Manşetüstü Sosial

Hirkan Milli Parkında yanğının söndürülməsi üçün təyyarə cəlb olundu

Hirkan Milli Parkında dağlıq zonada baş vermiş yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb olunub. FHN-dən XeberAl.az-a verilən məlumata görə, yanğının söndürülməsi məqsədilə Aviasiya dəstəsinin iki helikopteri də dünəndən ərazidə fəaliyyətdədir. Xatırladaq ki, avqustun 20-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkəran rayonunun Təngivan kəndi […]

Hadisə Manşetüstü

Tovuzda avtomobil yarımtikili evə çırpılıb, xəsarət alan var

Tovuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. XeberA.az xəbər verir ki,hadisə rayonun Aşağı Əyublu kəndində qeydə alınıb. Hərəkətdə olan “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq yarımtikili evə çırpılıb. Qəza nəticəsində 1983-cü il təvəllüdlü Mahir Kazımov xəsarət alıb. Onun vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Hadisə Manşetüstü

Hacıqabulda ağır yol qəzası: 1 nəfər öldü, 1-i xəsarət aldı

Hacıqabul rayonunun Nəvahi kəndində baş verən yol qəzasında xəsarət alan şəxsin kimliyi məlum olub. Hərəkətdə olan “Mercedes” markalı avtomobilin qarşıda gedən “KaMAZ” markalı avtomobilin arxa hissəsinə çırpılmas nəticəsində Zaqatala rayon sakini, 1989-cu il təvəllüdlü İsmayılov Vüsal Raqif oğlu müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır./report/

Manşetüstü Sosial

Dövlət Komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Sentyabrın 1-də müsəlman dünyasında Məhərrəmlik ayının başlanması ilə əlaqədar məscidlərdə və digər ibadət yerlərində dini mərasimlərin icrası zamanı Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fətvanın tələblərinə ciddi riayət olunması vacibdir. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Astarada “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirədə deyib. Komitə rəsmisi bildirib ki, hazırki dövrdə dünyanın bir […]

Dünya Manşetüstü

Türk ilahiyyatçı ilə bağlı gizlinlər üzə çıxdı – Şok görüntülər

İki il gizli təqiblərdən sonra 190 müridi ilə birlikdə həbs edilmiş türkiyəli ilahiyyatçı Adnan Oktarın şəbəkəsinə yönəlik əməliyyatın görüntüləri üzə çıxıb. XeberAl.az xəbər verir ki, 2018-ci ilin iyulun 11-də səhər saat 6:00 radələrində Adnan Oktarın Qəndillidəki villasında təşkil olunan əməliyyat barədə gizlinlər məlum olub. Oktar villasına yerləşdirdiyi kamera vasitəsilə əməliyyat barədə xəbər tutub gizli keçidlə […]

Cəmiyyət Manşetüstü

Azərbaycanlı aktyora 72 saat vaxt qoyuldu – Qızından açıqlama

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Məhərrəm Qurbanovun səhhətində problem yaranıb. O, beyin insultu keçirib. Aktyor dərhal Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Qızı Aytən Qurbanovanın sözlərinə görə, həkimlər atasına 72 saat vaxt qoyublar. Qeyd edək ki, M. Qurbanov 1996-cı ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında çalışır. Saysız-hesabsız tamaşalarda müxtəlif obrazlar canlandıran sənətkar “Qız qalası”, “Ərazi”, “Ayrılıq […]

İqtisadiyyat Manşetüstü

Dolların bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 20 avqust tarixinə olan valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan XeberAl.az-a verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, 1 ABŞ dolları, 1,7000 manat, 1 avro 1,8846 manat təşkil edir. 1 türk lirəsi 0,3010 manat, 1 rus rublu 0,0254 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,5820 manatdır.

Hadisə Manşetüstü

Aeroport yolunda qəza: 4 nəfər…

Hava limanı yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib. “Buta Palace”nin yanında “BMV X5” markalı avtomobilin “VAZ-2104″ə çırpılması nəticəsində 4 nəfər yaralanıb. Bunlar 1987-ci təvəllüdlü Nurullayev Ceyhun Təvəkkül oğlu, 1996-cı il təvəllüdlü Gözəlov Yavər Mehman oğlu, 1993-cü təvəllüdlü Əliyev Coşqun Vəli oğlu və 1994-cü il təvəllüdlü Məmmədzadə Hacı İntiqam oğlu xəsarət alıb. Yaralıların hamısı “VAZ-2104″də […]

Hadisə Manşetüstü

Azərbaycanda ağacdan yıxılan qadının beli qırıldı

Oğuzda gavalı ağacından yıxılan qadının beli sınıb. XeberAl.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Muxas kəndində baş verib. Kənd sakini 44 yaşlı Xalidə Həbibullayeva həyətlərində olan ağacdan gavalı yığarkən ehtiyatsızlıqdan yerə yıxılıb. Ağır xəsarət alan qadın Oğuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona onurğa sütununun sınığı diaqnozu qoyulub. X.Həbibullayevanın vəziyyətinin ağırlığı nəzərə […]

Manşetüstü Şou-Biznes

Pərvin Abıyeva yenə ağılları başdan aldı – FOTO

Tanınmış aktrisa Pərvin Abıyeva yenə də paylaşımları ilə gündəmdə qalmağı bacarıb. XeberAl.az xəbər verir ki, “İnstagram” səhifəsində paylaşdığı fotolar marağa səbəb olub. Aktrisa yollandığı Türkiyədə istirahət edib. Türkiyə səyahətindən fotolar paylaşan Pərvin Abıyeva yenə də izləyicilərini heyran qoyub. O, fotolarda qırmızı rəngli çimərlik geyimində əks olunub. Onun görüntüləri rekord sayda izlənib və bəyənilib. Həmin görüntüləri […]