İqtisadiyyat

Azərbaycanda sığorta şirkətlərinin iflası zamanı könüllü sığorta növləri üzrə təminat veriləcək

Könüllü sığorta növləri üzrə qarantiya mexanizmi yaradılacaq. APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənmiş “Sığorta sektorunun inkişafına dair 2019–2021-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb. Sənədə əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatası 2019-2020-ci illərdə sığorta şirkətlərinin iflası zamanı könüllü sığorta növləri üzrə təminatın verilməsi üçün qarantiya mexanizminin yaradılmasını təmin etməlidir.

İqtisadiyyat

Milli və xarici valyutada qorunan əmanətlər üzrə yeni faiz dərəcəsi qüvvəyə minib

İyulun 1-dən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 10%, xarici valyutada isə 2,5% müəyyən edilib. Əmanətlərin Sığortalanması Fondundan “APA-Economis”ə verilən məlumata görə, bu gündən etibarən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi milli valyutada 15%, xarici valyutada isə 3% təşkil edir və bu qaydaya uyğun qorunan əmanət statusunda […]

İqtisadiyyat

Azərbaycanda icbari sığortalanmadan yayınanlar inzibati məsuliyyətə cəlb ediləcəklər

İcbari qaydada sığortalanmaya nəzarət gücləndiriləcək, daşınar və daşınmaz əmlakı icbari qaydada sığorta etdirməyənlər inzibati məsuliyyətə cəlb ediləcəklər. APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənmiş “Sığorta sektorunun inkişafına dair 2019–2021-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb. Sənədə əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatası, Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Əmək və Əhalinin […]

İqtisadiyyat

Amrahbank faiz gəlirlərini 5 dəfədən çox artırıb

Amrahbank ASC ilk öncə 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə xalqımızı təbrik edir və bildirir ki, 26 ildir Azərbaycan maliyyə bazarında uğurla fəaliyyət göstərən Amrahbank ASC 2019-cu ilin son 5 ayı ərzində də bəzi maliyyə göstəricilərində də müsbət nəticələrə nail olmuşdur. Belə ki, 2019-cu ilin 5 ayı ərzində Amrahbank ASC-nin faiz gəlirləri 2018-ci […]

İqtisadiyyat

Neft yenidən ucuzlaşıb

İyunun 26-da ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair avqust müqaviləsinin dəyəri 0,44% azalaraq 1 barelə görə 66,20 dollar təşkil edib. “APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında avqustda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə 0,51% azalaraq 59,08 dollar təşkil edib.

İqtisadiyyat

Gürcüstan valyutası tarixi minimuma enib

İyunun 25-də Gürcüstan Milli Bankı rəsmi valyutasının dollara qarşı məzənnəsini 2,79 lari səviyyəsində müəyyən edib ki, bu da Gürcüstanın milli valyutası tarixində ən aşağı göstəricidir. “APA-Economics”in məlumatına görə, larinin ucuzlaşması Rusiyanın Gürcüstana aviareyslərin həyata keçirilməsinə qadağa qoyulması fonunda müşahidə olunur. Belə ki, Gürcüstanın kommersiya banklarında 1 dollar 2,86 lariyə təklif olunur. Buna baxmayaraq, Gürcüstanın İqtisadiyyat […]

İqtisadiyyat

Azərbaycanda “Sığorta Həftəsi” başladı

Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli, 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli, 354S nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın icrası məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatasının […]

İqtisadiyyat

Bakıda 9-cu Beynəlxalq Sığorta Forumu keçiriləcək

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən Azərbaycanda təşkil olunan “Sığorta həftəsi” çərçivəsində iyunun 28-də Bakıda “Azərbaycanda sığorta bazarı: trendlər və imkanlar” adlı 9-cu Beynəlxalq Sığorta Forumu keçiriləcək. “APA-Economics”in MBNP-yə istinadən verdiyi məlumata görə, 15-ə yaxın yerli və xarici nümayəndənin çıxış edəcəyi forumda yerli sığorta bazarının imkanları və perspektivləri, qlobal aləmdə baş verən yeniliklər və trendlər […]

İqtisadiyyat

Neft yenidən bahalaşıb

İyunun 21-də ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair iyul müqaviləsinin dəyəri 1,33% artaraq 1 barelə görə 65,31 dollar təşkil edib. “APA-Economics”in məlumatına görə, iyunun 21-də Nyu-Yorkun NYMEX əmtəə birjasında iyunda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə 0,91% artaraq 57,59 dollar təşkil edib.

İqtisadiyyat

Azərbaycan Dünya Neft Şurasının tədbirlərində iştirak edəcək

Sabah Energetika naziri Pərviz Şahbazov Dünya Neft Şurasının növbəti iclası və 6-cı Gənclər Forumunda iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək. “APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 62 üzvdən ibarət Dünya Neft Şurasının 22 iyun tarixində keçiriləcək iclasında Azərbaycan geniş nümayəndə heyəti ilə təmsil olunacaq. Tədbirdə Energetika naziri Pərviz Şahbazovun çıxışı, […]