Mədəniyyət

Məşhur telekanal Azərbaycan mahnısından istifadə etdi – VİDEO

Böyük Britaniyanın məşhur idman telekanalı “Sky Sports” rəsmi “Instagram” səhifəsindəki paylaşımlarından birində Azərbaycan mahnısından istifadə edib. Oxu.Az xəbər verir ki, söhbət Azərbaycanın dünyaca məşhur mahnısı olan “Cücələrim”dən gedir. Belə ki, telekanal Almaniyanın “Bayer 04” komandasının futbolçusu Qranit Cakanın “Maynz”ın qapısına vurduğu qoldan sonra yaşadığı sevincini sözügedən mahnısın sədaları altında paylaşıb. Xatırladaq ki, Bundesliqanın XXIII turu çərçivəsində […]

Mədəniyyət

Arvadı xəyanət etdi, hamı ondan üz çevirdi: Hollivudun “Zorro”su nəyin qurbanı oldu? – VİDEO

Baku TV-nin “Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayında məşhur fransız teatr və kino aktyoru, dünya kinosunun əfsanəsi Alen Delondan bəhs olunub. Qeyd olunub ki, onun populyarlığının zirvəsi 20-ci əsrin 60-80-ci illərində başlayıb. Gənc aktyora əsl məşhurluq Rene Klemanın 1960-cı ildə çəkdiyi “Parlaq günəşdə” detektiv filminin premyerasından sonra gəlib. “Parlaq günəşdə” filmindən […]

Mədəniyyət

Mahir Əliyev: “Azərbaycan mədəniyyəti günləri Dohanı canlandırdı” – FOTO

Fevralın 21-dən 24-dək Dohada Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Mədəniyyəti Günləri keçirilir. Bununla bağlı Qətərdə bir sıra tədbirlər baş tutub. Tədbir çərçivəsində Oxu.Az rəsmi qonaqlarla söhbət edib. Kinoşünas və rejissor Ayaz Salayev saytımızla söhbətində Azərbaycan Mədəniyyəti Günlərinin onda böyük təəssürat yaratdığını etiraf edib. “Bu, 21-ci əsrin mədəniyyət tarixinin daha bir mərhələsidir – biz “dünyanın […]

Mədəniyyət

Bakıda Küveytin bayramı: Səfir və nazir müavini nə dedilər?

Küveyt Dövlətinin Azərbaycandakı səfirliyi ölkəsinin 63-cü Milli Günü və 33-cü Azadlıq Gününün ildönümü münasibətilə tədbir keçirib.  Oxu.Az-ın məlumatına əsasən, Küveytin səfiri Abdullah Mohamed Abdullah Almauidi deyib ki, ölkəsi ilə Azərbaycan beynəlxalq arenada bir çox məsələlərdə qarşılıqlı dəstək nümayiş etdirirlər.  Səfir Azərbaycanla Küveyt arasındakı parlamentlər səviyyəsindəki əlaqələrdən də danışıb. “Hər iki ölkənin parlamentində dostluq qrupları fəaliyyət […]

Mədəniyyət

Dohada Azərbaycan musiqisinin möhtəşəm qala-konserti olub – FOTO/VİDEO

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Qətərdə keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Dohada qala-konsert keçirilib. Oxu.Az -ın məlumatına görə, tədbirdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib. Dirijor Mustafa Aşurovun rəhbərliyi ilə ansambllar gecənin solistləri ilə birlikdə xalq mahnılarını, Azərbaycan və ərəb bəstəkarlarının əsərlərini tamaşaçılara təqdim ediblər. Konsert […]

Mədəniyyət

Vera Brejneva Bakıda konsert zamanı keçmiş ərinə müraciət etdi – FOTO/VİDEO

Məşhur rusiyalı müğənni, “VIA Qra” qrupunun keçmiş üzvü Vera Brejneva Bakıda verdiyi konsert zamanı səhnədən keçmiş ərinə müraciət edib. Bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb. O, mahnılara görə Konstantin Meladzeyə təşəkkür edib. “Təbii ki, bu mahnıların əksəriyyətinin müəllifinə, bu illər ərzində bu hitləri yaradana böyük təşəkkürümü bildirmək istəyirəm. Bu Konstantin Meladzedir, onsuz bu mahnılar sadəcə mövcud […]

Mədəniyyət

Dohada Azərbaycan musiqiçilərinin möhtəşəm konserti olub – FOTO/VİDEO

Fevralın 22-də Qətərin paytaxtı Dohada Azərbaycan musiqisindən ibarət konsert olub. Oxu.Az-ın məlumatına görə, konsert proqramına Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq” ritm qrupu, Azərbaycan Dövlət Rəqs Ansamblının (bədii rəhbər Rüfət Xəlilzadə), eləcə də Ənvər Sadıqovun “Buta” etno-caz qrupunun ifaları daxil edilib. Azərbaycan ritmləri hər çıxışı gurultulu alqışlarla qarşılayan tamaşaçıları valeh edib. Alovlu rəqslər də heç kəsi […]

Mədəniyyət

Nizami və Füzuli ərəb dilində: Qətər Milli Kitabxanasında bir sıra tədbirlər keçirildi – FOTO

Fevralın 22-də Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Qətər Milli Kitabxanasında Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində bir sıra tədbirlər keçirilib. “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb, Yevgeni Bertelsin ərəb dilinə tərcümə edilmiş “Böyük Azərbaycan şairi Nizami” kitabının təqdimatı olub, həmçinin “Üç dilin şairi – Məhəmməd Füzuli” adlı musiqili-poetik tədbir keçirilib. Oxu.Az-ın məlumatına görə, tədbirdə […]