Kriminal

Bərdədə ƏMƏLİYYAT: Silah-sursat və narkotik vasitələr aşkarlanaraq götürülüb – FOTO

Bərdə rayonunda polis əməkdaşları tərəfindən silah-sursat və narkotik vasitələr aşkar edilərək götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz olaraq silah-sursat əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Azər Hüseynov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman 1 ədəd […]

Kriminal

Gəncədə dəhşətli hadisə: oğul atasını balta ilə vurdu

Gəncədə 52 yaşlı kişi başından xəsarət alıb. APA xəbər verir ki, hadisə şəhərin Bayan küçəsində qeydə alınıb. Şəhər sakini, 1952-ci il təvəllüdlü N.Məmmədov təpə nahiyəsinin çoxsaylı yarası ilə xəstəxanaya yerləşdirilib. 52 yaşlı kişiyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə N.Məmmədovu oğlu başından balta ilə vurub. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı […]

Kriminal

Bakıda yük avtomobili minik maşınını əzdi: Ölən var – FOTO

Bakının Binəqədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, qəza zamanı yük avtomobili KIA markalı minik avtomobilini əzib. Eyni markalı digər minik maşınına da ziyan dəyib. Aşan yük maşını yol kənarında hasarı da dağıdıb. Hadisə nəticəsində yük maşının sürücüsü 1975-ci il təvəllüdlü Asif Həsən oğlu Dünyamalıyev ölüb. Əraziyə polis əməkdaşları cəlb ediliblər. Hadisənin təfərrüatı araşdırılır. […]

Kriminal

Ərazi icra nümayəndəsinin qardaşının meyiti tapıldı

Lənkəranda kənd ərazi icra nümayəndəsi qardaşının meyiti tapılıb. APA-nın məlumatına görə, Arzu Asəf oğlu Mirzəyevin meyiti Lənkəran rayonunun Osaküçə kəndi ərazisində tapılıb. Tapılan meyit aidiyyəti üzrə təhvil verilib. Məlum olub ki, A.Mirzəyev iki gün əvvəl itkin düşüb. Onun itkin düşməsi barədə rayon polis şöbəsinə də məlumat verilib. İki gün axtarışdan sonra meyit, yaxınları tərəfindən kənd […]

Kriminal

İki əmioğluya da gəlin olan qız və sevgilisinin dəhşətli sonu – CİNAYƏT İŞİ + VİDEO

Bakıda əmisi oğlunun həyat yoldaşını qaçırdıb, əmisi tərəfindən qətlə yetirilən şəxsin cinayət işinin təfərrüatı məlum olub. Belə ki, Fərid və Hicranın (Adlar şərtidir) sevgisi kənddə başlayıb. Hicran Fəridin əmisinin gəlini idi. Onlar xoşbəxt olmaq üçün Bakıya qaçmışdılar. Amma Fərid əmisi Bərxudarın kabusunu görürdü. Hicranla Fərid elə Bakıya gəldikləri gün şəhərətrafı qəsəbələrin birində makler vasitəsilə kirayə […]

Kriminal

İdmançıların döydüyü Həsən Əzizovdan AÇIQLAMA: “Gətirdiyim qızın nömrəsini istəyirdilər” – VİDEO

Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov tərəfindən döyülən veteran idmançı Həsən Əzizov açıqlama verib. Bakupost TV-yə danışan H.Əzizov indiyədək dəfələrlə hücuma məruz qaldığını, hətta ona qarşı silah işlədilsə belə, şikayətçi olmadığını bildirib. O, adı çəkilən idmançılar tərəfindən döyülməsinin isə […]

Kriminal

Qubada kişi intihar edib

Quba rayon sakini intihar edib. “Report”un məlumatına görə, hadisə rayonun Qam-qam kəndində qeydə alınıb. Belə ki, rayon sakini, 1995-ci il təvəllüdlü Ayaz Akif oğlu Hidayətov özünü asaraq intihar edib. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Kriminal

Məhkəmə: “Şöbə rəisi dedi ki, yeyinti çoxdur, məndən 170 min manat istədi”

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim […]

Kriminal

Sabirabadda körpə xəstəxanada öldü – Həkimlərə cinayət işi açıldı

Sabirabadda yenidoğulmuşun ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Sabirabad Rayon Prokurorluğundan verilən məlumata görə, ötən il noyabrın 4-də Sabirabad rayon sakini 1989-cu il təvəllüdlü Günay Ağayevanın Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Regional Perinatal Mərkəzin doğum evində yenidoğulmuşun ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb. Aparılmış araşdırmalarla qeyd olunan Mərkəzin Doğum şöbəsinin həkim mama-ginekoloqu Naibə Mahmudova […]

Kriminal

Bakıda bağ evlərindən 13 min manatlıq oğurluq olub

Bakıda evlərdən oğurluq edilib. Daxili İşlər Nazirliyi (DİN) xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Ləhiş bağları ərazisində müxtəlif vaxtlarda iki evin həyətindən ümumilikdə 13 000 manat dəyərində təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Röyal Vəliyev, Mirəhəd Qasımov və Kürdəmir rayon sakini Abuzər Nuriyev saxlanılıblar. […]