Təhsil

Təhsil Nazirliyi və DİM birgə açıqlama yayıb

Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının yerləşdiyi ixtisas qrupunun dəyişdirilməsi ilə bağlı rəsmi açıqlama yayıb. Birgə açıqlamada deyilir: “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının hazırda yer aldığı ixtisas qrupunun dəyişdirilməsi ilə bağlı birgə təklifləri əsasında qərar layihəsi hazırlanmış və razılaşdırılmaq üçün aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanlarına təqdim olunub. Qərar layihəsində […]

Təhsil

Şagirdlərin qiymətləndirilməsi ilə bağlı yeni layihə hazırlandı – RƏSMİ

“2020-2021-ci tədris ilində mövcud vəziyyət nəzərə alınaraq, məktəbdaxili qiymətləndirmə ilə bağlı Təhsil Nazirliyinin Kollegiyasının qərar layihəsi hazırlanıb”. XəbərAl.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Qiymətləndirmə sektorunun müdiri Anar Mirzəzadə “Virtual məktəb”də IV, VI və IX sinif şagirdləri arasında keçirilən milli qiymətləndirmənin nəticələrinin müzakirəsi zamanı deyib. O qeyd edib ki, layihə üzrə təklif və rəylər toplanır: […]

Təhsil

Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulunun müddəti uzadılıb

Xaricdə doktorantura təhsili ilə bağlı elan edilmiş 2021-ci il yaz semestri üçün sənəd qəbulunun müddəti uzadılıb. Təhsil Nazirliyindən verilən məlumata görə, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulu üçün son müraciət tarixi 25 dekabr saat 23:59-dək təyin […]

Təhsil

Emin Əmrullayevdən yüksək vəzifələrə TƏYİNAT

Təhsil Nazirliyində növbəti kadr dəyişikliyi baş verib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri vəzifəsinə təyin olunub.  Nazirin digər əmri ilə Mehriban Vəliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri təyin olunub.  Qeyd […]

Təhsil

Azərbaycanda təhsil haqqında dövlət sənədləri elektron qaydada veriləcək

Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi veriləcək. XəbərAl.az xəbər verir ki, bu Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanun […]

Təhsil

Şagirdlərin elektron yerdəyişməsi davam edir

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir. Təhsil Nazirliyindən verilən məlumata görə, şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə üçün www.sy.edu.az portalında qeydiyyatdan keçmək lazımdır. Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında məsafənin azaldılmasını, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilini təmin edir. Xatırladaq ki, şagirdlərin elektron yerdəyişməsi portalı noyabrın 16-sı, saat 11:00-dan etibarən aktivdir.

Təhsil

Şamaxı Rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub

Şamaxı Rayon Təhsil Şöbəsində kadr dəyişikliyi olub. XəbərAl.az xəbər verir ki, Babayev Məsud Nizami oğlu Rayon Təhsil Şöbəsinin müdiri təyin olunub. Qeyd edək ki, M.Babayev 25 aprel 1977-ci ildə Şamaxı rayonunun Yenikənd kəndində anadan olub. 1982-1989-cu illərdə Şamaxı rayonu, Ə.Məmmədov adına Göylər kənd 1 nömrəli tam orta məktəbdə, 1989-1992-ci illərdə Bakı şəhəri 2 nömrəli Texniki-Humanitar […]

Təhsil

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin onlayn müsahibə mərhələsinə müraciət müddəti başa çatdı

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin onlayn müsahibə mərhələsinə müraciət müddəti başa çatıb. Bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Belə ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq təlimatla tanış olduqdan sonra 6 dekabr saat 23:59-dək elektron poçt ünvanını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq ediblər. Məlumatlar yoxlanıldıqdan sonra namizədlərin şəxsi səhifələrinə müsahibənin keçirilmə tarixi barədə məlumat göndəriləcək.

Təhsil

Karantin qaydalarını pozan təhsil müəssisəsinin rəhbəri həbs edildi – FOTO/VİDEO

Sumqayıt şəhərində Nazirlər Kabineti yanında operativ qərargahın tələb və göstərişlərinə zidd olaraq şagirdlərə yerində hazırlıq keçən tədris mərkəzi aşkar edilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər sakini Taleh Mənsimova məxsus “Lider” hazırlıq kursunun qanunsuz olaraq fəaliyyət göstərdiyi müəyyən edilib. Obyektə baxış zamanı şagirdlərin sinif otaqlarında […]