manset Siyasət

Prezidentdən Məmmədova irad: Şişirtmə rəqəmləri – Video

Sharing is caring!

Prezident İlham Əliyev ötən gün Qəbələnin Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun açılışında iştirak edib.

XəbərAl.az AzTV-yə istinadla xəbər verir ki, açılış mərasimində ölkə başçısına görülmüş işlər barədə Azərbaycan Dövlət Avtomobil Yollarının Agentliyinin sədri Saleh Məmmədov məlumat verib.

Bildirib ki, sözügedən yol bütövlükdə 15 km-dir: “Bu yol 11 yaşayış məntəqəsini birləşdirir. 10 min əhali yaşayır”.

Prezident İlham Əliyev: Əmirvan kəndindən o tərəfə yaşayış yeri yoxdurmu?

Saleh Məmmədov: Burada yol da yoxdur, cənab prezident. 7 km yarım bir yol çəkilsə, Vəndam kəndinə gedib çıxmaq olar.

Prezident İlham Əliyev: Bu layihə üzərində işləyin, onu edərik.

Saleh Məmmədov: Digər investisiya proqramında nəzərdə tutulmuş Nic-Abrıx yoludur. Bu yol da 18 km-dir. Burada 40-a yaxın yaşayış məntəqəsi var.

Prezident İlham Əliyev: Qəbələ rayonunda cəmi 60 kənd var. Sən deyirsən 40-a yaxın?

Saleh Məmmədov: Bağışlayın, üzr istəyirəm, cənab prezident.

Prezident İlham Əliyev: Mən bilirəm axı, Qəbələdə bir şəhər, 3 qəsəbə, 60 kənd var. Şişirtmə bu rəqəmləri…

Qeyd: Sözügedən dialoq təqdim edilən videonun 40-cı dəqiqəsindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir