Kriminal

Bakıda arvadı onu döyən ərini bağışlamadı: Həbs qərarı verildi

Bakıda yaşayan 34 yaşlı Türkiyə vətəndaşı H.A.Yemlihan arvadını döydüyünə görə həbs edilib. “Qafqazinfo”nun məlumatına görə, hadisə Nizami rayonu ərazisində baş verib. H.A.Yemlihan ifadəsində deyib ki, hadisə vaxtı sərxoş vəziyyətdə olub. O, gözəllik salonunun qarşısında arvadı Gülərin (şərti ad-red) telefonunu almaq istəyib, bu əsnada aralarında mübahisə yaranıb. Sərxoş olduğuna görə onu vurub, bir müddət sonra isə […]

Kriminal

İşdən çıxarılan müdir xəstəxana direktorunu söydü, saxlanıldı

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının direktoru Məmmədtağı Əhmədovla görüşə bilməyən keçmiş işçisi xəstəxanada səs-küy saldığı üçün saxlanılıb. “Qaynarinfo”nun məlumatına görə, 18 dekabr 2023-cü il tarixdə Məmmədtağı Əhmədovun əmri ilə anbar müdiri Zaur Kərimov (ad şərti) məzuniyyətdən qayıtdıqdan sonra işdən çıxarılıb. O, dəfələrlə xəstəxananın rəhbərliyinə işdən çıxarılma səbəbinin açıqlanması ilə bağlı müraciət etsə də, direktor onunla görüşməkdən […]

Kriminal

Qubada gəldiyi restoranın adına uyğun hərəkət edən müştəri saxlanıldı

Quba şəhərində yerləşən “Hay-Küy” restoranında hay-küy salan şəxs həbs edilib. “Qaynarinfo”nun məlumatına görə, 1986-cı il təvəllüdlü Cabir (ad şərti) restoranda yeyib-içib və gecə saat 3 radələrində obyektin qarşısında uca səslə ünvansız söyüşlər işlədib. O, polis tərəfindən saxlanılaraq barəsində protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Cabir məhkəmədə əməlindən peşman olduğunu bildirib, barəsində yüngül inzibati tənbeh […]

Kriminal

Abşeronda 11 evdən oğurluq edən şəxs saxlanılıb

Abşeronda yeni tikilməkdə olan 11 evdən oğurluq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Nübar qəsəbəsi ərazisində bir evdən 600 manat dəyərində təmir alətləri oğurlamaqda şübhəli bilinən Əliqardaş Alxasov müəyyən olunaraq saxlanılıb. Onun müxtəlif vaxtlarda Hökməli qəsəbəsi ərazisində daha 10 evdən ümumilikdə 16500 manat dəyərində […]

Kriminal

Abşeronda avtoxuliqanlıq edən şəxs həbs olunub – FOTO

Abşeron rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, “Daewoo Nexia” markalı, 75-BA-227 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ramin Qasımov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaratmaqla avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Abşeron Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. […]

Kriminal

Xankəndidə silah-sursat aşkar edilib

Xankəndidə silah-sursat aşkar edilib. Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyindən bildirilib. Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 9-da Xankəndi şəhəri ərazisindən 11 avtomat silahı, 4 tapança, 1 tüfəng, 11 qumbara, 1 qumbaraatan, 3 mərmi, 14 alışdırıcı, 34 patron darağı, 1580 ədəd müxtəlif çaplı patron, 13 ədəd süngü bıçaq və digər sursatlar aşkar olunaraq […]

Kriminal

Telefonda zarafat edən uşaqlıq dostunu bıçaqladı: Lökbatanda cinayət

Ötən ilin avqust ayında Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi 43 saylı binanın qarşısında dostunu bıçaqlayan şəxs azadlığa buraxılıb.  Qaynarinfo-nun məlumatına görə, Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilən 2000-ci ildə Bakı şəhərində anadan olmuş Sənan Cəbiyevin (soyad şərti) cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.  Məhkəmədə məlum olub ki, 6 […]

Kriminal

Ailənin beş üzvünü qətlə yetirən Əhməd azadlığa buraxılacaq? – Hüquqşünasdan AÇIQLAMA + VİDEO

Ailəsinin beş üzvünü amansızca qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədov barəsində keçirilən psixoloji ekspertizanın rəyinə əsasən, onun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib. Əhməd Əhmədovun hadisəni anlaqsız vəziyyətdə törətməsi onu cinayət məsuliyyətindən azad edirmi? Hüquqşünas Hikmət Əliyev bildirib ki, məhkəmə-psixiatriya ekpertizasının rəyi nəzərə alınmaqla şəxs tərəfindən cinayəti anlaqsız vəziyyətdə törətməsi tam sübut […]

Kriminal

Qardaşının boşanmasını istəməyib falçıya üz tutdu: İşə düşdü – FOTO

Özünü falçı kimi təqdim edərək vətəndaşın külli miqdarda pulunu ələ keçirməkdə ittiham olunan Mətləb Nemətullayevin cinayət işi üzrə məhkəmə araşdırması başlayıb. “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda ittiham aktı elan edilib. İttihamda deyilir ki, Nemətullayevin cinayətinin üstü xanım müştərisinə hədə-qorxu gəldikdən sonra açılıb. İttihamda göstərilib ki, “İnstagram”da “Baxıcı […]

Kriminal

Şamaxıda 58 yaşlı kişi intihar edib

Şamaxı rayonunda 58 yaşlı kişi intihar edib. Oxu.Az xəbər verir ki, hadisə rayonun Dağ Bağırlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1966-cı il təvəllüdlü Sahib Surat oğlu Zeynalov özünü gölə ataraq intihar edib. Faktla bağlı araşdırma aparılır. Dursun Tağıyeva Xeberal.az