Sosial

Kafe və restoranlar həftəsonları da işləyəcək

Fevral ayının 1-dən etibarən şənbə və bazar günləri də ictimai iaşə müəssisələri yerində xidmət göstərə biləcək. XəbərAl.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Qurum rəsmisi bildirib ki, həftəsonları ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı isə hələlik dəqiq məlumat yoxdur, bu barədə əlavə məlumat veriləcək. Xatırladaq ki, Nazirlər Kabinetinin 16 yanvar […]

Sosial

“Qaz pulu” borcu olanlara xəbərdarlıq – SMS gələcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin yeni quraşdıracağı mexaniki sayğaclar vahid mərkəzdən idarə olunacaq. XəbərAl.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun baş direktoru Ruslan Əliyev deyib. Onun sözlərinə görə, qaz borcunu 1 ay müddətində ödəməyən abunəçilərə “mavi yanacaq” verilişi avtomatik dayandırılacaq. “Abunəçilərə qaz borcu ilə bağlı SMS (bildiriş) gələcək. Bundan sonra 1 […]

Sosial

Fevral ayının pensiyası artımla birlikdə veriləcək – RƏSMİ

Hesab edirəm ki, hər il olduğu kimi, bu il də bəlli faiz müəyyən edildikdən sonra fevral ayı ərzində pensiyaçıların pensiyaları indeksləşdiriləcək. Fevralın ödənişi aparılan zaman pensiyaçılar fevral ayının pensiyasını həm də yanvar ayı üzrə hesablanmış artımla birlikdə alacaqlar. XəbərAl.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək […]

Sosial

Şəhid ailələrinə veriləcək mənzillərlə bağlı AÇIQLAMA

“2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-nə qədər qeydiyyata alınan şəhid ailələri və qazilər barədə siyahılar yerli icra hakimiyyəti orqanlarında var. Bu siyahılar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim ediləcək”. XəbərAl.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov “Yeni TV”nin canlı yayımında bildirib.  Onun sözlərinə […]

Sosial

Vətən müharibəsində əlil olanlara avtomobil veriləcək – RƏSMİ

“Hazırda müharibə əlillərinin avtomobillə təminatı üçün heç bir növbə yoxdur”. XəbərAl.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov “Yeni” TV-nin canlı yayımında bildirib.  Onun sözlərinə görə, Vətən müharibəsində əlil olan şəxslər də növbəlilik əsasında avtomobillə təmin olunacaq: “2020-ci ildə əlilliyi olan 400 nəfərə avtomobil verilib”.

Sosial

Ticarət obyektlərinin fəaliyyəti bərpa olundu

Bu gündən Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması üçün sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsində ticarət obyektlərinin fəaliyyətinə tətbiq edilən qadağa aradan qaldırılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərara əsasən, ticarət obyektlərinin fəaliyyəti 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən bərpa olunub. Həmçinin qərara əsasən, ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə […]

Sosial

Tibb işçilərinə vaksin məcburi vurulur? – İddialara CAVAB

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bəzi tibb müəssisələrində çalışan səhiyyə işçilərinin məcburi vaksinasiya olunması ilə bağlı iddialara münasibət bildirib. XəbərAl.az xəbər verir ki, TƏBİB-dən “Report”a bildirilib ki, peyvəndləmə heç bir halda məcburi ola bilməz. “Ümumilikdə ölkədə aparılan vaksinasiya könüllü və dövlət hesabınadır”, – qurumdan qeyd olunub. Xatırladaq ki, Azərbaycanda yanvarın 18-dən etibarən Çinin “SinoVac” […]

Sosial

Bu gün Arzu Əliyevanın doğum günüdür — FOTO

Bu gün prezident İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın doğum günüdür. XəbərAl.az xəbər verir ki, Arzu Əliyeva 1989-ci il 23 yanvar tarixində Bakı şəhərində anadan olub. Orta təhsilini 1995–2006-cı illərdə Bakının 160 saylı tam orta məktəbində, ali təhslini isə İsveçrə və Böyük Britaniyada alıb.    Arzu Əliyeva 2008-ci ildə Azərbaycanda tanıtım video klipində çəkilib. Bu video […]

Sosial

“8 Noyabr“ stansiyasının heyəti komplektləşdirildi

Bakı metropoliteninin istismara hazırlanan “8 Noyabr” stansiyasına rəis müavini təyin edilib. XəbərAl.az-ın məlumatına görə, bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zaur Hüseynov əmr imzalayıb. Sədrin əmri ilə Kamal Talıbzadə “8 Noyabr” stansiyasının rəis müavini təyin edilib. Z.Hüseynovun digər əmri ilə stansiyanın tam heyəti də təsdiqlənib. Əmrə əsasən, rəhbər heyətlə əlaqədar stansiya […]

Sosial

Avtomobillərə rəngli plyonka bərkidilməsi qadağan edilir

Nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısı dəyişə bilər. XəbərAl.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında| qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna görə, sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək təhlükəsi yaradan  əlavə əşyaların qoyulması və ya  şüşələrə  hər hansı  formada və ölçüdə örtüklər  (pərdə və plyonka) çəkilməsi nəqliyyat vasitələrinin nasazlıqları […]