manset Siyasət

Azərbaycan-Gürcüstan sərhəd demarkasiyası ilə bağlı görüş keçiriləcək – Xələf Xələfov

“Azərbaycan-Gürcüstan sərhədinin demarkasiyası istiqamətində proseslər davam edir. Əraziyə baxış keçirməli və müvafiq sənədləri bir daha nəzərdən keçirməli, lazım olduğu təqdirdə digər arxiv materiallarına da müraciət etməli olan ekspertlərin görüşünün birinci mərhələsi davam edir. İlk mərhələdə razılaşdırılmamış məkanların yarısını tamamlamışıq”. Bunu XəbərAl.az-a Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib. Diplomatın sözlərinə görə, Azərbaycan və Gürcüstan […]

manset Siyasət

Şeyx İlham Əliyevə təşəkkür etdi

Şeyxülislam Allahşükür Paşazadə Prezident İlham Əliyevə təşəkkür edib. XəbərAl.az məktubun mətnini təqdim edir: “Möhtərəm cənab Prezident! Qafqaz bölgəsi dindarlarının arzu və iradəsini ifadə edərək Sizə – Azərbaycan xalqının ləyaqətli oğluna, dövlət rəhbərimizə və dünyanın tanınmış siyasi xadiminə salamlarımı və təşəkkürlərimi ünvanlayıram. 70 illik yubileyim və Şeyxülislam kimi fəaliyyətimin 40 illiyi münasibətilə Zati-aliləriniz tərəfindən dövlətin ən […]

manset Siyasət

“İqtidar-müxalifət dialoqu sistemli şəkildə olmalıdır” – Fazil Mustafa

Hesab edirəm ki, hər bir tədbirin nəticəsi qəbul edilən sənəddir. Bu mənada hər kəsin sənədi müzakirə etməyə dəvət edirəm. XəbərAl.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” mövzusunda müzakirə zamanı deyib. O, əlavə edib ki, bəyanat layihəsində Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair abzasla bağlı fikir ayrılığı ola bilməz: […]

manset Siyasət

“Bir adam ondan soruşmadı ki…” – Qüdrət Həsənquliyev

Mövzunun seçilməsi və layihənin hazırlanmasında iştirakımız olub. Əlbəttə, problemlər var və bunlar da müzakirə edilməlidir. XəbərAl.az  xəbər verir ki, bu sözləri BAXCP sədri Qüdrət Həsənquliyev “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” mövzusunda müzakirə zamanı deyib. BAXCP sədri YAP-ın icra katibi Əli Əhmədova son müsahibəsinə görə təşəkkür edib. Qüdrət Həsənquliyev əlavə edib ki, siyasi proseslərə kənar […]

manset Siyasət

“Azərbaycanda siyasi proseslərə xarici müdaxilə” başladı

Ana Vətən Partiyasının təşkilatçılığı ilə “Azərbaycanda siyasi proseslərə xarici müdaxilə meyilləri” mövzusunda dəyirmi masa keçirilir XəbərAl.az xəbər verir ki, “Park İnn” otelində təşkil edilən tədbirdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – İcra katibi Əli Əhmədov, millət vəkilləri, partiya sədrləri, politoloqlar və media nümayəndələri iştirak edir.

manset Siyasət

Gürcüstanın XİN başçısı azərbaycanlı həmkarına təşəkkür etdi

Gürcüstanın xarici işlər naziri Davit Zalkaliani “Azərbaycan diplomatik xidmət orqanları – 100” medalı ilə təltif olunduğuna görə azərbaycanlı həmkarı Elmar Məmmədyarova təşəkkür edib. “Azərbaycanın dövlət mükafatını almaq şərəfdir. Əziz dostum Elmarla ikitərəfli münasibətlərin bundan sonra da dərinləşdirilməsinin qətiyyətlə tərəfdarıyam”./report/

manset Siyasət

“Azərbaycanda xarici qüvvələrə işləyənlər var” – Sərdar Cəlaloğlu

Məni sabah “Azərbaycanda siyasi proseslərə xarici müdaxilə meyilləri” mövzusunda keçiriləcək dəyirmi masaya dəvət ediblər və orada iştirak edəcəyəm. Bu sözləri XəbərAl.az-a müxalifət Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. ADP sədri bildirib ki, müzakirəyə çıxarılan mövzu onun üçün çox aktualdır: “Azərbaycanda xarici qüvvələrə işləyən şəxslərlə bağlı ən çox bəyanat verən, narazılıq ifadə edən siyasətçilərdən […]

manset Siyasət

Xüsusi Xidmət Orqanları Konfransı qlobal səviyyədə təhdidlərin qarşısının alınması baxımından mühüm əhəmiyyətə malikdir – Arzu Nağıyev

Bakı şəhərində keçirilən Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXII iclası hər hansı təhdidlərə qarşı mübarizənin aparılması və bu istiqamətdə informasiya mübadiləsinin həyata keçirilməsi baxımından çox məhsuldar olub. XəbərAl.az bildirir ki, bunu Trend-ə Bakıda keçirilən Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXII iclasının əhəmiyyətini şərh edərkən politoloq Arzu Nağıyev deyib. A.Nağıyev bildirib ki, tədbir iştirakçılarını Azərbaycan Prezidenti İlham […]

manset Siyasət

Əli Həsənovdan İbrahimova möhtəşəm cavab – Video

Milli Məclisin komitə sədri, Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunan Eldar İbrahimovun adından dünən yayılan açıqlama sosial şəbəkələrdə və ictimai rəydə müəyyən anlaşılmazlığa səbəb olub. XəbərAl.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov özünün Feysbuk səhifəsində yazıb. “Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, həm də YAP rəhbərliyində təmsil […]