lideri -red.) sağ olanda bu yataqlar İŞİD üçün maliyyə mənbəyi idi”, – […]

Hadisə manset

Gəncədə ağır qəza: iki tələbə öldü

Gəncədə şəhərində iki tələbənin ölümü ilə nəticələnən avtomobil qəzası ilə bağlı cinayət işi başlanılıb. Bu barədə XəbərAl.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru, polis baş-leytenantı Eşqin Qasımov məlumat verib. E.Qasımov bildirilib ki, baş vermiş ağır avtomobil qəzası ilə bağlı Cinayət Məcəlləsinin 263.4 (nəqliyyatda ehtiyatsızlıqdan 2 və daha çox şəxsin ölümünə səbəb […]

AKTUAL manset

Toyda bəyə nazirin göndərdiyi medal verildi – Foto

Dünən Ağstafa rayonunun Qırılı kəndində qələbəlik yaşanıb. Kənd sakini İltifat Bəhrəmovun bayraqlarla bəzədilmiş həyətində qurulan toy mağarına toplaşmış kənd sakinləri, qohumlar, yaxınlar, Müdafiə Nazirliyinin rəsmiləri, eləcə də müharibə veteranları, qazilər, mülki libas geyinmiş hərbi qulluqçular Aprel döyüşlərinin iştirakçısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Abuzər Bəhrəmovu toy günü münasibətilə təbrik edib, atasına və […]

AKTUAL manset

Qəbələ Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb

Prezident İlham Əliyev “Qəbələ şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında” sərəncam imzalayıb. XəbərAl.az xəbər verir ki, sərəncamla Qəbələ şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qəbələ Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.