MDB

Ermənistanın Xarici İşlər naziri Moskvaya gedir

Ermənistanın Xarici İşlər naziri Ara Ayvazyan dekabrın 7-də Moskvaya səfər edəcək. Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib. Səfər çərçivəsində erməni nazir rusiyalı həmkarı Sergey Lavrovla beynəlxalq gündəmdəki məsələləri və Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcək.

MDB

Ermənistan müxalifəti baş nazir postuna öz namizədini təyin edib

Ermənistan müxalifəti baş nazir postuna öz namizədinin adını 3 dekabrda açıqlayacaq. “Sputnik Ermənistan” xəbər verir ki, bunu “Daşnaksütun” partiyasının nümayəndəsi Artsvik Minasyan bildirib. “Sabah… planlarımızı elan edəcəyik və baş nazir vəzifəsinə öz namizədimizi göstərəcəyik”, – deyə agentlik Minasyandan sitat gətirib.O bildirib ki, hərbi vəziyyətlə əlaqədar tətbiq edilən bir sıra məhdudiyyətlərin götürülməsinə baxmayaraq, qanuni rejim özü […]

MDB

Rusiya Federasiya Şurasının sədri özünütəcrid rejiminə keçib

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko koronavirusa yoluxmuş şəxslə təmasda olduğuna görə karantinə alınıb. Bu barədə Federasiya Şurasının vitse-spikeri Andrey Yatskin bildirib. Onun sözlərinə görə, Valentina Matviyenko özünütəcrid rejiminə keçib: “Federasiya Şurasının spikeri məsafəli rejimdə işləməyə davam edir”.

MDB

Rusiya səfirliyinin avtomobili Kabildə partladılıb

Rusiyanın Əfqanıstandakı səfirliyinin avtomobili Kabildə partladılıb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova partlayışın əldəqayırma partlayıcı qurğu ilə törədildiyini bildirib. M.Zaxarovanın sözlərinə görə, dekabrın 1-də Rusiya diplomatik nümayəndəliyinin avtomobili Kabildəki Rusiya səfirliyinin binası yaxınlığında hərəkət edərkən törədilin partlayış nəticəsində səfirliyin avtomobildəki işçiləri yüngül beyin sarsıntısı alıblar. Hücumun hədəfinin diplomatik korpusa məxsus olan avtomobilin qarşısında hərəkət edən […]

MDB

Rusiya prezidentinin şəxsi mühafizəçisi Kremldə intihar etdi – FOTO

Rusiya Federal Mühafizə Xidmətinin (FSO) əməkdaşı Moskvada Kreml ərazisində intihar edib. Bu barədə Lenta.ru xəbər verir. Ölən şəxs Rusiya Prezidentinin şəxsi təhlükəsizliyindən məsul olan bölmənin əməkdaşı Mixail Zaxarov olub. M.Zaxarovun həmkarlarının dediklərinə görə, o, çox işləyirdi və son növbələrdən birində 15 saatdan çox işdə qalmaq məcburiyyətində olub.  

MDB

Rusiyalı mütəxəssis: “Koronavirus infeksiyası orqanizmdə təhlükəli fəsadlar yaradır”

“Koronavirus infeksiyası damarlarda qan laxtalanmasına və miokard infarktına səbəb olur”. XəbərAl.az xəbər verir ki, bunu Rusiyanın 2 saylı Müharibə Veteranları Xəstəxanasının kardiologiya şöbəsinin müdiri Sergey İvanov “Qovorit Moskva” radiosuna müsahibəsində deyib. Şöbə müdiri əlavə edib ki, koronavirusa yoluxanlarda qan laxtalanmasının artması ürək əzələsinin damarlarına da təsir edir: “Bu səbəbdən virusa yoluxan insanlarda ürək əzələsinin toxuması […]

MDB

Rusiyada yaşayış binasında güclü partlayış baş verib, 1 uşaq ağır xəsarət alıb – FOTO

Rusiyanın Leninqrad vilayətində 12 mərtəbəli yaşayış binasınında güclü partlayış baş verib. XəbərAl.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Drozdenko bildirib. Hadisə Vsevolojsk şəhərinin “Yujnı” mikrorayonunda qeydə alınıb. Hadisə nəticəsində 1 uşağın ağır yaralandığı bildirilib. 40 bina sakini təxliyə edilib. Partlayış binanın son mərtəbəsində – 204-cü mənzildə baş verib. Alov 10 […]

MDB

Rusiyada təcili yardım işçilərinin başı xəstənin yaxınları ilə davaya qarışdı, xəstə öldü

Rusiyanın Ryazan vilayətində təcili yardım işçiləri ilə yerli sakinlər arasında baş verən qarşıdurma səbəbindən xəstə ölüb. Bu barədə Gazeta.ru Rusiya İstintaq Komitəsinin bölgə üzrə İstintaq İdarəsinə istinadla məlumat yayıb. Hadisə Sasovo qəsəbəsində baş verib. 44 yaşlı qadın xəstələnib və təcili yardım çağırılıb. Müayinənin nəticələrinə əsasən, həkimlər xəstəni xəstəxanaya yerləşdirməyə qərar veriblər. “Lakin onun yanında olan […]

MDB

Rusiyada minik maşını ilə yük qatarı toqquşub, 4 nəfər ölüb

Cümə günü Rusiyanın Krasnodar Diyarında 4 nəfərin ölümü ilə nəticələnən qəza baş verib. XəbərAl.az TASS-a istinadən xəbər verir ki, hadisə Ust-Labinsk bölgəsində baş verib. Regional Əməliyyat xidmətinin məlumatına görə, dəmir yolu keçidində yük qatarı ilə “Lada Priora” markalı minik maşını toqquşub. Avtomobilin sürücüsü və üç sərnişin hadisə yerində dünyasını dəyişib. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış iki […]

MDB

MDB Parlamentlərarası Assambleyasının 51-ci plenar iclası keçirilib – FOTO

Noyabrın 27-də MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurasının iclası və MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının 51-ci plenar iclası keçirilib. Bu barədə  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Videokonfrans formatında keçirilən tədbirə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya Federasiyası, Tacikistan, Özbəkistan nümayəndə heyətləri və bir sıra beynəlxalq təşkilatların təmsilçiləri qatılıblar. İclasda Milli Məclisin […]