Hadisə Manşetüstü

Goranboydakı silahlı insidentlə bağlı RƏSMİ MƏLUMAT (YENİLƏNDİ)

Səhiyyə Nazirliyi Goranboydakı silahlı insidentlə yaralanan şəxslə bağlı məlumat yayıb. Nazirlikdən XeberAl.az-a verilən məlumata görə, iyulun 12-si gecə saat 23:00 da 20 yaşlı Əmrahov Təbriz Xaliq oğlu xəstəxanaya ağır vəziyyətdə daxil olub. Qeyd olunub ki, yaralı xəstəxanaya sol göz yuvasından daxil olub təpə nahiyəsindən keçən odlu silah yaralanması diaqnozu ilə daxil olub, vəziyyəti kritikdir. *** […]

Kriminal Manşetüstü

Azərbaycanda 24 nəfər saxlanıldı – Bu SƏBƏBDƏN

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. DİN-in Mətbuat xidmətindən XeberAl.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 15 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə, ümumilikdə, 12 nəfər, o cümlədən borclu şəxs qismində […]

İdman Manşetüstü

“Zirə”dən yeni transfer

“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib. XeberAl.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt rtəmsilçisi Miloş Bakraçla anlaşıb. 27 yaşlı müdafiəçi ilə 1 illik müqavilə bağlanılıb. Monteneqrolu futbolçu bundan öncə “Syon” (İsveçrə), “Budunçost” (Monteneqro), “Travnik” (Bosniya və Hersoqovina), “Suteska” (Monteneqro), “Jeljezniçar” (Bosniya və Hersoqovina) və OFK Titoqrad (Monteneqro) klublarında çıxış edib. […]

Hadisə Manşetüstü

OK OLAY! Azərbaycana qonaq gələn moldovalı turist dostunun evində ÖLDÜ

Azərbaycana turist kimi səfər edən 46 yaşlı Moldova vətəndaşı Şəkidə ölüb. Moldovadan Şəki şəhərində yaşayan dostunun ziyarətə gələn, 1973-cü il təvəllüdlü Nikolay Şerbanın səhhəti dostunun evində qəfildən pisləşib. Hadisə yerinə çağırılan Təcili Yardım Şöbəsinin əməkdaşları N. Şerbanı müayinə etdikdə, onun öldüyü müəyyən olunub. İlkin araşdırmalara görə, N. Şerbanın ürək tutmasından öldüyü məlum olub. Faktla bağlı […]

Manşetüstü Şou-Biznes

Nigar Camal yarıçılpaq vəziyyətdə gecə klubunda – FOTO

Nigar qırmızı rəngli qısa, sinəsi açıq paltarı ilə seçilib “Eurovision 2011″in qalibi Nigar Camal yenə diqqət mərkəzinə düşüb. XeberAl.az aznews.az-a istinadən xəbər verir ki, cazibədar müğənni bu dəfə paytaxtın məşhur gecə klublarından birində görüntülənib. Nigar qırmızı rəngli qısa, sinəsi açıq paltarı ilə seçilib.

Manşetüstü Şou-Biznes

Xatirə İslam çimərlik geyimində – FOTO

“Mən dəniz adı çəkəndə tufan olur” Müğənni Xatirə İslam çimərlikdən fotolarını paylaşıb. XeberAl.az bildirir ki, şəkildə sənətçinin atası və bacısı Günel yer alıb. Xatirə havanın küləkli olmasından da gileylənib. O, şəkillərinə “Mən dəniz adı çəkəndə tufan olur. Bu nədəndir, görəsən?”, – deyə müğənni izləyicilərinə sual ünvanlayıb.

Manşetüstü Sosial

Sabiq nazir Ziya Məmmədovun qardaşı: “Əlhəmdüllah, ibadətimizi edirik”

Eks-deputat, hazırda Azərbaycan Texniki Universitetinin Strateji inkişaf üzrə prorektoru Elton Məmmədov qardaşı Ziya Məmmədovun günlərdir müzakirə olunan müsahibəsinə münasibət bildirib. XeberAl.az xəbər verir ki, o, “Yeni Müsavat”a açıqlamasında əfəndi nəslindən olduqlarını qeyd edib: “Əvvəla, mən tituluna, cəmiyyətdəki mövqeyinə, dövlətçiliyə xidmətinə görə hər bir insana yüksək qiymət verirəm. Gərək mətbuat bir insan haqda sağlam münasibət bildirsin. […]

Cəmiyyət Manşetüstü

FHN əməkdaşları 7 nəfəri xilas etdi

Batmaq təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub. Fövqəladə Hallar Nazirliyindən XeberAl.az-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Sumqayıt, Zağulba, Lökbatan və Buzovna sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 7 nəfər (onlardan 4 nəfəri xarici ölkə vətəndaşıdır) xilas olunub.

Cəmiyyət Manşetüstü

Nazirlik faktiki havanı açıqladı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XeberAl.az-a verilən məlumata görə, iyulun 12-si axşamdan 13-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, yağış yağıb, Gədəbəy və Göygöldə dolu düşüb, qərb küləyi ayrı-ayrı yerlərdə güclənib. Küləyin maksimal sürəti Gəncə və Naftalanda 34 […]