Kriminal

Tanışını armaturla döyən şəxs hökmdən narazı qalıb

Ali Məhkəmədə Bakıda tanışını amansızlıqla döyərək xəsarət yetirməkdə təqsirləndirilən Coşqun Novruzovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.  Məhkəmənin növbəti iclası martın 7-nə təyin edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Novruzov 6 il müddətinə azadlıqdan […]

Kriminal

Ev sahibini öldürüb basdıran ustaya 16 il həbs verildi

2022-ci ildə Sumqayıt şəhəri ərazisində 1941-ci il təvəllüdlü Nadir Rzayevi qətlə yetirməkdə təqsirləndirilən 1977-ci il təvəllüdlü Samir Abbasovun məhkəməsi başa çatıb. “Qafqazinfo” xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Abbasov Cinayət Məcəlləsinin 120.2.9-cu (köməksiz vəziyyətdə olan şəxsi öldürmə) maddəsi ilə ittiham edilib. Araşdırmalar zamanı Samirin taxta ustası olması müəyyənləşib. O, Nadir Rzayevin tikdirdiyi […]

Kriminal

Azərbaycanda FETÖ-yə görə həbs edilən dörd nəfərin istintaqı başa çatıb, məhkəmə başlayır

Azərbaycanda FETÖ-yə qarşı keçirilən əməliyyatlar zamanı saxlanılan təşkilatın rəhbər şəxslərindən olan Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh olan Gümrah Əbdürəhmanov, təşkilati işlərə cavabdeh olan Anar Əliyev və fəal İlkin Əliyev barələrindəki ibtidai istintaq başa çatıb. APA xəbər verir ki, ayrı-ayrı icraatda aparılan istintaqlar başa çatdırılaraq baxılması üçün məhkəmələrə göndərilib. Döyrüş Cəfərov və Anar Əliyev barəsində […]

Kriminal

Ana və iki övladını öldürərək ömürlük cəza alan müəllim Ali Məhkəməyə müraciət etdi

Bakıda ana və iki azyaşlı övladını qətlə yetirməkdə ittiham olunan Əhəd Əliyevin barəsindəki hökmdən kassasiya şikayəti verilib. Pravda.az xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası fevralın 13-nə təyin edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Əhəd Əliyev verilmiş ittihamlarla təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib. Xatırladaq […]

Kriminal

Sahibkarın oğlunun evindən yüzminlərlə manatlıq oğurluq edən xadiməyə hökm oxundu

“Sədərək” ticarət mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlu Orxan Qədimbəylinin evindən 803 min manatlıq oğurluq etməkdə ittiham olunan xadimə Ruzan Cabbarovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, R.Cabbarova 11 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Ruzan Cabbarova Orxan Qədimbəylinin […]

Kriminal

Sabiq bələdiyyə sədrinin bacısı barədə yeni cinayət işi başlanıldı

Dələduzluğa görə bacısı ilə birgə həbsdə olan İlknur Turkut barədə yeni cinayət işi başlanılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İlknur Turkut Binəqədi Rayon Polis İdarəsinə daxil olmuş vətəndaş şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib. İttihama görə, İ.Turkut zərərçəkmiş Şirin Abbasova oğlunu həbsdən çıxara biləcəyi barədə yalan vəd verib. O, məhkəmə istintaqı davam edən işi həll etmək […]

Kriminal

Səlim Müslümovun mülkləri alınır

Vəzifə cinayətlərində təqsirli bilinərək şərti cəzaya məhkum edilmiş sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov barəsindəki hökmlə razılaşıb. “Qafqazinfo”nun məlumatına görə, nə eks-nazirin özü, nə vəkilləri tərəfindən apellyasiya şikayəti verilib. 11 il şərti cəza verilən Müslümov bunu özü üçün humanist hökm kimi qəbul edir, həmçinin əmlaklarının müsadirə olunmasına etiraz etmir. Dövlət ittihamçısının tələbinə […]

Kriminal

Zeynəb Xanlarovanın bacısı oğlu yenidən hakim qarşısında

Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov və digərlərinin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub. Pravda.az xəbər verir ki, Ali Məhkəmədə keçiriləcək proses fevralın 13-nə təyin edilib. Şikayət hakim Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq. Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Çingiz Səfərov 3 il 6 ay, sabiq icra […]

Kriminal

Bakıda 44 yaşlı kişi intihar edib

Bakıda 44 yaşlı kişi intihar edib. “Report” xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsində qeydə alınıb. Belə ki, 1980-ci il təvəllüdlü Pərvin Abdullayev sərxoş vəziyyətdə yaşadığı evin həyətində pilləkən məhəccərindən iplə özünü asaraq intihar edib. Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır. Xeberal.az

Kriminal

DSX: “Xəzər dənizində 14 kiloqramdan çox marixuana aşkarlanıb” – FOTO

Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. Bildirilib ki, fevral ayının 8-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri, texniki müşahidə məntəqəsi və sərhəd gözətçi gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Lənkəran reydində, […]