Hadisə manset

FHN Oğuzdakı yanğınla bağlı məlumat yaydı

Oğuz rayonunda mürəkkəb relyefli dağlıq ərazilərdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən məhdudlaşdırılıb. FHN-dən XəbərAl.az-a verilən məlumata görə, yanğının tam söndürülməsi (tüstülənmə ocaqlarının söndürülməsi) istiqamətində təxirəsalınmaz işlər aparılır. Əlavə məlumat veriləcək.

Cəmiyyət Manşetüstü

Azərbaycanda tanınmış siyasətçi vəfat etdi

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sabiq sədri Məmməd Əlizadə dünyasını dəyişib. XəbərAl.az xəbər verir ki, o, avqustun 26-da ürəyində yaranan problemlərə görə 5 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib, avqustun 28-də səhər saatlarında xəstəxanada vəfat edib. 1951-ci il təvəllüdlü M.Əlizadə Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib.

Dünya manset

Şoyqu: Hücum edilirdi, türk həmkarlarımıza dedik – Video

İdlib razılaşması ilə bağlı öhdəliklər icra edilir, lakin çətinliklər qalmaqdadır. XəbərAl.az xəbər verir ki, bu sözləri Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib. Müdafiə naziri İdlibə təxminən 37 min silahlının gəldiyini bildirib: “Bu gün yalnız bir gərginliyin azaldılması bölgəsi qalıb. Bu bölgədə işlər gedir. Amma olduqca çətin, qarmaqarışıq halda… Birgə patrul xidməti həyata keçirilir. Lakin cənub […]

Cəmiyyət manset

Feysbukda aktivliyim kiməsə təəccüblü gəlməsin – Əli Həsənov

Hər bir dövlət məmuru xalqla sıx təmasda olmalı, vətəndaşları dinləməli, onların üzləşdikləri problemlərin həlli üçün səy göstərməlidir. XəbərAl.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qeyd edib. “Tez-tez bu cür suallarla qarşılaşıram “Niyə sosial şəbəkədə dostluq sorğusu göndərən hər kəsin təklifini qəbul edirsiniz? Bu sualın çox sadə bir cavabı var. […]

İqtisadiyyat Manşetüstü

Hökumətdən Aİ-92 və Aİ-95 benzinlə bağlı VACİB QƏRAR

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” haqqında qərarında dəyişiklik edib. XəbərAl.az  xəbər verir ki, baş nazir Novruz Məmmədovun imzaladığı sənədə görə, Azərbaycana idxal edilən 92 və ya daha çox, həmçinin 95-dən az oktan ədədi ilə avtomobil benzini gömrük rüsumundan azad edilib. Dəyişikliyə əsasən, […]

Manşetüstü Sosial

Bakıda taksi sürücüsünü hədələyib, pulunu OĞURLADILAR

Avqustun 27-də Bakı şəhər sakini T.Qəhrəmanov Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə müraciət edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəbərAl.az-a verilən məlumata görə, o, bildirib ki, həmin gün saat 5 radələrində F.Rüstəmov küçəsində idarə etdiyi “KİA” markalı avtomobilə sərnişin qismində oturan 2 nəfər onu naməlum əşya ilə hədələyərək 278 manat pulunu alıblar. Müraciətlə əlaqədar müvafiq araşdırmalar […]

Hadisə manset

Laçın rayon icra hakimiyyətinin şöbə müdiri qadını döyülməsinə münasibət bildirdi: Psixi durumu dəyişkən nevrozlu xəstədir

Laçın Rayon İcra Hakimiyyətdə Ümumi şöbənin müdiri: Qasımov Eldəniz  XəbərAl.az xəbər verir ki,saytınızda  “Laçın rayon icra hakimiyyətinin şöbə müdiri qadını döyüb ağır xəsarətlər yetirdi – FOTO” sərlövhəli  məqalədə mənim barəmdə yazılanlar həqiqəti əks etdirmir. Belə ki, mən həqiqətən Təranə Rəhimova ilə nikahdayam. O, 2016-cı ildə və 2018-ci ildə iki dəfə cərrahiyyə əməliyyatı keçirmiş, bir dəfə isə […]

Manşetüstü Sosial

AQTA İsmayıllıdakı zəhərlənmə ilə bağlı araşdırmalara başladı

İsmayıllıda həyətyanı sahədə keçirilən kiçik toy məclisində baş verən qida zəhərlənməsi ehtimalı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssislərindən ibarət işçi qrupu hadisə yerinə ezam olunub. Bu barədə XəbərAl.az-a AQTA-dan məlumat verilib. Bildirilib ki, hadisənin hansı səbəbdən baş verməsinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb. Aparılan araşdırmaların nəticələri ilə bağlı geniş məlumat veriləcək. Qeyd edək ki, […]

manset Region

Rusiya ordusu Ermənistanda HƏRƏKƏTƏ KEÇDİ: kütləvi qırğın silahının tətbiqi və…

Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının 500-dən çox hərbi qulluqçusu komanda-qərargah təlimləri çərçivəsində öz bazalarını tərk edib və Alagöz yaylaqlarına doğru 100 kilometr məsafədə yürüşə çıxıb. Bu haqda Cənub hərbi dairəsinin mətbuat xidməti bildirir. “Rusiyanın Ermənistandakı hərbi bazasının rota taktiki qrupları düşmənin kütləvi qırğın silahı tətbiq etməsi şəraitində Kamxud poliqonundan dağ yolları ilə Alagöz poliqonuna doğru […]

Hadisə Manşetüstü

Masallıda 4 minlik qızıl oğurlandı

Masallıda evdən 4 min manatlıq qızıl əşyalar oğurlanıb. Daxili İşlər Nazirliyindən XəbərAl.az-a verilən məlumata görə, Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Təzəkənd kənd sakini, əvvəllər məhkum olunmuş M.Həmidov saxlanılıb.