Kriminal

İmişlidə beş evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

İmişlidə silsilə oğurluqlarda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb. Bildirilib ki, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində silsilə oğurluqlar törətməkdə şübhəli bilinən Alim Məmmədli saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, A.Məmmədli beş evə qanunsuz daxil olaraq zərərçəkmişlərin ümumilikdə 10 000 manatdan çox […]

Kriminal

DTX-dən ƏMƏLİYYAT – Transmilli kibercinayətkarlar ƏLƏ KEÇDİLƏR

Transmilli mütəşəkkil kibercinayətkar dəstə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aşkar edilib. Azərbaycana ekstradisiya edilmiş daha bir üzvü Sekrieru İon Aleksandroviçin barəsində cinayət işi üzrə istintaq yekunlaşdırılıb və iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə məhkəmə baxışına daxil olub. APA xəbər verir ki, İon Sekrierunun daxil olduğu transmilli cinayətkar şəbəkənin Azərbaycan bankomatlarından təmassız pul çıxarmaqda ifadə olunan cinayət […]

Kriminal

Sumqayıtda dəhşətli cinayət: “Dedi ki, gözəl-göyçək arvadın var…” – Şok təfərrüat

Sumqayıt şəhərində 1982-ci il təvəllüdlü Ceyhun qısqanclıq zəminində yaranan mübahisə zamanı nikahdan kənar münasibətdə olduğu Aygünü (adlar şərti verilib – red.) öldürüb. Telegraf.com-un əldə etdiyi məlumata görə, Ceyhun 2020-ci ilin martında qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı 1995-ci il təvəllüdlü Aygünün ona başqa kişilərlə xəyanət etməsindən şübhələnib. O, Aygünün saat 20:00-da işlədiyi geyim mağazasından evə gəldiyini bildiyi […]

Kriminal

Paytaxtda kişi özünü asaraq intihar edib

Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib. “Report”un məlumatına görə, Balaxanı qəsəbəsində 2001-ci il təvəllüdlü Murad Yüsif oğlu Əliyev yaşadığı evdə özünü ayaqqabı ipi ilə asaraq intihar edib. Meyit aidiyyəti üzrə təhvil verilib. Hadisənin təfərrüatı Sabunçu Rayon Prokurorluğunda araşdırılır. Xeberal.az

Kriminal

Ədliyyə Nazirliyinin sabiq şöbə rəisi həbs edildi

Ədliyyə Nazirliyinin Katibliyinin məxfi şöbəsinin rəisi Hafiz Əliyev dələduzluq ittihamı ilə həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Hafiz Əliyev Maştağa qəsəbəsinin sədri İlqar Qurbanova təkrar bələdiyyə sədri seçiləcəyi barədə yalan vəd verərək onun 90 min manat pulunu ələ keçirib. Bir müddət sonra zərərçəkmiş İlqar Qurbanov vəfat edib. Onun hüquqi varisi kimi tanınan həyat yoldaşı […]

Kriminal

Ağdamda bağça müdiri oğurluğa görə saxlanıldı

Ağdam rayonundakı uşaq bağçalarından birinin müdiri oğurluq etdiyinə görə saxlanılıb. “Qaynarinfo”nun məlumatına görə, 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bağça müdiri işləyən Arzu Ağayeva (ad-soyad şərti) barəsində Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə cinayət işi açılıb və işə məhkəmədə baxılıb. Məhkəmə işindən aydın olur ki, qadın 2023-cü ilin iyul ayında məzuniyyətdə olduğu üçün […]

Kriminal

MİDA-dan mənzil verəcəyi vədi ilə vətəndaşları aldadan qadın hakim qarşısına çıxarılır

Güzəştli mənzil verilməsi vədi ilə vətəndaşların pulunu ələ keçirən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Quliyeva Sənubər Əbülfəz qızının vətəndaşların pulunu ələ keçirməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı tamamlanıb. Aparılmış ibtidai istintaqla Sənubər Quliyevanın müxtəlif şəxslərlə […]

Kriminal

Qohumunu söyüşə görə bıçaqlayaraq öldürən şəxsə hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tərtərdə qətl törətməkdə təqsirləndirilən Ərəstun Orucovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.  Məhkəmənin hökmü ilə Ərəstun Orucov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.  Qeyd edək ki, 2022-ci il sentyabrın 30-da saat 17 radələrində Tərtər rayonu, Seydimli kəndi […]

Kriminal

Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb

Ali Məhkəmədə İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin məhkəmə iclası qeyri-müəyyən vaxta təxirə salınıb. “Report” xəbər verir ki, prosesə hakim Şahin Yusifovun sədrliyi ilə V.Hacıyevin cinayət işi üzrə əmlaklarının müsadirə olunması qərarından ailə üzvlərinin verdiyi kassasiya şikayəti əsasında baxılmalı idi. Xatırladaq ki, sabiq icra başçısı 2022-ci ilin iyul ayında Bakı […]

Kriminal

“Formula-1”ə ayrılan pulları mənimsədi: Milyonluq əmlakına həbs qoyuldu

2015-2020-ci illərdə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ç.Mehdiyev külli miqdarda dövlət vəsaitini mənimsəməkdə və həmin pulları qanunsuz leqallaşdırmaqda ittiham edilir. Cinayətin üstü Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində açılıb. Mehdiyevə verilmiş ittiham […]