Tədbirlər

Prezident və xanımı Şəhidlər xiyabanında – Fotolar+Video

Qanlı 20 Yanvar faciəsindən 32 il ötür. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 32-ci ildönümü ilə əlaqədar Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də – Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər. Xəbəral.az xəbər verir ki, dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsini […]

Tədbirlər

DTX əməkdaşları Şəhidlər xiyabanını ziyarət etmişlər

Xəbəral.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və DTX-nin rəhbər heyəti 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etmiş, onların üzərinə tər qərənfillər düzmüş, şəhidlərimizin unudulmaz və müqəddəs xatirəsini dərin hüznlə yad etmişlər. […]

Tədbirlər

“Tarix yazan qəhrəmanlar” layihəsi sona çatdı-Fotolar

Xəbəral.az xəbər verir ki, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, “İrs Gənclərin Maarifləndirmə və Təbliğat Mərkəzi” ictimai birliyinin təşkilatçılığı ilə gənclər arasında vətənpərvərlik ruhunun yüksəlməsinə xidmət edən “Tarix yazan qəhrəmanlar” layihəsi həyata keçirilib. Bir neçə gün davam edən layihə Biləsuvar, Cəlilabad, Masallı və Lənkəran şəhərlərində icra olunaraq Vətən müharibəsi iştirakçıları eyni zamanda qazilərlə gənclərin görüşü təşkil […]

Tədbirlər

Prezident İlham Əliyev 2022-ci ili “Şuşa İli” elan edib

Prezident İlham Əliyev 2022-ci ili “Şuşa İli” elan edib. Xəbəral.az Trend-ə istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqa müraciətində deyib. Dövlət başçısı bildirib: “Biz 2022-ci ildə Şuşa şəhərinin 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və biz yeni ildə bu yubileyi […]

Tədbirlər

Media nümayəndələri təltif olunublar

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi, “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə il ərzində respublikada qan donorluğunun inkişafına göstərdiyi media dəstəyinə görə bir sıra KİV nümayəndələri təltif olunublar. Bu məqsədlə təşkil olunmuş mərasimdə öncə Qarabağın azad edilməsi uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Bakı şəhər Gənclər və İdman […]

Tədbirlər

Bir qrup tanınmış ictimai xadim və jurnalistlər təltif ediliblər-Siyahı

Xəbəral.az xəbər verir ki, Sosial şəbəkələrdə sosial platforma kimi fəaliyyət göstərən “Azərbaycan Mədəniyyəti” Lahiyəsi çərçivəsində keçirilən 2021-ci il“İlin Fəalı” nominasiyasında vətənpərvərlik ruhunda işlərinə və milli mənəvi dəyərlərin təbliğinə görə, bir qrup tanınmış ictimai xadim və jurnalistlər, media, mədəniyyət,səhiyyə, təhsil,televiziya sahələrində fəaliyyət göstərən işçilər və ictimai sosial aktiv gənclər təltif ediliblər. Qeyd edək ki, ” Azərbaycan […]

Tədbirlər

Kuklaların evində bayram sevinci

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün sənət bayramını – 90 illik yubileyini tamaşaçıları üçün də yaddaqalan etməyə çalışır.Yaradıcı heyət dekabrın 26-da reallaşan təntənəli yubiley axşamının ardınca vacib sosial aksiya ilə bunu bir daha nümayiş etdirdi.Belə ki, dekabrın 27-də Yeni il və məktəblilərin qış tətili günləri üçün hazırladıqları “Qış nağılı” tamaşasının premyerasını İkinci Qarabağ […]

Tədbirlər

Şəhid övladları üçün bayram tədbiri keçirilib

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi 2-ci Qarabağ müharibəsi dövründə müharibə iştirakçılarına, qazilərimizə və şəhidlərimizə hər zaman diqqət və qayğını davam etdirməkdədir. Bu istiqamətdə olan növbəti layihə Yeni il və dünya Azərbaycanlıların həmrəyliyi günü bayramları münasibətilə Şəhid övladları üçün təşkil edilən bayram şənliyi oldu. Xəbəral.az xəbər verir ki, Tədbirin keçirilməsində əsas məqsəd uşaqların asudə vaxtlarının […]

Tədbirlər

“Gənc Qazilər ” İB-nin yekun hesabat yığıncağı olub-Fotolar

Xəbəral.az-ın məlumatına görə 25 dekabr 2021 – ci il tarixdə ” Gənc Qazilər ” İctimai Birliyinin yekun hesabat gecəsi keçirildi. Hesabat gecəsi Dövlət Himninin səslənməsi ilə başlandı. Torpaqlarımız uğrunda canlarını fəda etmiş Şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsindən sonra tədbir işinə davam etdi.Hesabat gecəsini giriş sözü ilə açan “Gənc Qazilər” İB təşkilat məsələləri üzrə […]

Tədbirlər

Medianın İnkişafı Agentliyi çap mediası subyektlərinə dəstək layihəsi elan edir

Xəbəral.az xəbər verir ki, müsabiqə ictimai-siyasi qəzetlər arasında keçirilir. Müsabiqədə iştirak üçün ictimai-siyasi qəzetlər: – müsabiqə elan olunan günədək son 1 (bir) il ərzində müntəzəm nəşr olunmalı, dövriliyi həftədə bir dəfədən, birdəfəlik tirajı 1500 nüsxədən və yayımı (abunə və satışı) 1000 nüsxədən az olmamalıdır; – redaksiyasının yaradıcı heyəti ən azı beş nəfərdən ibarət olmalıdır. – […]