Sosial

Baş Prokurorluq tərəfindən vətəndaşlarımıza xəbərdarlıq edilib

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək müddətində davam edən silahlı münaqişə zamanı Ermənistan silahlı qüvvələri tərəfindən müharibə qanunlarının və adətlərinin pozulması faktlarına dair Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanaraq hazırda ibtidai istintaq davam etdirilir, cinayət törətmiş şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirlər görülür. Baş Prokurorluğun mətbuat […]

Sosial

22 Noyabr Ədliyyə işcilərinin peşə bayramı günüdür

22 Noyabr Ədliyyə işcilərinin peşə bayramı günü Ədliyyə işçilərində mənəvi stimul yaradılması və tarixi irsin qorunması məqsədilə muasir dövlətimizin banisi, ümümmilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün – 22 noyabr ədliyyə işçilərinin peşə bayramı kimi təsis edilmişdir. Bu bayramı ədliyyə işçiləri artıq 102 […]

Sosial

Ombudsman erməni təxribatları nəticəsində həlak olan uşaqlar barədə aralıq hesabatı beynəlxalq təşkilatlara təqdim edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki yaşayış məntəqələrinə raket hücumları nəticəsində baş vermiş uşaq itkiləri barədə aralıq hesabat hazırlayaraq beynəlxalq təşkilatlara təqdim edib. Ombudsman Aparatından bildirilib ki, sözügedən hesabatın göndərilməsində əsas məqsəd Ermənistan silahlı qüvvələrinin 27 sentyabr – 9 noyabr 2020-ci il tarixlərində Azərbaycanda mülki yaşayış məntəqələrini […]

Sosial

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib

Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələr və hərracın nəticələri haqqında protokol əsasında həmin minik avtomobillərinin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Xəbəral.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanunda […]

Sosial

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri həftəsonları işləməyəcək – FOTO

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət edən vətəndaşlara xəbərdarlıq edib. “ASAN xidmət”dən verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə respublikamızda xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılıb. Virusa yoluxma dinamikasının azaldılması istiqamətindəki tədbirlər çərçivəsində […]

Sosial

“WhatsApp” yeni funksiyanı işə salır

“WhatsApp” tətbiqində digər istifadəçiyə videonun səsini söndürüb göndərmək mümkün olacaq. Yeni funksiya barədə “Wabetainfo” məlumat verib. Yeniliyin mahiyyəti ondan ibarətdir ki, indi digər istifadəçiyə videonu göndərməzdən əvvəl onun səsini söndürmək mümkün olacaq. Videonun müddəti və ölçüsü haqqında məlumatın yanında, ekranın sol tərəfində səsi söndürməyə imkan verən işarə olacaq. Hələlik yeni funksiya sınaq mərhələsindədir. Funksiya 2020-ci ilin […]

Sosial

İşğaldan azad olunmuş ərazilərdə ağac əkini davam edir

İşğaldan azad olunmuş Zəngilan rayonunun ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, rayonda xidməti vəzifələrinin icrasına başlayan Daxili İşlər, Müdafiə Nazirlikləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının iştirakı ilə Şərq çinarları əkilib. Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib ki, payız ağac əkini mövsümündə Azərbaycanın bütün bölgələrində olduğu kimi işğaldan azad olunmuş ərazilərimizdə də müxtəlif cinsli ağaclar, əsasən […]

Sosial

190 manat birdəfəlik ödəmə vəsaitlərinin köçürülməsi başa çatıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 10 şəhər və rayon (Lənkəran, Şəki, Cəlilabad, Biləsuvar, Qax, Zaqatala, Masallı, İsmayıllı, Quba, Xaçmaz) üzrə işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılar üçün 190 manat birdəfəlik ödəmə vəsaitlərinin köçürülməsini başa çatdırıb. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən  verilən məlumata görə, […]

Sosial

Yevlax-Xankəndi dəmir yolu inşa ediləcək – VİDEO

Azərbaycan Dəmir Yolları Yevlax-Xankəndi dəmir yolunun Ağdam, Xocalı və Xankəndindən keçən yeni qolunun inşasını müzakirə edir. Xəbəral.az-ın məlumatına görə, yeni xəttin uzunluğu 104 km olacaq. Xəttin Yevlax (final) – Bərdə – Köçərli – Təzəkənd – Ağdam – Əsgəran – Xocalı – Xankəndi (final) stansiyalarından ibarət olacağı ehtimal olunur.

Sosial

Məcburi köçkünlər öz torpaqlarına qayıtdıqdan sonra 3 il müddətinə müavinət alacaqlar

“Azərbaycanda məcburi köçkün və qaçqınlarla bağlı iki qanun mövcuddur. Onlardan biri “Məcburi köçkün və qaçqınların statusu haqqında” digəri isə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” qanunlardır”. Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib. Onun sözlərinə görə, həmin qanunlara uyğun olaraq […]