İdman

“Neftçi” azarkeşlərə müraciət etdi – VİDEO

“Neftçi” klubu martın 23-ü saat 18:00-da “Neftçi Arena”da Rusiyanın “Spartak” (Moskva) klubu ilə keçirəcəyi yoldaşlıq oyunu ilə əlaqədar azarkeşlərə müraciət edib. Oxu.Az xəbər verir ki, müraciətdə deyilir: “Martın 23-ü “Spartak” ilə yoldaşlıq oyunu çərçivəsində həm ölkəmizdə olan, həm də qonşu ölkədən gələcək azarkeşlərin təhlükəsizliyinin yüksək şəkildə təmin olunması və oyun zamanı azarkeşlər arasında yarana biləcək mümkün arzuolunmaz […]

İdman

Arda Turana bir illik həbs cəzası verildi

“Barselona”nın və Türkiyə milli futbol komandasının sabiq yarımmüdafiəçisi Arda Turan İspaniyada vergi cinayətlərinə görə şərti olmaqla bir il həbs cəzası alıb və 630 min avro məbləğində cərimə olunub. Bu barədə Kataloniya Ali Məhkəməsi məlumat yayıb. Tərəflər 2015 və 2016-cı illər üzrə gəlir vergisinin ödənilməməsi ilə bağlı iş üzrə razılığa gəliblər. Nəticədə eks-futbolçu hökmlə razılaşıb. 37 […]

İdman

Azərbaycan millisinin futbolçusu zədə səbəbindən heyətdən çıxarılıb

FIFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” layihəsində mübarizə aparacaq Azərbaycan millisinin heyətində dəyişiklik olub. Bu barədə AFFA məlumat yayıb. Bildirilib ki, “Qarabağ”dan yığmaya cəlb edilən Aleksey İsayev zədə səbəbindən heyətdən çıxarılıb. Qeyd edək ki, millimiz martın 22-də, saat 20:00-da Monqolustan, martın 25-də, saat 20:00-da isə Bolqarıstan yığmaları ilə qarşılaşacaq. Hər […]

İdman

Bir klubda ən çox qol vuran futbolçuların adları açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bir komandada ən çox qol vuran futbolçuların adlarını açıqlayıb. Məlumata görə, 13 futbolçunun yer aldığı siyahıya ABŞ-nin “İnter Miami” klubunun və Argentina millisinin üzvü Lionel Messi başçılıq edir. O, 2004-2021-ci illərdə çıxış etdiyi “Barselona”da (İspaniya) 672 qol vurub. Siyahıda ikinci yerdə 450 qolla Kriştianu Ronaldu, 3-cü yerdə 354 […]

İdman

Azərbaycan klubuna sanksiya tətbiq oluna bilər

Azərbaycanın I Liqa klubu “İrəvan”a sanksiya tətbiq oluna bilər. “Report”un məlumatına görə, buna səbəb komandanın futbolçu Asim Əlizadəyə olan borcunu ödəməməsidir. AFFA Oyunçuların Statusu və Transferi Komitəsi yarımmüdafiəçi ilə yanaşı, məşqçi Aleksandr Jidkova olan borcun da ödənilməsini tələb edib. Mayın 1-dək öhdəlik yerinə yetirilməsə, klub lisenziyasının əlindən alınmasından tutmuş, hesabından xal silinməsinə qədər ciddi cəza […]

İdman

Azərbaycan – İngiltərə oyununun hakimləri açıqlanıb

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində İngiltərə ilə keçirəcəyi oyunun hakimləri müəyyənləşib. Oxu.Az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, qitə futbol qurumu görüşü Bosniya və Herseqovinadan olan referilərə həvalə edib. “Azərsun Arena”da təşkil olunacaq qarşılaşmanın baş hakimi Antoni Bandiç olacaq. Ona Amer Maciç və Boris Duymoviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını […]

İdman

“Miami Open” turnirində gənc tennisçi oyun zamanı huşunu itirdi – FOTO/VİDEO

ABŞ-nin Florida ştatında keçirilən “Miami Open” turnirində gənc tennisçi oyun zamanı huşunu itirib.    Hadisə 21 yaşlı Artur Kazo adlı tennisçinin fransalı Harold Mayo ilə həlledici qarşılaşması zamanı baş verib. Rəqibinə cavab ötürməsi etmək istəyən oyunçu qəflətən yerə yıxılıb və bir müddət huşsuz qalıb. Daha sonra onun köməyinə hakim və həkimlər gəliblər. Oyunçunun əvvəl də matç […]

İdman

Kriştianu Ronaldu Portuqaliya millisinə çağırılmayıb

Kriştianu Ronaldunun adı İsveç millisi ilə yoldaşlıq görüşü keçirəcək Portuqaliya millisinin heyətinə daxil edilməyib. Bildirilir ki, K.Ronaldu yalnız Sloveniya ilə yoldaşlıq görüşündən əvvəl Portuqaliya millisinə qoşulacaq. Qeyd edək ki, Portuqaliya – İsveç oyunu martın 21-də keçiriləcək. Sloveniya ilə görüş isə beş gün sonra – martın 26-da baş tutacaq. Mənbə: Championat Xeberal.az

İdman

AFFA prezidentliyinə namizədliyini irəli sürən yoxdur

“AFFA prezidentliyinə namizədliyini irəli sürən yoxdur”. Bu barədə “Report”a milli assosiasiyanın Mətbuat Xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib. O bildirib ki, indiki ana qədər rəsmən namizədliyini irəli sürən olmayıb. Qeyd edək ki, aprelin 2-də AFFA-nın Hesabat-Seçki Konfransı keçiriləcək. Qurumun hazırkı rəhbəri Rövnəq Abdullayev namizədliyini irəli sürməyəcəyini açıqlayıb. Xeberal.az