Kriminal

Qonşusunu borc pula görə döyən şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Samir Qarayevin (şərti) barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az xəbər verir ki, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib. Qeyd edək ki, hadisə 2019-cu il tarixdə, saat 18 radələrində yaşadığı Ağstafa şəhəri, Ə.Nəbiyev küçəsində […]

Kriminal

Lənkəran sakinləri Yardımlıda külli miqdarda narkotiklə TUTULDULAR – FOTO

Lənkəran sakinləri Yardımlıda 15 kiloqram narkotiklə saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb. Bildirilib ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında Masallı-Yardımlı yolunun 39-cu kilometrliyində keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran sakinləri Xəyal Əlizadə və əvvəllər məhkum olunmuş Valeh Əhmədov VAZ-2106 markalı avtomobildə saxlanılıblar. […]

Kriminal

Qadınları evində müqavilə imzalatdıraraq fahişəliyə cəlb edən şirkət rəhbəri ilə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində “Naz Studio” MMC-nin direktoru Nazlı Süleymanovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az xəbər verir ki, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib. Qeyd edək ki, Nazlı Süleymanova Bakıda səyyar masaj xidməti göstərmək adı ilə qurduğu şirkətinin intim xidmətlər göstərməsi səbəbindən […]

Kriminal

Kürdəmirdə onlayn yolla narkotik alan şəxs saxlanılıb – FOTO

Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı rayonun Yenikənd kənd sakini Maxsud Nəsirli rayonun Ərşəli kəndi ərazisində saxlanılaraq polis şöbəsinə […]

Kriminal

Gəncədə ata və qızı bıçaqlanıblar

Gəncədə ata və qızı bıçaqlanıblar. “Report”un məlumatına görə, hadisə Gəncədə yerləşən məcburi köçkünlər üçün qəsəbədə qeydə alınıb. Bıçaqlanan şəxslər 1997-ci il təvəllüdlü A.Mirzəyeva və 1974-cü il təvəllüdlü Z.Əliyev xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, hadisəni törətməkdə 1997-ci il təvəllüdlü Kəlbəcər rayon sakini M.Mirzəyev şübhəli bilinir. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Kriminal

Bir ailənin üç üzvünü qətlə yetirməkdə, bir nəfəri yaralamaqda təqsirləndirilən şəxsə ömürlük cəza istənildi

Bir ailənin üç üzvünü qətlə yetirməkdə, bir nəfəri isə yaralamaqda təqsirləndirilən Nofəl Səfərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nofəl Səfərovun bacanağı Arif Ağalarov ifadə verib. O, ifadəsində Nofəl Səfərovla 10-15 ildir əlaqəsinin olmadığını bildirib: […]

Kriminal

Qonşusunu bağça müdiri təyin etdirəcəyini dedi – Həbs edildi

Sumqayıtda qadına qarşı dələduzluqda təqsirləndirilən 1990-cı il təvəllüdlü İlkin Əsgərova hökm oxunub. “Qafqazinfo” xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə İ.Əsgərov Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirləndirilib. Məhkəmədə bildirilib ki, İ.Əsgərov hadisədən bir müddət əvvəl keçmiş qonşusu G.Muxtarova və onun anası K.Muxtarova ilə qarşılaşıb və bir-birlərinə nömrə veriblər. Bundan sonra […]

Kriminal

Rüşvətdə günahlandırılan vəzifəli şəxslər bəraət istəyirlər

Bərdə Peşə Liseyinin direktoru Şəmil Şükürov və liseyin baş mühasibi Elman Əhmədovun barəsindəki hökmdən kassasiya şikayəti verilib. Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim Vidadi Cəfərovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası fevralın 29-na təyin edilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxsə şərti cəza verilib. Təqsirləndirilən şəxslərin barəsində seçilmiş ev dustaqlığı […]

Kriminal

“PubG” oyununa görə gənci bıçaqlayan şəxs hökmdən narazıdır

Qəsdən sağlamlığa ağır zərər vurma və oğurluqda təqsirləndirilən İlkin Zülfüqarovun barəsindəki hökmdən kassasiya şikayəti verilib. Pravda.az xəbər verir ki, şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası fevralın 27-nə təyin edilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. İttihama görə, […]

Kriminal

Azərbaycanda 23 il öncə baş vermiş dosent və ruhi xəstə oğlunun amansız qətli – VİDEO

2001-ci ildə baş vermiş cinayətin təfərrüatı məlum olub. Belə ki, martın 21-də Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının dosenti Xankişi Ələsgərovun evinə quldurcasına basqın edilib, o və ruhi xəstə olan oğlu Yaşar Ələsərov çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib. Dəhşətli cinayətin təfərrüatı İTV-nin “İstintaq davam edir” verilişində: Xeberal.az