Dünya Manşetüstü

Avtomobili insanların üzərinə sürdü: yaralılar var

Niderlandda avtomobil yarışları ilə bağlı mükafatlandırma mərasimi zamanı sürücü nəqliyyat vasitəsini izləyicilərin üzərinə sürüb. XəbərAl.az xəbər verir ki, Şərqi Brabant regionunda baş verən hadisə zamanı 4 nəfər xəsarət alıb ki, onlardan biri azyaşlıdır. Yaralıların xəstəxanaya yerləşdirildiyi deyilib. Polisin araşdırmasına görə, hadisə böyük ehtimalla mübahisə nəticəsində meydana gəlib. Olayla bağlı bir nəfər saxlanılıb.

İqtisadiyyat Manşetüstü

Dollar bu gün neçəyədir?

Azərbaycan Mərkəzi Bankı 16 sentyabr tarixinə olan valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan XəbərAl.az-a verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, 1 ABŞ dolları 1,7000 manat, 1 avro 1,8825 manat təşkil edir. 1 türk lirəsi 0,2964 manat, 1 rus rublu 0,0266 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,5737 manatdır.

İqtisadiyyat Manşetüstü

Natia Turnava Bakıya gəlir

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnavanın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 17-də Azərbaycana işgüzar səfər edəcək. XəbərAl.az xəbər verir ki, ikigünlük səfər çərçivəsində N.Turnava bir sıra ikitərəfli görüşlər keçirəcək. Görüşlərdə Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunacaq. Həmçinin Gürcüstan-Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın növbəti iclasına hazırlıq məsələləri […]

İqtisadiyyat Manşetüstü

Neftin qiyməti kəskin bahalaşdı

Dünya bazarında neftin qiymətlərində kəskin bahalaşma müşahidə edilir. XəbərAl.az xəbər verir ki, “Brent” markalı neftin bir barreli 6 dollara yaxın qalxaraq, 66,2 dollar olub. Yüngül neft isə 4,78 dollar qalxıb və hazırda 59,63 dollaradır. Qeyd edək ki, Səudiyyə Ərəbistanının “Saudi Aramko” şirkətinə məxsus 2 böyük neftayrıma zavoduna dron hücumu nəticəsində böyük yanğınlar başlayıb. Bu hücumdan […]

İqtisadiyyat Manşetüstü

Alış-veriş mərkəzləri tarixə qovuşacaq – Ekspert

Onlayn alış-veriş dünyada geniş yayılıb və kifayət qədər böyük dövriyyəyə malikdir. Azərbaycanda isə yeni-yeni bu sahədə işlər görülür, şirkətlər yaranır. Məsələn, Rusiyada pərakəndə satışlarda onlayn ticarət dövriyyəsi 20 faizə çatıb. Onlayn alış-veriş kifayət qədər sərfəlidir. XəbərAl.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli onlayn alış-verişdən danışarkən “Sputnik Azərbaycan”a deyib. Onun sözlərinə görə, bu tipli şirkətlər […]

Manşetüstü MARAQLI

Dovşanları xilas etdiyi üçün döyüldü! – FERMADA QANLI HADİSƏ – FOTOLAR

Dovşanları qurtarmaq istəyən instaqram fenomeni yerli sakinlərin hücumuna məruz qalıb. XəbərAl.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ingiltərəli istaqram fenomeni Mythical Mia Kataloniya sərhəddində dovşanları qurtarmaq istəyərkən fermada məskunlaşan insanların hücumuna məruz qalıb. Dovşan fermasında yaşayan sakinlər onu oğurluqda ittiham edərək döyüblər. Gənc qadın döyüldüyü anı telefonunun kamerası ilə çəkib. Məlumata görə xilas edilən dovşanların […]

Manşetüstü Mədəniyyət

Tanınmış xeyriyyəçinin xəstəxanaya çevrilmiş evi məhv olmaq təhlükəsi qarşısında

Tanınmış xeyriyyəçi Balabəy Tağızadənin XIX əsrə aid olan, tarixi abidə sayılan evi bərbad vəziyyətdədir. XəbərAl.az xəbər verir ki, Bərdənin Həsənqaya kəndində yerləşən, xüsusi görünüşü ilə seçilən 30 otaqdan ibarət olan abidə çürüyərək sıradan çıxıb. Dövlət əhəmiyyətli memarlıq abidəsi 9 saylı inventar kimi rayon mədəniyyət şöbəsi tərəfindən qeydiyyata götürülüb. Lakin abidənin eyvan, döşəmə, qapı və pəncərələri […]

İdman Manşetüstü

Məşhur məşqçinin oğlu Madrid “Atletiko”sunda

İspaniya “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone kiçik oğlu Culiano Simeoneni çalışdığı kluba gətirib. XəbərAl.az-ın Ole-yə istinadən məlumatına görə, Culiano Madrid klubuna Argentina “River Pleyt”inin akademiyasından gəlib. Oğul Simeone bunadək Buenos-Ayresdə anası ilə qalıb. “River Pleyt” 16 yaşlı oyunçunun keçidi qarşılığında “Atletiko”dan 250 min avro alacaq. O, “Atletiko”nun akademiyasında yer alacaq. Dieqo Simeonenin Culianodan başqa iki […]

Cəmiyyət Manşetüstü

Naxçıvan Qarnizonunda təlim keçirildi – Video

Naxçıvan Qarnizonu qoşunlarında ikitərəfli üçpilləli komanda-qərargah təlimi keçirilib. XəbərAl.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, təlimin birinci mərhələsində qoşunların müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilməsi üçün birləşmə və hissələr “Təlim-döyüş həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb. Təlimin döyüş atışlı mərhələsində ən müasir rabitə və idarəetmə vasitələri ilə təchiz edilmiş bölmələr döyüş atışlarını yerinə yetiriblər. […]

Hadisə Manşetüstü

Nazirlik rəsmisi kəndə ayı hücumundan danışdı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti İsmayıllıda ayı hücumu ilə bağlı açıqlama yayıb. Departamentin direktoru Hikmət Əlizadə bildirib ki, Xanəgah kəndinə ayı hücumu olmayıb. Kənd sakini meşəyə yemişan toplamağa gedərkən ayı hücumuna məruz qalıb: “Vətəndaş meşəyə yemişan toplamağa gedib.Bu zaman ayı hücumuna məruz qalıb. Yaşayış […]