Kriminal

Zarafat həyatı bahasına başa gəldi: Ağstafa sakinini cərəyan vuraraq öldürdü

Ağstafada bədbəxt hadisə baş verib. Hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 2006-ci il təvəllüdlü Elvin Həsənzadəni elektrik cərəyanı vuraraq öldürüb. 2006-cı il təvəllüdlü E.Həsənzadə Vurğun qəsəbəsində yerləşən mini futbol meydançasında tanışları ilə olan zaman uzun metal borunu götürərək yoldaşları ilə zarafatlaşmaq istəyib. Bu zaman əlindəki boru ehtiyatsızlıqdan meydançanın üstündən keçən yüksək gərginlikli elektrik […]

Kriminal

Mingəçevirdə 37 yaşlı qadın qətlə yetirilib

Martın 10-da saat 17:30 radələrində Mingəçevir şəhərində yerləşən evlərin birində 1987-ci il təvəllüdlü Aytən Sərvan qızı Məmmədovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür. Xeberal.az

Kriminal

Mingəçevirdə kütləvi dava: Xəsarət alanlar var

Mingəçevirdə beş nəfərin iştirakı ilə kütləvi dava olub, xəsarət alanlar var. “Unikal”ın məlumatına görə, hadisə Səməd Vurğun meydanı ərazisində baş verib. Beş nəfər arasında baş verən əlbəyaxa dava zamanı 1994-cü il təvəllüdlü Ucal Əhmədəliyev və 1991-ci il təvəllüdlü Nicat Əsədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Daxili İşlər Nazirliyin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, […]

Kriminal

İcarəyə götürdükləri avtomobillə soyğunçuluq və bank kartlarından oğurluq edən şəxslər tutulub – VİDEO

Paytaxtda vətəndaşlardan birinin avtomobilindən bank kartları naməlum şəraitdə oğurlanıb. Daha sonra isə oğurluq edən şəxs həmin kartlardan 1 110 manat çıxararaq nağdlaşdırıb. Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Taleh Nəzərov saxlanılıb. Onun üzərindən əlavə olaraq narkotik vasitə […]

Kriminal

Ağcabədidə polis tərəfindən “Kalaşnikov” markalı avtomat və xeyli sayda patron aşkarlanıb – FOTO

Ağcabədi rayonunda vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatların könüllü təhvil verilməsi istiqamətində Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbirlər davam etdirilir. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, görülən işlərin nəticəsi olaraq daha dörd ədəd tüfəng könüllü təhvil verilib. Vətəndaşlara bu nümunəvi davranışları üçün təşəkkür olunub. Bundan başqa, ötən gün rayon ərazisindən aşkar olunan […]

Kriminal

Evlərdən qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıblar

Cəlilabadda yaşayış evlərindən qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad şəhəri ərazisindəki evlərdən birindən qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən rayon sakinləri Teymur Səxavətli və Şəhadət Seydanov müəyyən edilərək saxlanılıblar. Həyata […]

Kriminal

Gəncədə küçədən kişi meyiti tapılıb

Gəncədə küçədən meyit tapılıb. APA-nın məlumatına görə, hadisə Atatürk prospektində qeydə alınıb. Belə ki, 1961-ci il təvəllüdlü Arzu Hüseynovun meyiti binanın yaxınlığından tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. İlkin məlumata görə, A.Hüseynov ürəktutmasından dünyasını dəyişib. Xeberal.az

Kriminal

Kürdəmir xəstəxanasında azyaşlının ölümü ilə bağlı cinayət işi başlanıb

Kürdəmir xəstəxanasında azyaşlının ölümü ilə bağlı cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Kürdəmir rayonu sakini 2019-cu il təvəllüdlü H.N-nin (şərti) “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də həkim müayinəsindən keçməsinə baxmayaraq, müayinələr zamanı ağciyərlərin hemorragik pnevmoniyasının müəyyən edilməməsi və onun həmin xəstəlik səbəbindən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, […]

Kriminal

Birgə yaşadığı qadını qəbiristanlıqda bıçaqladı: Bakıdakı qətlin təfərrüatı – VİDEO

2022-ci il noyabrın 12-də Nərimanov rayonu, Əliyar Əliyev küçəsi ev 26, mənzil 695-də, 47 yaşlı Kifayət İsayevanın üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.  Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Kifayət İsayevanın ölümünə kəllə sümüklərinin sınığı nəticəsində beyinə qansızma səbəb olub. Hadisə yerində olan mərhumun qızı və oğlu bildiriblər ki, qadını tanışı Elnur Məhərrəmov öldürüb. Əməliyyat-axtarış tədbirləri […]

Kriminal

Tovuz sakini bıçaqlanıb

Tovuzda bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb. Kənd sakini, 1988-ci il təvəllüdlü Namiq İsmayılov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O, əməliyyat edilib. Məlumata görə, N.İsmayılovu həyat yoldaşı bıçaqlayıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-a bildirib ki, məsələ ilə bağlı Tovuz Rayon Polis şöbəsində araşdırma […]