manset Siyasət

Prezident Adıgözəlovu təltif etdi – Sərəncam

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Y.V.Adıgözəlovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. XəbərAl.az sərəncamın mətnini təqdim edir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Yalçın Vasif oğlu Adıgözəlov “Şöhrət” ordeni ilə təltif edilsin”.

manset Siyasət

Türkmən parlamentarilər Azərbaycana gəlir

Noyabrın əvvəlində Türkmənistan parlamenti nümayəndə heyətinin Bakıya işgüzar səfəri planlaşdırılır. XəbərAl.az-ın məlumatına görə, səfər zamanı Milli Məclisin sədri Oqtay Əsədovla görüş nəzərdə tutulub. Nümayəndə heyəti həmçinin ASAN xidmətin fəaliyyəti ilə tanış olacaq. Səfər çərçivəsində qanunvericilik sahəsində təcrübə mübadiləsinə, parlamentlərarası əməkdaşlığın inkişafına yönəlik tədbir və görüşlər keçiriləcək.

manset Siyasət

Ramiz Mehdiyevin yerinə təyinat oldu

Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri vəzifəsinə yeni təyinat olub. XəbərAl.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin verdiyi sərəncama əsasən, Samir Rafiq oğlu Nuriyev Administrasiyanın rəhbəri təyin edilib. Qeyd edək ki, S. Nuriyev bu təyinata qədər Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri olub. Dövlət başçısının bundan əvvəl verdiyi sərəncamla Samir Nuriyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri […]

manset Siyasət

İsrailin Bakıdakı səfirliyi işini bərpa edib

İsrailin Azərbaycandakı səfirliyi işini bərpa edib. Bu barədə XəbərAl.az-a səfirliyin Mətbuat xidmətindən məlumat verilib. “İsrailin Bakıdakı səfirliyi, ölkənin dünyanın digər ölkələrindəki diplomatik nümayəndəlikləri kimi, öz işini davam etdirəcək. Xarici İşlər Nazirliyi və İsrail Maliyyə Nazirliyinin əməkdaşları arasında danışıqlar davam edəcək”, – diplomatik nümayəndəliyin açıqlamasında bildirilir. Xatırladaq ki, daha əvvəl İsrailin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin tətilinə görə bağlandığı bildirilmişdi.

manset Siyasət

Bu gündən şəxsiyyət vəsiqələri yaşayış yeri üzrə qeydiyyatdan asılı olmayaraq verilir

Bu gündən ərazi polis orqanlarının və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən Daxili İşlər Nazirliyinin qeydiyyat məsələləri qurumlarının əməkdaşları tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi yaşayış yeri üzrə qeydiyyatdan asılı olmayaraq verilir. XəbərAl.az-ın  xəbərinə görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov şəxsiyyət vəsiqələrinin verilməsi sahəsində vətəndaş məmnunluğunun artırılması ilə bağlı əlavə tədbirlər barədə imzaladığı əmr bu gün […]

manset Siyasət

Prezidentdən yeni başçılara: Əgər eşitsəm ki…

Sizin qarşınızda duran əsas vəzifələr rəhbərlik edəcəyiniz rayonların sosial-iqtisadi inkişafını təmin etməkdir. Siz vətəndaşlarla daim təmasda olmalısınız, bütün kəndləri gəzməlisiniz, kənd camaatı ilə görüşməlisiniz. Sizin işiniz kabinet işi olmamalıdır. Düzdür, əlbəttə ki, hər bir rəhbərin işi, o cümlədən qəbul edilən qərarlar, görülən işlər, keçirilən müşavirələr – bütün bunlar hər bir rəhbər işçinin gündəlik həyat tərzidir. […]

manset Siyasət

Məmmədyarov Aİ-nin xüsusi nümayəndəsi ilə görüşdü

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toyvo Klaar ilə görüşüb. Xarici İşlər Nazirliyindən XəbərAl.az-a verilən məlumata görə, T.Klaar Azərbaycanın Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə yüksək səviyyədə ev sahibliyi etməsinə görə təbriklərini çatdırıb. Nazir Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Bakı Zirvəsinin yekun sənədində Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə […]

manset Siyasət

“Qələbəyə Azərbaycan xalqının da sanballı töhfəsi olub” – İlham Əliyev

“Böyük Vətən müharibəsində ümumi Qələbəyə Azərbaycan xalqının da sanballı töhfəsi olub”. XəbərAl.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 30-da MDB Müdafiə Nazirləri Şurasının iclasının iştirakçılarını qəbul edərkən deyib. “Çox şadam ki, Birlik ölkələrinin Müdafiə Nazirləri Şurasının növbəti iclası Bakıda keçirilir. Bu tədbir özlüyündə çox böyük əhəmiyyət kəsb edir. Bu, ölkələrimizi daha sıx […]

manset Siyasət

Azərbaycan ABŞ-a nota verəcək – XİN

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin təmsilçisi Masis Mayilyanın ABŞ ərazisinə daxil olması ilə əlaqədar ölkəmizin ABŞ-dakı səfiri Azərbaycan tərəfinin ciddi etirazını Dövlət Departamentinin diqqətinə çatdırıb. Bunu XəbərAl.az-a Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qondarma qurumun “nümayəndəsinin” ABŞ-a getməsi ilə bağlı açıqlamasında […]