Mədəniyyət

İnternetdə Castin Timberleykin həyat yoldaşının yeni fotosu müzakirəyə səbəb olub – FOTO

Britni Spirsin Castin Timberleyklə münasibəti ilə bağlı dəhşətli təfərrüatı üzə çıxaran qalmaqallı “İçimdəki qadın” adlı memuarları yayımlandıqdan sonra Castin və həyat yoldaşı uzun müddət susublar. İnsayderlər sənətçinin ailəsində fikir ayrılığı ilə bağlı şayiələrə başlasalar da, Castin özü ictimai münaqişədən uzaq dayanıb. Lakin Timberleykin həyat yoldaşı Cessika Bielin sosial şəbəkələrdə paylaşdığı Britniyə trollinq kimi qəbul edilən son […]

Mədəniyyət

Məşhur bəstəkar “Brilyant əl” filmi üçün mahnının necə yazıldığından danışıb – VİDEO

Bəstəkar Aleksandr Zatsepin Leonid Qaydayın rejissoru olduğu “Brilyant əl” filmində səslənən “Bizim vecimizə də deyil” mahnısını başıbəlalı hesab edir. Bu barədə musiqiçi jurnalistlərə verdiyi müsahibəsində danışıb. “Əvvəlcə mən başqa bir mahnı ərsəyə gətirmişdim, Derbenyevin şeirinin sözləri də fərqli idi. Amma sonda bu mahnıdan istifadə olunmadı. Ola bilsin ki, Qaydayın bunu hamının – həm düşmənlərin, həm də […]

Mədəniyyət

Konsertdə FACİƏ: Braziliyalı musiqiçi səhnədə mahnı oxuduğu zaman öldü – FOTO/VİDEO

Braziliyada konsert zamanı faciə baş verib. Belə ki, 30 yaşlı ifaçı Pedro Enrike səhnədə qəfildən ölüb. Məlumata görə, müğənni portuqal dilindən tərcümədə “Çox gözəl olacaq” mənasını verən “Vai Ser Tao Lindo” mahnısını ifa edərkən gözlənilmədən ayaqları boşalıb və tarazlığını saxlaya bilməyərək yıxılıb. Pərəstişkarları dərhal onun köməyinə qaçıblar. Enrike xəstəxanaya aparılsa da, həkimlər onun genişsahəli infarktdan […]

Mədəniyyət

Londonun “Viktoriya və Albert” muzeyində Azərbaycanın dağıdılmış mədəni irsindən danışılıb – FOTO

Böyük Britaniyanın möhtəşəm memarlıq və mədəniyyət ocağı, dünyanın nüfuzlu muzeylərindən olan “Viktoriya və Albert” muzeyində “Post-münaqişə dövründə təhlükədə olan mədəni irs” mövzusunda forum keçirilib. Bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən bildirilib. Tədbirdə çıxış edən Britaniya Parlamentinin üzvü, Partlayıcı Qurğulardan Qaynaqlanan Təhdidlər üzrə parlament qrupunun sədri Metyu Offord dünyanın müxtəlif münaqişə zonalarında olduğunu, bu xüsusda Azərbaycanın […]

Mədəniyyət

Mehriban Ələkbərzadə: “Ramiz Məlik hər zaman xatirələrimizdə qalacaq”

“Xalq artisti Ramiz Məlikin xatirələri hər zaman yaşayacaq”. Oxu.Az xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Ramiz Məlik ilə vida mərasimi zamanı Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə deyib. O, Ramiz Məlik ilə bağlı xatirələrindən danışıb: “Ramiz Məlik böyük sənətkarımız idi. O, hər zaman xatirələrimizdə qalacaq. Onun rolları yaddaşımızda hər zaman qalacaq. Son […]

Mədəniyyət

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Ramiz Məlikin dəfn mərasiminə əklil göndərib – FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Ramiz Məlikin dəfn mərasiminə əklil göndərib. Oxu.Az xəbər verir ki, mərhum Xalq artisti ilə Heydər Məscidində vida mərasimi başa çatıb.  Ramiz Məlik İkinci Fəxri xiyabanda dəfn olunacaq.  Qeyd edək ki, R.Məlik bu gün 80 yaşında dünyasını dəyişib. Xeberal.az

Mədəniyyət

Xalq artistinin bacısı: “Çox sarsıldıq, anidən oldu”

“Çox sarsıldıq, anidən oldu”.  Oxu.Az xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Ramiz Məliklə vida mərasimi zamanı bacısı Fəridə Məlikova deyib.  O, qardaşı ilə bağlı xatirələrini bölüşüb:  “Çox yaxşı insan idi. Hər zaman dərdləşirdik. Xəstəliyi imkan vermədi. Bir il olacaqdı ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Avqust ayında 80 illik yubileyini qeyd etdik, yaxşı ki, […]

Mədəniyyət

Qədir Rüstəmovun anım günüdür – FOTO/VİDEO

Xalq artisti Qədir Rüstəmovun anım günüdür. Oxu.Az xatırladır ki, Qədir Çərkəz oğlu Rüstəmov 1935-ci il noyabr ayının 20-də Ağdam rayonunda anadan olub. O, musiqi beşiyi olan bir məkanda xanəndə kimi yetişib. Yaşadığı mühitin təbiəti, ətrafında olan insanların sənətlə bağlı olan görüşləri Qədir Rüstəmovun ilk sənət məktəbi olub. Orta məktəbi bitirərək, əvvəlcə Asəf Zeynallı adına Bakı Orta […]

Mədəniyyət

Rəşid Behbudovun doğum günüdür – FOTO/VİDEO

Bu gün SSRİ Xalq artisti, mərhum müğənni Rəşid Behbudovun doğum günüdür. Oxu.Az-ın məlumatına görə, Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə ailəsində dünyaya gəlib. Sənətkarın atası o dövrün tanınmış xanəndəsi Məcid Behbudalı oğlu, anası isə Qazaxın Yuxarı Salahlı kəndindən olan Vəkilovlar nəslinin nümayəndəsi Firuzə xanım olub. Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryol Texnikumuna daxil olub. Təhsili […]

Mədəniyyət

Ramiz Məlikin qızı: “Bir ara sağalmışdı” – AÇIQLAMA

“Xalq artisti Ramiz Məlikin dəfn yeri və saatı hələ məlum deyil”. Bu sözləri Oxu.Az-a açıqlamasında mərhum Xalq artisti Ramiz Məlikin qızı Lalə Məlikova deyib. O, atasının ölüm xəbərini təsdiqləyib: “Bəli, atam rəhmətə getdi. Dəfn yeri və saatı iki-üç saata təyin olunacaq. Atam xəstəxanada deyildi. Evdə idi. Hadisə birdən oldu. Bir ara çox yaxşılaşmışdı, sağalmışdı. Bu […]