Maqazin

Hər kəs bu cütlüyün Bodrumda xərclədiyi puldan danışır – Fotolar

Türkiyəli məşhur cütlük müğənni Sinan Akçıl və aktrisa Burcu Kıratlı tətilləri ilə gündəmə gəliblər. XəbərAl.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük Bodruma istirahətə yollanıb. Belə ki, onlar Bodrumda lüks villa kirayələyiblər. S.Akçıl tətil üçün 100 min TL (təxminən 19 min 530 manat) pul xərcləyib.

Maqazin

“Səs Azərbaycan”ın yeni münsifləri onlar olacaq

İctimai Televiziyanın efirində yayımlanacaq məşhur “Səs Azərbaycan” (The Voice) müsabiqəsinin münsiflər heyətində dəyişiklik olub. “XəbərAl.az”ın əldə etdiyi məlumata görə, yarışmanın uşaqlar versiyasının jüri kürsüsündə əyləşən Xalq artisti Zülfiyyə Xanbabayeva və müğənni Çingiz Mustafayev öz istəkləri ilə layihədən uzaqlaşıblar.   Yeni sezon üçün münsif axtarışında olan təşkilatçılar əvvəlcə Xalq artisti Röya Ayxana təklif irəli sürsələr də, tərəflər […]

Maqazin

Van Dammın azərbaycanlı gəlininə ağır itki üz verdi

Döyüş sənəti ustası, tanınmış aktyor Jan Klod Van Dammın oğlu ilə evlənən Suada Hacızadəyə ağır itki üz verib. “XəbərAl.az”ın əldə etdiyi məlumata görə, tanınmış pianoçunun nənəsi Hacıyeva Tamilla Ağahüseyn qızı dünyasını dəyişib. T.Hacıyeva Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, polkovnik Elxan Hacızadənin anasıdır. 1938-ci il təvəllüdlü T.Hacıyevanın hansı səbəbdən ölməsi məlum deyil. Allah rəhmət eləsin!

Maqazin

Samirə məşhur mükafat gecəsi üçün Yunanıstana getdi – Video

Azərbaycanı “Mata Hari” mahnısı ilə “Avroviziya”da təmsil edən Samirə Əfəndi Yunanıstandadır. “XəbərAl.az” xəbər verir ki, sənətçi bir neçə gün bundan əvvəl Afina şəhərinə yollanıb. Buna səbəb ifaçının nüfuzlu “Mad Video Music Awards -2021” mərasimində səhnə almasıdır. Mad TV tərəfindən təşkil olunan gecəyə hər il “Avroviziya”da yer alan müğənnilər dəvət olunur. Bu il yunanların seçimi Əfəndi […]

Maqazin

Türkiyə 10 ildən sonra “Avroviziya”ya qayıdır

Türkiyə 34 ildir iştirak etdiyi “Avroviziya” mahnı müsabiqəsinə yenidən qatılmaq istəyir. “XəbərAl.az” xəbər verir ki, bu barədə  ölkənin dövlət kanalı olan TRT-nin baş direktoru İbrahim Eren məlumat yayıb. O, sosial media hesabında qeyd edib ki, yarışmaya qatılmaq barədə danışıqlara başlanılıb. Danışıqlar müsbət nəticə verdiyi halda Türkiyə gələn il müsabiqədə yer alacaq. Qeyd edək ki, bir […]

Maqazin

“Jara”da peyvənd sertifikatı tələb olunacaq

“Jara” musiqi festivalı koronavirusun kəskinləşməsi fonunda Moskvada və bölgədə hələ təxirə salınmayan yeganə musiqi tədbiri olaraq qalır. “XəbərAl.az” xəbər verir ki, Rusiyada yay mövsümü üçün planlaşdırılan bütün digər kütləvi tədbirlər və konsertlər baş tutmayacaq. Artıq başlamalı olan “Dikaya myata” festivalı açılışdan bir gün əvvəl ləğv edilib. Təşkilatçılar ciddi maliyyə itkisi yaşadıqlarını açıqlayıblar. Bütün bunlara baxmayaraq […]

Maqazin

Daha iki məşhur müğənni Bakıya gəlir

Türkiyənin iki pop ulduzu- Demet Akalın və Soner Sarıkabadayı Azərbaycana gələcək. “XəbərAl.az” xəbər verir ki, məşhur müğənnilər Bakının fərqli restoranlarında konsert proqramları ilə çıxış edəcəklər. Demet iyunun 26-sı, Soner isə iyulun 3-də səhnəyə çıxacaq. Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkə üzrə bütün kütləvi tədbirlər, o cümlədən mədəni tədbirlərin keçirilməsi qadağandır. […]

Maqazin

Van Damm qudası ilə “Ləzginka” oynadı — VİDEO

Sosial şəbəkələrdə dünyaca məşhur kino ulduzu Jan Klod Van Dammın maraqlı rəqsi yayılıb. XəbərAl.az-ın xəbərinə görə, Van Damm bu dəfə azərbaycanlı qudası Elxan Hacızadə ilə birgə “Ləzginka” rəqsinə oynayırlar. Həmin görüntüləri təqdim edirik: Xatırladaq ki, tanınmış aktyor Jan Klod Van Dammın oğlu aktyor Kristofer Van Damm azərbaycanlı gənc pianoçu Suada Hacızadə ilə ailə həyatı qurub. […]

Maqazin

Van Dammın azərbaycanlı qudası bu polkovnikdir

Xəbər verdiyimiz kimi, məşhur aktyor Jan Klod Van Dammın oğlu aktyor Kristofer Van Damm azərbaycanlı gənc pianoçu Suada Hacızadə ilə ailə həyatı qurub. Unikal.org-un əldə etdiyi məlumata görə, məşhur aktyor hərbçi ilə qohum olub. Belə ki, Jan Klod Van Dam  Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, polkovnik Elxan Hacızadə ilə quda olub. Qeyd […]