Hadisə manset

Bakıda sürücü avtomobilə idarəetməni itirərək qəza törədib – FOTO – VİDEO – YENİLƏNİB

Bakıda yol-nəqliyyat hadisəsi baş verib. XəbərAl.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, Şəfiyev Emil Azər oğlunun idarə etdiyi “Tofaş” markalı “10-VV-418” dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək yol kənarındakı səkiyə çırpılıb. Hadisə zamanı avtomobilin sürücüsü xəsarət almasa da, maşına ciddi ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları gəlib.

Hadisə Manşetüstü

Binəqədidə qəza: 40 ailə qazsız qaldı

Dünən gecə saatlarında “Azəriqaz” İstehsalat Birliyinin 104 Operativ Xidmətinə Binəqədi rayonu Binəqədi qəsəbəsi, 3-cü Mədən “korpus 124” ünvanında avtomobillə qaz xəttinin zədələnməsi barədə məlumat daxil olub. Birlikdən XəbərAl.az-a verilən məlumata görə, hadisə yerinə baxış keçirən Birliyin əməkdaşları qəza nəticəsində qaz xəttinin qırıldığını və 2 qaz sayğacının yararsız hala düşdüyünü aşkarlayıblar. Qeyd edək ki, xəttin qırılması […]

Hadisə Manşetüstü

Binəqədidə qəza – Qaz təchizatı dayandı/Foto

Dünən gecə saatlarında “Azəriqaz” İstehsalat Birliyinin 104 Operativ Xidmətinə Binəqədi rayonu Binəqədi qəsəbəsi, 3-cü Mədən “korpus 124” ünvanında avtomobillə qaz xəttinin zədələnməsi barədə məlumat daxil olub. Birlikdən XəbərAl.az-a verilən məlumata görə, hadisə yerinə baxış keçirən Birliyin əməkdaşları qəza nəticəsində qaz xəttinin qırıldığını və 2 qaz sayğacının yararsız hala düşdüyünü aşkarlayıblar. Qeyd edək ki, xəttin qırılması […]

manset Siyasət

Piketi müşahidə adı altında qanunsuz toplantı planlaşdırılır” – BAXCP sədri

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Bakı Şəhəri İcra Hakimiyyətinin “Milli Şura”nın piketinə icazə verməsi ilə bağlı partiyanın mətbuat xidmətinin sorğusunu cavablandırıb. XəbərAl.az xəbər verir ki, BAXCP sədri deyib ki, “Çox yaxşı, bu, onların konstitusion hüququdur. Amma məni təəccübləndirən o oldu ki, qanunun aliliyi uğrunda mübarizə apardığını bəyan edən şəxslər […]

Dünya Manşetüstü

Ukraynada hərbi təyyarə qəzaya uğrayıb, 4 nəfər ölüb – FOTO

Ukraynada “AN-12” tipli hərbi təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb. XəbərAl.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Nazirliyinin Lvovdakı Baş İdarəsindən bildirilib. Təyyarə Lvov şəhəri yaxınlığındakı Sokolnik qəbristanlığına düşüb. İspaniyanın Viko şəhəri istiqamətində çarter uçuşu həyata keçirən təyyarənin göyərtəsində 7 nəfər olub. Onlardan 4-nün meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir. […]

Dünya manset

Ərdoğan bu tarixdə hakimiyyətdən gedir – Şok iddia

Türkiyədə tez-tez “müharibə başlayır”, “böhran yaxınlaşır”, “vətəndaş müharibəsi olacaq” kimi fikirləri ilə gündəmə gələn jurnalist Ərol Mütərcimlər ölkə başçısı Rəcəb Tayyib Ərdoğanla bağlı şok iddia irəli sürüb. XəbərAl.az xəbər verir ki, bu barədə Mütərcimlər sosial şəbəkə hesabında yayımlanan videoda danışıb. “2023-cü ildə Tayyib bəyin namizədliyi yoxdur. Bu və ya digər formada geri çəkiləcək, 2023-cü ildə […]

Cəmiyyət manset

Tovuz Regional Mühafizə Şöbəsinə yeni rəis təyin olunub

Tovuz Regional Mühafizə Şöbəsinə yeni rəis təyin olunub. XəbərAl.az-ın məlumatına görə, Daxili İşlər naziri Vilayət Eyvazovun əmrinə əsasən bu vəzifəyə polis polkovnik-leytenantı Əsgərov Elçin Adil oğlu təyin edilib. Qeyd edək ki, Elçin Əsəgərov indiyədək Tovuz rayon Polis Şöbəsinin rəis müavini vəzifəsində çalışıb.

AKTUAL manset

Fuad Ələsgərov: “Yeni qanunvericilik paketi üzrə iş yekunlaşmaq üzrədir”

“Hazırda məhkəmə-hüquq islahatlarının davam etdirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarının, məhkəmə sisteminin əməkdaşlarından ibarət işçi qruplar fəaliyyət göstərir”. XəbərAl.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri Fuad Ələsgərov Azərbaycan Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə, Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley […]

İqtisadiyyat

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (04.10.2019)

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. XəbərAl.az xəbər verir ki, avronun məzənnəsi 0,12% artaraq 1,8651 manat, Rusiya rublunun məzənnəsi 0,38% artaraq 0,0262 manat təşkil edib. Valyuta Məzənnə 1 ABŞ dolları 1.7000 1 Avro 1.8651 1 Rusiya rublu 0.0262 1 Avstraliya dolları 1.1478 1 Argentina pesosu 0.0294 1 Belarus rublu […]

İqtisadiyyat

GECF: 2050-ci ilə qədər enerji balansında qazın payı 27%-ə qədər artacaq

Qaz İxrac Edən Ölkələr Forumu (GECF) 2030-cu ilə qədər dünyada qaza tələbatın illik 1,6-1,7% səviyyəsində artacağını gözləyir. XəbərAl.az xəbər verir ki, bu barədə jurnalistlərə GECF Baş katibi Yuri Sentyurin məlumat verib. Mütləq rəqəmlərdə qaz bazarının dövriyyəsi 2018-ci ildəki 3,2 trilyon kubmetrdən 2030-cu ildə 6 trilyon kubmetrə qədər artacaq. Dünya enerji balansında qazın payının 2050-ci ilə qədər indiki 23%-dən 27%-ə qədər artacağı gözlənilir. Eyni […]