Ölkə

28 May-Respublika Günü ictimai nəqliyyat işləyəcək

28 May – Respublika Günü ölkə ərazisində ictimai nəqliyyat işləyəcək. Nazirlər Kabinetindən verilən məlumata görə, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən, mayın 28-də Azərbaycan Respublikasının ərazisində ictimai nəqliyyatın hərəkətinin dayandırılması nəzərdə tutulmayıb. Qərara əsasən, ictimai nəqliyyatın hərəkət 29 may saat 00:00-dan 31 may saat 06:00-dək dayandırılacaq. XəbərAl.az

Ölkə

Yaxın günlərdə Azərbaycana Pfizer-BioNTech vaksini gətiriləcək

“Bu gün Azərbaycanda kifayət qədər vaksin var. Peyvəndlə bağlı heç problem yoxdur. Bu gün vətəndaşlarımızın vaksin seçimi imkanı var”. XəbərAl.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də keçirilən brifinqində çıxışı zamanı deyib. TƏBİB rəsmisi bildirib ki, yaxın günlərdə […]

Ölkə

İyunun 10-dan iri ticarət mərkəzləri açılır

İyunun 10-dan etibarən ölkədə fəaliyyət göstərən iri ticarət mərkəzləri fəaliyyətini bərpa edəcək. XəbərAl.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqdində deyib. Onun sözlərinə görə, karantin qaydalarına uyğun olaraq maska taxılması və məsafənin qorunması vacibdir.

Ölkə

Bakı metrosunun fəaliyyəti və regionlara nəqliyyatın hərəkəti bərpa olunur

Mayın 31-dən “Bakı Metropoliteni” QSC-nin fəaliyyəti bərpa olunacaq. XəbərAl.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. Bundan başqa, onun sözlərinə görə, həmin tarixdən regionlara da nəqliyyatın fəaliyyəti bərpa ediləcək.

Ölkə

“Növbəti aylarda bəzi məhdudiyyətlər ləğv edilə bilər” — TƏBİB rəsmisi

“Ölkəmizdə vaksinasiya prosesinin uğurla aparılması nəticəsində əvvəlki dövrlərlə müqayisədə koronavirus infeksiyasının yayılmasında kritik vəziyyət yaşanmadı. Əgər proses belə davam edərsə, yay aylarında bəzi məhdudiyyətlər aradan qaldırıla bilər”. XəbərAl.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, TƏBİB-in işçi qrupun rəhbəri Vasif Əliyev bildirib. Onun sözlərinə görə, gündən-günə koronavirusa yoluxanların sayı azalır, sağalanların sayı isə […]

Ölkə

İstirahət günü 37 dərəcə isti olacaq

Mayın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 16-21 isti, gündüz 29-34 isti, Bakıda gecə 18-20 isti, gündüz 31-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi  753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi […]

Ölkə

Sabahdan Bakı-Sumqayıt qatarlarında yeni hərəkət cədvəli tətbiq ediləcək

Mayın 21-dən etibarən Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə yeni hərəkət cədvəli tətbiq ediləcək. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib. Reyslərin sayı saxlanılmaq şərti ilə Sumqayıt-Xırdalan-Bakı istiqaməti üzrə 6006 və 6012, Sumqayıt-Pirşağı-Bakı istiqaməti üzrə 6606 və 6610, Bakı-Pirşağı-Sumqayıt istiqaməti üzrə isə 6603 nömrəli qatarların vaxtında dəyişiklik olunub. XəbərAl.az

Ölkə

Sabah 35 dərəcə isti olacaq

Mayın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, 8-13 m/s-dək güclənəcək, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.  Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 25-29, Bakıda gecə 16-18, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan […]

Ölkə

Sabah Bakıda 27 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, cənub küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-20, gündüz 23-28, Bakıda gecə 17-19, gündüz 25-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi […]

Ölkə

Sabah güclü külək əsəcək – Xəbərdarlıq

Milli Hidrometeorologiya Xidməti Azərbaycanda hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb.  “XəbərAl.az” xəbər verir ki,  Bakıda və Abşeron yarımadasında mayın 18-də gündüz  şimal-qərb küləyinin əsəcəyi, 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.                                                  […]