manset

Azərbaycan Polisinin yaranmasından 101 il ötür

Bu gün Azərbaycanda Polis Günüdür. Xeberal xəbər verir ki, iyulun 2-də Azərbaycan Polisinin yaranmasından 101 il ötür. Ümummilli lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün – 2 iyul Azərbaycan Polisi Günü elan edilib. Daxili İşlər […]

manset

Zakir Həsənov Belarusa gedəcək

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Müdafiə naziri general-leytenant Andrey Ravkovun dəvəti ilə iyulun 2-də Minsk şəhərinə yola düşəcək. Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Belarusun alman-faşist işğalçılarından azad olunmasının 75-ci ildönümü və Müstəqillik Gününə həsr olunmuş təntənəli tədbirlərdə iştirak edəcək. Müdafiə nazirinin bu ölkənin hərbi-siyasi rəhbərliyi ilə görüşləri […]

manset

Vilayət Eyvazov: “Azərbaycan polisi hər zaman vəzifə borcuna sadiqdir”

Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov 2 iyul – Polis günü münasibətilə DİN-in şəxsi heyətini təbrik edib. APA-nın məlumatına görə, təbrikdə deyilir ki, yarandığı gündən şərəfli yol keçən Azərbaycan polisi bütün tarixi dövrlərdə Vətənə və xalqa ləyaqətlə xidmət edib, ulu öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşıb mətinləşib, dövlətin əsas dayaqlarından birinə çevrilib. “Bu gün Prezident […]

manset Siyasət

Birinci vitse-prezident: “Son 5 il ərzində Azərbaycanda 40 tarixi abidə bərpa edilib”

“2001-ci ildə dövlət tərəfindən qorunan 6600-dən artıq mədəniyyət abidəsini əhatə edən Milli-Mədəni İrs Siyahısı qəbul olunub. Son 5 il ərzində Azərbaycanda 40 tarixi abidə bərpa edilib”. APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində çıxışı zamanı bildirib. Mehriban Əliyeva qeyd edib ki, […]

manset

Mehriban Əliyeva: “Sülh mədəniyyətinin toxumları yalnız dialoq və qarşılıqlı hörmət vasitəsilə cücərə bilər”

“Azərbaycanın UNESCO-nun dəyərlərinə və ideallarına bağlılığı onun milli hüdudlarından kənarda da öz təzahürünü tapır. Son 10 il ərzində dünya mədəni irsin qorunması sahəsində apardığımız fəaliyyətin coğrafiyası geniş olub”. APA-nın xəbərinə görə, bunu Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Bakıda, Heydər Əliyev Mərkəzində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində çıxışı zamanı deyib. […]

manset

Sumqayıtda 5-ci Polis Bölməsinin yeni inzibati binasının açılışı olub

Polis günü ərəfəsində Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin yeni inzibati binasının açılışı olub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə iştirak edən Daxili İşlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev əvvəlcə şəxsi heyətlə görüşüb, nazir, general-polkovnik Vilayət Eyvazovun salamlarını çatdırıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin ali diqqət və […]

Cəmiyyət manset

Maliyyə Nazirliyi Vüsal Novruzovun Dövrün Yoxladı – 2 Milyonluq Nöqsan Aşkarlandı

Maliyyə Nazirliyi Vüsal Novruzovun Dövrün Yoxladı – 2 Milyonluq Nöqsan Aşkarlandı XeberAl.az saytı Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Bakı Baş Gömrük İdarəsində apardığı yoxlama nəticəsində ciddi maliyyə yeyintiləri üzə çıxarıb. XeberAl.az xəbər verir ki, yoxlama nəticəsində məlum olub ki, Bakı Baş Gömrük İdarəsi Mühasibat uçotu və təchizat şöbəsinin rəis müavini, gömrük xidməti polkovnik-leytinantı Nazilə […]

manset

Daşkəsənə diametri 12 milli metr dolu yağıb

Azərbaycanın rayonlarında qeyri sabit hava şəraiti davam edir. Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, ölkə Naftalan, Şəmkir, Qəbələ, Şəki, Xaltan, Qrız, Tərtər, Yevlax, Lerik, Yardımlı, Kişçay, Şahdağda yağış, Daşkəsən, Sarıbaş, Göyçayda isə leysan xarakterli yağış yağır. Daşkəsən rayonuna saat 20:35-20:45 radələrində diametri 12 milli metr dolu yağıb.

manset

Bakı metrosu yay qrafikinə keçib

“Bakı Metropoliteni”ndə qatarların hərəkəti yay qrafikinə keçirilib. “APA-Economics”in verdiyi məlumata əsasən, tədris mövsümünün başa çatması, eləcə də paytaxt sakinlərinin yay istirahətini şəhərdən kənarda keçirmələri metropolitendə sərnişin axınının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Bu səbəbdən, hər il olduğu kimi, Bakı metropolitenində qatarlarının hərəkət qrafikində dəyişikliklər edilib. İyul ayının 1-dən metropolitendə qatarların hərəkəti yay qrafikinə keçirilib. Mövsümi […]